top
İspaniya mətbuatı Sabah-da oynayan sabiq Barselona yetirmə Sebalyos və Kamaranı araşdırıb Futbolinfo.az
Bu gün, 09:27
- ↺ +

İspaniya mətbuatı Sabah-da oynayan sabiq Barselona yetirmə Sebalyos və Kamaranı araşdırıb

İspaniya mətbuatında "Barselona"nın UEFA Çempionlar Liqasındakı bugünkü rəqibi "Sabah"la bağlı maraqlı məqalə dərc edilib.

Futbolinfo.az xəbər verir ki, araşdırma zamanı cəmi 9 illik tarixə malik Azərbaycan çempionunda vaxtilə 2 sabiq "Barselona"lı oynadığı üzə çıxıb. Bunlar Kristian Sebalyos və Xuan Kamaradır. Məqalədə hər iki ispaniyalının "Barselona"dan "Sabah"a uzanan karyerasına nəzər yetirilib.

"2003-cü ildə 11 yaşında Santander şəhərindən Barselonanın məşhur “La Masia” akademiyasına cəlb olunan Kristian Sebalyos bir vaxtlar böyük ümidlər vəd edirdi. 2005-ci ildə onun Ronaldinyo ilə top saxlamaq üzrə yarışdığı video internetdə viral olmuşdu. Sebalyosun görünüşünün Lionel Messiyə bənzəməsi də videonun populyarlığını artırmışdı. Lakin Sebalyos "Barselona"nın əsas komandasına yüksələ bilmədi. Gənclər komandasında çıxış etdikdən sonra "Tottenhəm"ə keçdi. 2021–2024-cü illərdə "Sabah"da çıxış edən ispan 33 yaşında məhz bu klubda karyerasını başa vurub. Hazırda "Parma"da baş məşqçinin köməkçisi vəzifəsində çalışır. Bundan əvvəl "Fiorentina"da eyni vəzifəni icra edib.

Xuan Kamara isə "Barselona"nın əsas komandasında meydana çıxmaq şansı qazanıb. 2014-cü ildə "Vilyarreal"dan "Barselona" B-yə transfer olunan ispaniyalı 2015-16 mövsümündə Luis Enrikenin rəhbərliyi altında əsas komandada 2 oyun keçirib. Bunlar İspaniya Kubokunda "Valensiya" ilə yarımfinalın cavab qarşılaşması və Çempionlar Liqasında "Bayer"lə görüş olub. Kamara həmin matçlarda sol cinah müdafiəçisi və cinah hücumçusu kimi çıxış edib. O, 2021-22 mövsümündə "Sabah"ın formasını geyinib. Hazırda 32 yaşlı futbolçu Andorranın "İnter D’Eskaldes" komandasında oynayır".

Maraqlıdır ki, həm Sebalyos, həm də Kamara karyerasının sonrakı mərhələsində yarımmüdafiənin mərkəzində çıxış edib.

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" – "Barselona" oyunu saat 21:45-də başlayacaq.

juan camara - Futbolinfo.az
Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Voleybol
Bu gün, 09:38

Turan qadın voleybol komandası CEV Çempionlar Liqasının D qrupunda ilk oyununu oynayacaq

Futbol
Bu gün, 09:23

UEFA Gənclər Liqasında Sabahın U-19 komandası beşinci oyunu oynayacaq

Futbol
Bu gün, 09:22

Deniz Gülün qələbə qolu və burnuna dəyən təpik video

Futbol
Bu gün, 09:20

İngiltərə Premyer Liqası tarixində ən yaxşı mərkəz müdafiəçi cütlükləri

Futbol
Bu gün, 09:10

Kubarsının "Sabah"–"Barselona" matçında oynaması sual altındadır

Futbol
Bu gün, 09:09

UEFA Çempionлар Liqası V turu: 9 qarşılaşma olacaq, “Fənərbağça” “Şаxtyor”la üzləşəcək;

Futbol
Bu gün, 09:08

Paulo Dibala: PSJ-yə keçməyə çox yaxın idim, peşmanlığım yoxdur

Futbol
Bu gün, 09:00

Sabah" komandası UEFA Çempionlar Liqasının V turunda "Barselona" ilə üz-üzə gələcək

Futbol
Bu gün, 09:00

"Sabah" Barcelona ilə Çempionlar Liqası turnirində qarşılaşacaq

Futbol
Bu gün, 08:52

Rafinya hat‑trik etməyi hədəfləyir

Futbol
Bu gün, 08:40

Çempionlar Liqasının 10 Favorit Klubunun Siyahısı

Futbol
Bu gün, 08:30

“Sabah” La Liqada çıxış etsə, neçənci yeri tutar?

Futbol
Bu gün, 08:20

Zurab O'çiqava Polşa klubunda köməkçi məşqçi olacaq

Qarabağ FK
Bu gün, 08:17

“Sabah”ın ispaniyalı mütəxəssisi: “Barselona qarşısında qələbə çətin olacaq, amma mümkündür”

Futbol
Bu gün, 08:07

Bruno Fernandes, Ronaldun milli komanda daxilində hörmətsizliyinə şübhə göstərdi

Futbol
Bu gün, 08:00

Azərbaycan təmsilçisi "Sabah" Barselona ilə qarşılaşacaq

Futbol
Bu gün, 08:00

Azərbaycan çempionu "Sabah" Barselona ilə üz-üzə!

Voleybol
Bu gün, 08:00

“Milli Aviasiya Akademiyası” “Naxçıvan”ı məğlub edərək xal fərqini artırdı

Futbol
Bu gün, 08:00

Real Madrid Champions League pley-off yerini rəsmi olaraq təmin etdi

Futbol
Bu gün, 07:16

“Real Madrid” futbolçusu “Atlético”da transfer hədəfi

Futbol
Bu gün, 07:00

15 yaşında ulduz, 22-də məhbus: Cermeyn Pennantın karyerasının çətin yolu

Digər
Bu gün, 07:00

Noyabrın 25-də gözlənilən hava şəraiti: yağış və dağlıq ərazilərdə qar ehtimalı

Futbol
Bu gün, 06:13

Dieqo Simeone “Atletiko”dakı gələcəyi barədə susqunluğunu pozdu

Oxşar xəbərlər