İspaniya nəhəngi "Real Madrid"in hücumçusu Kilian Mbappe Çempionlar Liqasının əsas mərhələsinin V turunda PSV ilə görüşdə (5:1) dubl edib.
Sportify.az xəbər verir ki, fransalı forvard bununla Madrid klubunun heyətində vurduğu qolların sayını 105-ə çatdırıb.
Bu nəticə Mbappenin "Real"ın tarixində ən yaxşı bombardirlər siyahısında 19-cu pilləyə yüksəlməsinə imkan verib. O, 105 qolla Luis Molovnini qabaqlamasa da, braziliyalı Ronaldo Nazarioya (104 qol) üstün gəlib.
Klubun tarixi bombardirlər siyahısında 18-ci yerdə 106 qol vuran Qaret Beyl qərarlaşıb. Rekord isə "Real"ın forması ilə 450 dəfə fərqlənən Kriştiano Ronalduya məxsusdur.