top
Türk Şahmat Assosiasiyasının çempionatında Abasov fərqi artırdı, Beydullayeva liderliyə yüksəldi Idman.biz
Bu gün, 23:28
- ↺ +

Türk Şahmat Assosiasiyasının çempionatında Abasov fərqi artırdı, Beydullayeva liderliyə yüksəldi

Qazaxıstanın Türküstan şəhərində keçirilən Türk Şahmat Assosiasiyasının çempionatında noyabrın 24-nə nəzərdə tutulan görüşlər başa çatıb.

İdman.Biz xəbər verir ki, kişilərin yarışında Nicat Abasov səkkizinci turda özbəkistanlı Abdimalik Abdisalimovla heç-heçə edib, doqquzuncu turda isə Türkmənistan təmsilçisi Amanməhəmməd Hommadova qalib gəlib.

Məğlubiyyətsiz çıxışını davam etdirən qrossmeysterimiz beş qələbə və dörd heç-heçə sayəsində yeddi xal toplayıb. Abasov ən yaxın izləyicisi, qazaxıstanlı Denis Maxnevlə fərqi bir xal yarıma çatdırıb.

Qadınların mübarizəsində Gövhər Beydullayeva səkkizinci turda türkiyəli Gülənay Aydınla xalları bölüşüb. Təmsilçimiz doqquzuncu turda özbəkistanlı Guldona Kərimovanı məğlub edərək xalını 6,5-ə yüksəldib.

Beydullayeva əlavə göstəricilərə görə birinci pilləyə qalxıb. Macarıstanı təmsil edən Davaadəmbərəl Nomin Erdenenin də 6,5 xalı var. Qazaxıstanlı Elnaz Kaliaxmet altı xalla üçüncüdür.

Veteranların turnirində Vüqar Bayramov beşinci turda Türkmənistan təmsilçisi Karen Qriqoryana qalib gəlib. Xalını 2,5-ə çatdıran şahmatçımız beşinci pilləyə yüksəlib.

Noyabrın 25-də Abasov 10-cu turda Denis Maxnevlə, 11-ci turda isə macarıstanlı Adam Kozakla qarşılaşacaq. Beydullayevanın rəqibləri türkmənistanlı Lalə Şöhrədova və qazaxıstanlı Elnaz Kaliaxmet olacaq. Bayramov isə altıncı turda qırğızıstanlı Urmatbek Asanbekovla üz-üzə gələcək.

Qeyd edək ki, kişilərin və qadınların yarışları 14, veteranların turniri isə yeddi turdan ibarətdir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 23:30

Ronaldu 987-ci qolunu vurub, 1000 qola yaxınlaşıb

Futbol
Bu gün, 23:20

Barselonanın Azərbaycandakı rəsmi fan‑klubu matç üçün azarkeşləri topladı

Futbol
Bu gün, 23:13

Kriştianu Ronaldu karyerasında 987-ci qolunu vurdu - 1000 qola 13 qol qaldı

Futbol
Bu gün, 23:00

Elşad Manafov 8 ayda alman dilini öyrənərək digər futbolçulara nümunə oldu

Digər
Bu gün, 22:59

Sərbəst dalış üzrə dünya rekordçusu Janin Qrasmeyer 33 yaşında vəfat edib

Futbol
Bu gün, 22:57

Kriştianu Ronaldu Asiya Çempionlar Liqasında "Əl-Sədd"ə qarşı qol vuraraq karyera qollarının sayını 987-yə çatdırıb;

Futbol
Bu gün, 22:55

II Liqada XIII turun təyinatları məlum oldu

Futbol
Bu gün, 22:50

İngiltərə klubu Nyuklasın yeni hədəfi: Ayvan Toni

Futbol
Bu gün, 22:48

Tiaqo Silva karyerasını bitirmək fikrindən daşınıb, daha bir mövsüm oynamağı planlaşdırır

Futbol
Bu gün, 22:45

Barselonanın sabiq futbolçusu Deko həyat yoldaşı ilə Bakı küçələrində - FOTO

Futbol
Bu gün, 22:40

"İnter" "Nyukasl"ın Espoziton 60 milyon avroya almaq təklifini rədd etdi

Futbol
Bu gün, 22:31

„Nyukasl“ „Mançester Yunayted“in Tonin və Holla ilə bağlı transfer planlarını poza bilər

Qarabağ FK
Bu gün, 22:20

Qurban Qurbanovun nazirlik mesajı: Sabırli olun, Qarabağ geri qayıdacaq

Futbol
Bu gün, 22:16

Belarusun 272 sakini olan Dolbizno kəndinin "Niva" klubu yüksək liqaya vəsiqə qazandı

Voleybol
Bu gün, 22:02

Qaspari

Futbol
Bu gün, 22:00

La Liqa prezidenti Real və Barselona hakimlərə təzyiq göstərdiyini bildirib

Futbol
Bu gün, 21:50

2028-ci il Amerika Kubokuna ABŞ-da üçüncü dəfə ev sahibliyi edəcək

Futbol
Bu gün, 21:47

İraola "Brüssel"in son 11 oyunda 10 qələbə, 1 heç-heçə etdiyini bildirib

Futbol
Bu gün, 21:40

PSJ, "Napoli" və "Atletiko" "Fənərbaxça"nın vingeri Meyson Qrinvudu 75 milyon avroya istəyir

Futbol
Bu gün, 21:20

Pro kateqoriyalı məşqçi Rüstəm Məmmədov niyə heç bir klubda çalışmadığını açıqladı

Futbol
Bu gün, 21:19

2028-ci ildə ABŞ-də Amerika Futbol Kuboku keçiriləcək

Futbol
Bu gün, 21:04

Napoli Məşqçisi Alleqri, Manchester City-ni Çempionlar Liqasının Favoritləri Sayır

Futbol
Bu gün, 21:00

Barnet futbolçusunun zorakılıq ittihamları ilə həbs edilməsi

Oxşar xəbərlər