top
Azərbaycan ABŞ və İranı şahmat taxtası arxasında üz-üzə gətirir - İDMAN.BİZ-in İCMALI Idman.biz
30 aprel 2026, 12:28
- ↺ +

Azərbaycan ABŞ və İranı şahmat taxtası arxasında üz-üzə gətirir - İDMAN.BİZ-in İCMALI

Bu gün "Baku Crystal Hall"da ənənəvi "Baku Open" şahmat turniri start götürür.

İdman.Biz xəbər verir ki, turnirdə on ölkədən minə yaxın şahmatçı iştirak edir.

Maraqlıdır ki, iştirakçılar arasında ABŞ və İran şahmatçıları da var - bu ölkələr 28 fevralda başlayan hərbi əməliyyatlardan sonra atəşkəsə baxmayaraq, dost ölkələr hesab edilmir.

Qeyd edək ki, 2026-cı il 28 fevraldan sonra İranda başlayan hərbi əməliyyatlardan bəri amerikalı və iranlı idmançıların eyni beynəlxalq turnir çərçivəsində üz-üzə gəldiyi cəmi bir neçə hal qeydə alınıb.

Belə ilk epizod Albaniyanın Tirana şəhərində keçirilən "Muhamet Malo Ranking Series" güləş turniri ilə bağlıdır. Həmin yarışda ABŞ və İran təmsilçiləri çıxış ediblər. Bununla belə, qeyd etmək vacibdir ki, turnir münaqişə başlamazdan əvvəl - fevralın 25-də start götürüb, 28 fevraldan sonra isə başa çatıb. Məhz bu turnirdə martın 1-də iranlı Amin Hosseyni yunan-Roma güləşi üzrə 82 kq çəki dərəcəsində yarımfinalda ABŞ-li Kamal Beyaya qalib gəlib.

İkinci hal isə 2026-cı il aprelin 12-dən 17-dək Daşkənddə keçirilən yeniyetmələr arasında taekvondo üzrə dünya çempionatında baş verib. Bu turnirdə də ABŞ və İran idmançıları iştirak etsələr də, onlar arasında birbaşa qarşılaşma qeydə alınmayıb.

Beləliklə, "Baku Open" Yaxın Şərqdə münaqişə başladıqdan sonra ABŞ və İran təmsilçilərinin iştirak edəcəyi ilk yarışlardan biri olacaq.

Azərbaycan Şahmat Federasiyasından İdman.Biz-ə bildirilib ki, ABŞ və İran şahmatçıları arasında mümkün qarşılaşmalarla bağlı quruma heç bir müraciət daxil olmayıb.

Xatırladaq ki, Bakı festivalının ümumi mükafat fondu 50 min dollar (85 min manat) təşkil edir. Yarışlar il ərzində ölkədə keçirilən "Azerbaijan Chess Tour" turnirlər seriyasına daxildir.

"Baku Open"in əsas ulduzu sabiq FIDE dünya çempionu, ukraynalı Ruslan Ponomariovdur. Turnirdə, həmçinin, son vaxtlar Avropa çempionatının gümüş mükafatçısı olan Nicat Abasov da daxil olmaqla, bir çox tanınmış azərbaycanlı şahmatçılar iştirak edir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 13:28

Baş məşqçinin qeyri-adi üsulu üzə çıxdı: Basketbolçularını atəş və partlayış səsləri ilə hazırlayıb

Futbol
Bu gün, 13:20

Vitinya: Ballon d'Orun PSG oyunçusuna qalması ən haqlı nəticə olardı

Digər
Bu gün, 13:00

Rüstəm Məmmədov: “Heç kimi vurmamışam, məsələ şişirdilib”

Digər
Bu gün, 12:58

“Barselona” “Panatinaikos”dan ucuz oldu: Qazaxıstanda “Sabah” və “Kayrat”ın bilet qiymətləri müqayisə edildi - İDMAN.BİZ-in İCMALI

Futbol
Bu gün, 12:42

Timoteuş Puxaç: Karyeramı bitirəndə də Bakıya qayıdacağam - müsahibə

Futbol
Bu gün, 12:40

Liverpool, Bornmutdan Aleks Skott və Monakodan Lamin Kamara transferini nəzərdən keçirir

Futbol
Bu gün, 12:31

Harry Kane 100 oyunda 102 qol vurar, Bundesliqa rekordunu qırdı

Digər
Bu gün, 12:13

Azərbaycan İkinci Liqasında səkkizinci tura yekun vurulacaq

Digər
Bu gün, 12:00

Cahangir Həsənzadə: “Sabah” “Borussiya”dan çəkinməyəcək”

Digər
Bu gün, 11:43

“Gümüş medalla kifayətlənən idmançılardan deyiləm” - güləşçimiz Elmir Əliyevdən İDMAN.BİZ-ə AÇIQLAMA + FOTO

Digər
Bu gün, 11:40

CEV Çempionlar Liqası: "Turan" Xorvatiya təmsilçisinə qarşı

Digər
Bu gün, 11:32

“Sabah”ın oyununa görə Bakı metrosunda xüsusi iş rejimi tətbiq olunacaq

Digər
Bu gün, 11:20

İngiltərə nəhəngləri "Sabah"ın rəqibinin müdafiəçisinin transferində maraqlıdır

Digər
Bu gün, 11:13

Bakı metrosu “Sabah”ın oyunu ilə əlaqədar xüsusi rejimdə işləyəcək

Digər
Bu gün, 11:00

“Sabah”la oyun öncəsi böhran: "Borussiya" baqajı təyyarəyə yerləşdirə bilmədi

Digər
Bu gün, 10:58

Çempionlar Liqasında ehtiyat oyunçular rekord sayda qol vurublar

Digər
Bu gün, 10:43

İspaniya Bakı mundialına hazırdır: “Real”, “Barselona” yetirmələri və “Arsenal”lı futbolçunun qardaşı heyətdə

Digər
Bu gün, 10:28

“Borussiya” Bakıya uçuş zamanı məcburi enişdən qeyri-adi üsulla yayınıb

Digər
Bu gün, 10:20

FIFA U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi

Digər
Bu gün, 10:13

Bakıda kişilər və qadınlar arasında tennis çempionatı başlayır

Digər
Bu gün, 10:00

“Neftçi”nin futbolçusu Avropaya yollanır? PAOK-dan gözlənilməz addım

Digər
Bu gün, 09:52

Məşhur futbolçu ilə müğənninin gizli sevgisi üzə çıxdı

Digər
Bu gün, 09:52

“Borussiya” Bakıdakı stadionla bağlı zarafatında vacib faktı gözdən qaçırdı - VİDEO

Digər
Bu gün, 09:44

“Fənərbağça”nın “Slaviya” sınağı, PSJ - “Barselona” dueli: Çempionlar Liqasında doqquz oyun - AFİŞA

Oxşar xəbərlər