top
“Baku Open”ə start verilir: “Chess Tour Azerbaijan” yeni mövsümə başlayır - İDMAN.BİZ-in İCMALI Idman.biz
24 aprel 2026, 17:08
- ↺ +

“Baku Open”ə start verilir: “Chess Tour Azerbaijan” yeni mövsümə başlayır - İDMAN.BİZ-in İCMALI

Ötən il uğurla reallaşdırılan "Chess Tour Azerbaijan" beynəlxalq şahmat festival yeni turnirlər seriyasına start verir. Seriyanın ilk yarışı aprelin 28-də başlayacaq "Baku Open" turniri olacaq.

İdman.Biz xəbər verir ki, Azərbaycan Şahmat Federasiyasının prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov bildirib ki, bu formatda keçirilən beynəlxalq yarışlar ötən mövsüm yüksək qiymətləndirilib. O, layihənin yüksək səviyyədə təşkilinin vacibliyini xüsusi vurğulayıb:

"Ötən il keçirilən seriyada 20 federasiyanı təmsil edən 1553 şahmatçı iştirak edib. Layihənin final turnirlərinin nəticələrinə əsasən, iştirak etdiyi 5 yarışdan 3-də qalib gələn Xaqan Əhməd əsas ulduz olub. Bu il də əvvəlki kimi tur 8 mərhələdən ibarət olacaq və onların hamısı beynəlxalq status daşıyacaq".

"Chess Tour Azerbaijan" ənənəvi olaraq paytaxtda start götürəcək. Aprelin 28-də Bakıda beynəlxalq şahmat festivalı "Baku Open"lə başlayacaq. "Şəki Open" 18-25 iyun, "Lənkəran Open" 26 iyun – 3 iyul tarixlərində keçiriləcək. Daha sonra "Şamaxı Open" (15-22 iyul) baş tutacaq. Ardınca "Vüqar Həşimov Open" (23 iyul – 1 avqust) təşkil olunacaq. Bundan sonra "Quba Open" (3-10 sentyabr), "Gəncə Open" (10-17 noyabr) və "Şirvan Open" (19-26 noyabr) keçiriləcək.

Yenidən Bakı Kristal Zalımda təşkil olunacaq "Baku Open" turnirinin mükafat fondu 50 min ABŞ dolları təşkil edəcək. Turnirdə tanınmış şahmatçılar iştirak edəcəklər. Onlar arasında 2018-ci ilin rapid üzrə dünya çempionu Daniil Dubov, FIDE versiyası üzrə ən gənc dünya çempionu Ruslan Ponomaryov, hindistanlı Anand Pranav, Türkiyənin aparıcı qrossmeysterlərindən Vahap Şanal və gənclər arasında ikiqat dünya çempionu Polina Şuvalova yer alıb. Yerli şahmatçılar arasında isə start reytinqində ilk onluqda Avropa çempionatının gümüş mükafatçısı Nicat Abasov, Misrətdin İsgəndərov və Vüqar Rəsulov qərarlaşıb.

Ümumilikdə "Baku Open" turnirində 921 şahmatçı iştirak edəcək. Onlar İsveçrə sistemi üzrə doqquz turdan ibarət yarışda A, B və C qruplarında mübarizə aparacaqlar. Festival çərçivəsində həmçinin veteranlar arasında Azərbaycan çempionatı keçiriləcək.

Turnirdə Çin, İngiltərə, Qazaxıstan, Cənubi Afrika Respublikası, Özbəkistan və Tacikistan daxil olmaqla 15 ölkənin təmsilçiləri iştirak edəcək.

Qeyd edək ki, ötən il "Baku Open" turnirinin qalibi 7 xal toplayan serbiyalı Aleksandar İndjiç olub. O, ikinci və üçüncü yerləri tutan Baadur Jobava və Vahap Şanalı 1 xal qabaqlayıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 04:27

Arda Turan “İnter”ə məğlubiyyətdən sonra: “Daha yaxşı nəticəyə layiq idik”

Futbol
Bu gün, 03:17

Rio Ferdinand Manchester United-in Çempionlar Liqası performansını lotereya kimi tənqid etdi

Basketbol
Bu gün, 02:34

“Neftçi”nin basketbol baş məşqçisi: “30 dəqiqə pis oynadıq, amma yalnız beş xal fərqi ilə məğlub olduq”

Futbol
Bu gün, 02:09

“Sabah” UEFA Çempionlar Liqasında pley‑off zonasından kənarda

Futbol
Bu gün, 01:48

Bernardo Silva Real Madrid forması ilə Çempionlar Liqasının ilk qolunu vurar və rekord qırdı

Futbol
Bu gün, 01:29

Harri Keyn Çempionlar Liqasında ardıcıl 10 oyunda qol vuraraq Ronaldun rekorduna yaxınlaşdı

Digər
Bu gün, 01:12

Fabreqas: “Bəzi futbolçularımız üçün bu, Çempionlar Liqasında cəmi üçüncü matç idi”

Futbol
Bu gün, 01:10

Real Madrid 4:1 Leipzig, Manchester United 1:4

Digər
Bu gün, 00:51

ABŞ səfirliyi Azərbaycan sumoçusunun tarixi dünya çempionluğu qələbəsini təbrik etdi

Digər
Bu gün, 00:31

Noyer Messi ilə eyni pilləyə yüksəldi - Çempionlar Liqasında tarixi göstərici

Futbol
Bu gün, 00:14

La Liqada “Levante” “Atletik”i 3:1 hesabı ilə məğlub etdi

Futbol
Bu gün, 00:05

Fransadakı iğtişaşlar səbəbindən PSJ - "Lion" matcının təxirə salınması nəzərdən keçirilir

Futbol
Dünən, 23:54

Şəki klubunda baş məşqçi Elvin Hacızadənin vəzifəsindən ayrılması

Futbol
Dünən, 23:44

Yunus Akgün Osimhenin Çempionlar Liqası rekordunu qırdı

Futbol
Dünən, 23:30

Fernandeş məğlubiyyətdən sonra taktiki qərarı qiymətləndirdi

Futbol
Dünən, 23:16

Mançester Yunayted Çempionlar Liqasında ilk iki dəqiqədə qol buraxan ilk İngiltərə klubu oldu

Futbol
Dünən, 22:55

Infantino: Bakıdakı U-15 Dünya Çempionatı və FIFA Festivalı Tarixi Mesajdır

Futbol
Dünən, 22:25

Juventus argentinalı müdafiəçi Nikolas Talyafikonu transfer etmək istəyir

Futbol
Dünən, 22:21

Şimali Koreyanın U-17 qadın millisinin hücumçusu dünya çempionatında 10 illik qol rekordunu qırdı

Digər
Dünən, 22:09

“Barselona” “PSJ”dən UEFA-ya şikayət etdi: mişarlı və “qətliam” yazılı pankart qalmaqal yaratdı

Digər
Dünən, 22:01

Plyuşenko Azərbaycana köçməklə bağlı qərarını açıqladı

Digər
Dünən, 21:56

"Fənərbaxça"da ciddi itkilər

Futbol
Dünən, 21:54

Betisin yarımmüdafiəçisi Fakundo Bernal iki dəfə başla zərbə vurduğu üçün dörd oyunluq diskvalifikasiya edildi

Digər
Dünən, 21:46

Ronaldudan Kvaratsxeliyaya dəstək mesajı

Oxşar xəbərlər