İtaliyanın "Milan" futbol klubu fransalı yarımmüdafiəçi Adriyen Rabyo ilə müqavilənin müddətini uzatmağa yaxındır.
İdman.Biz xəbər verir ki, tərəflər əməkdaşlığı davam etdirməkdə maraqlıdırlar və yaxın zamanda yekun razılığın əldə olunacağı gözlənilir.
"Milan"ın sahibi Cerri Kardinale fransalı futbolçunu komandanın gələcək əsas simalarından birinə çevirmək niyyətindədir. Bu qərarda Luka Modriçin növbəti mövsümdə komandada qalmamaq ehtimalı da mühüm rol oynayır.
Baş məşqçi Ruben Amorim Rabyonu komandanın əvəzolunmaz futbolçularından biri hesab edir. Fransalı yarımmüdafiəçi də karyerasını "Milan"da davam etdirmək və hətta bu klubda başa vurmaq istəyir.
Rabyonun hazırkı müqaviləsi 2028-ci il 30 iyunadək qüvvədədir. Klub futbolçuya 2030-cu ilədək, daha bir mövsüm uzadılma imkanı nəzərdə tutulan yeni müqavilə təklif edir. Razılaşmada futbolçunun maaşının artırılması da nəzərdə tutulur.
Qeyd edək ki, Rabyo İtaliya A Seriyasının son yeddi qarşılaşmasının hər birində qol və ya məhsuldar ötürmə ilə yadda qalıb. Fransalı futbolçu beş qolla hazırda çempionatın ən məhsuldar yarımmüdafiəçisidir.