top
Azərbaycan Şahmat Çempionatı 2024: Favoritlər, Gözləntilər və Sensasiya Ehtimalı Idman.biz
06 fevral 2026, 17:13
- ↺ +

Azərbaycan Şahmat Çempionatı 2024: Favoritlər, Gözləntilər və Sensasiya Ehtimalı

Bu gün, fevralın 6-da kişi və qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatına start verilir. Kişilərin turnirində 30, qadınların yarışında isə 16 idmançı iştirak edəcək. Yarışlar FİDE qaydalarına uyğun olaraq olimpiya sistemi ilə keçiriləcək və fevralın 22-də başa çatacaq. Ölkənin hazırkı çempionları Rauf Məmmədov və Günay Məmmədzadədir.

Təcrübəli mütəxəssis, FİDE məşqçisi, beynəlxalq dərəcəli hakim və keçmişdə qadınlardan ibarət Azərbaycan yığmasının kapitanı olmuş Fikrət Sideifzadə hazırkı birinciliyin əsas favoritləri barədə fikirlərini İdman.Biz-lə bölüşüb.

Sideifzadə ölkənin bütün şahmat elitasının yarışlarda iştirak etməsindən məmnunluğunu bildirib. Onun sözlərinə görə, reytinq qələbəyə iddialı olanların dairəsini aydın şəkildə əks etdirir:

"Reytinqə görə favoritlərin kim olduğu bəllidir: Şəhriyar Məmmədyarov (FİDE reytinqi – 2727), Rauf Məmmədov (2645), Eltac Səfərli (2644). Lakin ən çox şans, əlbəttə ki, Şəhriyar Məmmədyarovdadır. Baxmayaraq ki, Rauf Məmmədov da son illərdə yaxşı oynayır, 2025-ci ildə isə ölkə çempionu olub. Eltac Səfərli də onlara yaxındır".

Mütəxəssis qələbə uğrunda mübarizə aparmaq şansı olanlar arasında Aydın Süleymanlını (2628) da fərqləndirib:

"Aydın Süleymanlı Azərbaycanın gənc şahmatçıları arasında ən perspektivlisidir. O, Şəhriyarın üslubunda, daha riskli oynamalıdır, əks halda yüksəlmək çox çətindir. Əgər bu addımı atsa, reytinqini 2700-ə çatdıra bilər".

Fikrət Sideifzadə Süleymanlıdan sonra növbəti perspektivli oyunçu kimi Məhəmməd Muradlının adını çəkib: "O da pis oynamır, amma hər halda ona hələ ki, çətindir".

"Qadınların turnirində kimlər uğura iddialı ola bilər" sualına isə Sideifzadə belə cavab verib:

"Faktiki olaraq söhbət Azərbaycan qadın yığmasının beş üzvündən gedir. Orada bu səviyyəyə yaxınlaşmağa və ya beşliyə girməyə qadir olan başqa heç kim yoxdur. Hələlik belələrini görmürəm, elə-belə oynayırlar. Ona görə də sürprizlər çətin ki gözlənilsin. Amma kimsə təəccübləndirsə, şad olaram".

Qeyd edək ki, FİDE reytinqinə görə ölkənin top-5 qadın şahmatçısı sırası belədir: Ülviyyə Fətəliyeva (2434), Günay Məmmədzadə (2390), Gövhər Beydullayeva (2364), Xanım Balacayeva (2351) və Gülnar Məmmədova (2330).

Mütəxəssis hazırda ölkənin ən yaxşı şahmatçısı kimi ötən il dünya çempionatında "qızıl" qazanmış Ülviyyə Fətəliyevanın adını çəkib.

O, ana olması ilə əlaqədar şahmata bir müddət fasilə verən Günay Məmmədzadə barədə də danışıb:

"Onun yenidən əvvəlki səviyyəsinə qayıdıb-qayıda bilməyəcəyini görmək maraqlı olacaq. Maksimal reytinqi 2483 olub, indi bir az geriləyib. O, istedadlı şahmatçıdır, lakin burada çox şey təkcə qabiliyyətdən asılı deyil. Mən onun ötən Azərbaycan çempionatındakı oyununu görmüşdüm – məndə o qədər də böyük təəssürat yaratmadı. Ümid edirəm ki, Günay nəticə çıxarıb, yaxşı hazırlaşıb və oyununu gücləndirə biləcək. Ümid edək ki, o, əvvəlki mövqelərini qaytaracaq".

Fikrət Sideifzadə gənclərin bizi nə vaxt təəccübləndirməyə başlayacağı ilə bağlı sualı cavablandırarkən vurğulayıb ki, Azərbaycan çempionatlarında hadisələrin gözlənilməz gedişatına hər zaman şaddır:

"Mən həmişə sensasiyalar gözləyirəm. Həyatın mənası da elə budur – gənclər irəli can atsınlar".

O, yeni nəsil idmançıların niyə hər zaman təəccübləndirə bilməməsinin səbəbini belə izah edib:

"Bir çox gənc oyunçular klassikanı öyrənmirlər. Lakin aparıcı şahmatçıların rəyi və mənim şəxsi təcrübəm deyir ki, bu, son dərəcə vacibdir. Bunu dünya çempionu Vladimir Kramnik də deyirdi. Hər bir şahmatçı şahmat nəzəriyyəsinin necə inkişaf etdiyini, kimin oyuna hansı töhfəni verdiyini bilməlidir – Steynitsdən, Morfidən başlayaraq və s. Bu yolun hamısını keçmək vacibdir, onsuz möhkəm təməl olmur".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər