top
AŞF İK-nin iclasında Aynur Sofiyeva xatirə medalı ilə təltif edilib, digər məsələlər müzakirə olunub Idman.biz
11 aprel 2026, 11:50
- ↺ +

AŞF İK-nin iclasında Aynur Sofiyeva xatirə medalı ilə təltif edilib, digər məsələlər müzakirə olunub

Azərbaycan Şahmat Federasiyasının (AŞF) İcraiyyə Komitəsinin 2026-cı ildə ilk iclası keçirilib.

İdman.Biz xəbər verir ki, iclasda çıxış edən AŞF-nin prezidenti Mahir Məmmədov Gəncənin ilk dəfə ev sahibliyi etdiyi 8-18 yaşadək oğlan və qızlar arasında Azərbaycan çempionatının yüksək səviyyədə təşkil olunduğunu bildirib.

Federasiya rəhbəri fərqlənən yeniyetmələrin məşqçilər tərəfindən nəzarətə götürüləcəyini qeyd edib.

Ötən ilin Beynəlxalq Şahmat Federasiyası - FIDE tərəfindən "Sosial şahmat ili" elan olunduğu xatırlanıb. Bu səbəbdən FIDE 2025-ci ildə bütün dünya üzrə şahmatın sosial layihələrə cəlb olunmasına diqqəti artırıb.

Beynəlxalq Şahmat Federasiyası 2025-ci ildə Azərbaycanda şahmata həsr olunan sosial layihələri yüksək qiymətləndirərək AŞF-nin İcraiyyə Komitəsinin üzvü, tanınmış şahmatçı Aynur Sofiyevanı xüsusi hazırlanan xatirə medalı ilə təltif edib.

İclas zamanı mükafat Aynur Sofiyevaya FIDE-nin vitse-prezidenti Mahir Məmmədov tərəfindən təqdim olunub.

İki saatdan çox davam edən iclasda Təsnifat Komissiyasının yaradılması və komissiyaya sədrin təyin edilməsi, qurumun saytının və loqosunun yenilənməsi, qadınlardan ibarət milli komandanın hazırlığı, federasiyanın dəstək proqramına dəyişikliklərin olunmasıyla bağlı məsələlər müzakirə olunub.

İclasda uşaq və gənclərdən ibarət komandanın baş məşqçisi Nicat Məmmədov, layihələr üzrə mütəxəssis Raul Quliyev, qadın şahmatçılardan ibarət komandanın məşqçisi Qədir Hüseynov və "Təhsil" RİM-nin şahmat üzrə baş məşqçisi Cavanşir Bağırovun hesabat və təklifləri dinlənilib.

AŞF rəhbəri Mahir Məmmədov milli komandaların payızda Özbəkistanda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasına hazırlığının federasiyasının diqqətində olduğunu söyləyib. Kişi şahmatçılardan ibarət komandanın olimpiadaya fərdi proqramla hazırlaşması barədə məlumat verilib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Boks
Bu gün, 13:28

Daniel Dübua vs Tayson Fyuri döyüşü üçün favori kim?

Futbol
Bu gün, 13:15

Lineker və Şirer: Fabre Manchester United təklifini geri çəkməli

Futbol
Bu gün, 12:57

Neymar bir gündə qırmızı kart və siyasi video ilə gündəmə gəldi

Futbol
Bu gün, 12:46

Rosio Eskandell: Lamin Yamalın uğuru Rokafonda ilham yaradır

Basketbol
Bu gün, 12:40

ABL 4-cü tur: Neftçi – Gəncə, LANDAU Lions – Sumqayıt

Digər
Bu gün, 12:29

Selcan Babayeva Avropa çempionatında qızıl medalla qalib gəldi

Futbol
Bu gün, 12:13

Mançester Yunayted "Mançester Siti"nin sol cinah müdafiəçisini icarəyə götürmək istəyir

Futbol
Bu gün, 11:51

FIFA U-15 Dünya Çempionatı çərçivəsində Bakıda Kanaki‑Yeni Kaledoniya və Fransız Polineziyasının gənc futbolçularına dəstək aksiyası

Futbol
Bu gün, 11:15

Xviça Kvaratsxeliya İngilis klublarının təklifini rədd edib PSG-yə qoşuldu

Qarabağ FK
Bu gün, 11:13

6‑0 qalibiyyətdə altı qolun hamısını iki akademiya təmin edib: Ulduz FA‑nın üç qol, Sabah‑ın iki qol və bir dubl

Futbol
Bu gün, 11:02

Karlton Koul İndoneziyada derbiyə tankla getməsinin səbəbini açıqladı

Digər
Bu gün, 10:53

Volkanovski UFC 333-də Evloyevi nokautla məğlub edərək titulunu qorudu

Qarabağ FK
Bu gün, 10:39

“Sabah” və “Qarabağ” qarşılaşmasında Avropa təcribəsi ilə milli fokus: Kim qalib gələcək?

Futbol
Bu gün, 10:30

Neymar: Ən yaxşı dövrüm PSJ-də

Futbol
Bu gün, 10:06

Ən çox evlənən məşhur futbolçuların siyahısı

Futbol
Bu gün, 10:00

Azərbaycan U-15 milli komandası Andorra və Avstraliya ilə dünya çempionatında qarşılaşacaq

Futbol
Bu gün, 09:58

El-Klassico, Liverpul və Bayern: 25-oktyabr Avropa futbolunda əsas mübarizələr

Güləş
Bu gün, 09:35

Eldəniz Əzizli beşinci dünya çempionluğunu alaraq karyerasını tamamlamayı plan edir

Futbol
Bu gün, 09:30

Barselona və Real Madridın El Klasikosu: Spotify Camp Nouda keçiriləcək

Futbol
Bu gün, 09:28

İmişli Şamaxı ilə qarşılaşmadan əvvəl ilk qolunu hədəfləyir

Güləş
Bu gün, 09:18

Binev taekvondo federasiyasının prezidenti Sofiyada güllələnib

Güləş
Bu gün, 09:11

Azizli və Süleymanov dünya çempionatında qızıl medal üçün final görüşlərinə çıxacaqlar

Futbol
Bu gün, 09:07

Ronaldo və Messi'nin 13 Qızıl Topu: Mükafatlar və Müzakere

Qarabağ FK
Bu gün, 09:00

Mərdəkanda Sabah – Qarabağ qarşılaşmasında kim üstünlük qazanacaq?

Oxşar xəbərlər