top
Deniz Gülün qələbə qolu və burnuna dəyən təpik video Qol.az
Bu gün, 09:22
- ↺ +

Deniz Gülün qələbə qolu və burnuna dəyən təpik video

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda keçirilən "Qalatasaray" – "Aston Villa" qarşılaşmasında diqqətçəkən epizod yaşanıb.

QOL.az xəbər verir ki, İstanbul təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatan matçda qol müəllifi Deniz Gül olub.

Qol epizodu zamanı "Aston Villa"nın futbolçusu Nikolas Ceksonun təpiyi Gülün burnuna dəyib.

Deniz Gül qolu qeyd edəndən sonra üzündən aldığı zərbəyə görə yerdə qalıb. Burnu qanayan futbolçuya meydanda tibbi yardım göstərilib. Onun burnuna sarğı qoyulub. Futbolçu oyunu davam etdirərək qarşılaşmanı sonadək meydanda keçirib.

Nikolas Cekson isə bu epizoda görə heç bir vərəqə ilə cəzalandırılmayıb.

Matçın videoicmalını təqdim edirik.