top
Anar Allahverdiyev: Azərbaycan Çempionatının final görüşlərində Məmmədyarov və Fətəliyeva favoritdir Report.az
20 fevral 2026, 17:08
- +

Anar Allahverdiyev: Azərbaycan Çempionatının final görüşlərində Məmmədyarov və Fətəliyeva favoritdir

Şahmat üzrə Azərbaycan çempionatının finalında kişilər arasında Şəhriyar Məmmədyarov, qadınlarda isə Ülviyyə Fətəliyeva favoritdir.

Bunu "Report"a açıqlamasında Vüqar Həşimov Memorialının direktoru, şahmat mütəxəssisi Anar Allahverdiyev bildirib.

O, Azərbaycan çempionatının finalında üz-üzə gələcək şahmatçıların şanslarını dəyərləndirib:

"Finalda favorit, təbii ki, Şəhriyar Məmmədyarovdur. O, uzun illər dünya şahmatının liderlərindən olub, təcrübəli şahmatçıdır. Amma Məhəmməd Muradlı da güclüdür, İsveçrədə, BƏƏ-də beynəlxalq turnirlərin qalibi, Azərbaycan çempionu olub. Güclü rəqibləri üzərində qələbələri də var. Hətta bir neçə il əvvəl BƏƏ-dəki turnirdə Teymur Rəcəbovu da məğlub etmişdi. Mübarizənin gərgin keçəcəyini, şansların 60-ın 40-a və ya 65-in 35-ə Şəhriyarın xeyrinə olduğunu düşünürəm".

Mütəxəssis çempionatın yüksək səviyyədə keçdiyini və formatın dəyişməsinin güclü şahmatçıları bu yarışa cəlb etdiyini vurğulayıb:

"Çempionat həmişəki kimi yüksək səviyyədə keçir. Format artıq olimpiya sistemidir və böyük mükafat fondu var. Ona görə də ölkənin ən güclü şahmatçıları bu çempionatda iştirak etməkdə maraqlıdırlar. Kişilərin yarışında Teymur Rəcəbov və Qədir Hüseynovu istisna etsək, ölkənin bütün güclü şahmatçıları iştirak edir. Qadınlarda isə bütün şahmatçılar mübarizəyə qoşulmuşdular. Gənclər üçün böyük stimuldur. Həmçinin bilirsiz ki, aşağı dəstədən də 10 şahmatçı yarışa qoşulmuşdu. Aparıcı şahmatçılar da təcrübələrini bölüşürlər. Ötən ildən fərqli olaraq artıq finalda gənc sima iştirak edir. Şəhriyar Məmmədyarovla Rauf Məmmədovun yaşı çox olmasa da, köhnə məktəbdirlər. İndi isə finalda Məhəmməd Muradlı oynayır. Bu, artıq bizdə nəsil dəyişikliyinin tədricən baş verdiyini göstərir. Gənclərin çıxışı çox sevindiricidir, yarımfinalçıların 75 faizini gənc nəsil təşkil edirdi".

O, qadın şahmatçıların finalı və favoritlər barədə də danışıb:

"Ülviyyə Fətəliyeva son vaxtlar möhtəşəm oyun nümayiş etdirir və sabit şahmatçıdır. Özbəkistandakı Qran-pridə ilk "6-lığ"a düşmüşdü. Həmin turnirdə dünyanın bütün elit şahmatçıları iştirak edirdilər. Möhtəşəm nəticəyə imza atmışdı. Qadınlar arasında Avropa çempionudur və son vaxtlar Günay Məmmədzadə ailə problemləri səbəbindən şahmatdan uzaqlaşdığına görə komandanın liderinə çevrilmişdi. Rəqibi Ayan Allahverdiyeva isə gənc ulduzdur, böyük potensialı və maraqlı oyun tərzi var. Sadəcə, sabitlik olmadığı üçün potensialından həmişə istifadə edə bilmirdi. Bunu bacarsa, emosiyalarını toparlaya və psixoloji dayanıqlıq əldə edə bilsə, çox böyük nəticələr qazanmaq şansı var. O, yarımfinalda təcrübəli Türkan Məmmədyarovanı məğlub etdi. Bu cütlükdə də favorit Fətəliyevadır, təxminən kişilərin finalındakı kimi eyni proqnozları vermək olar".

Anar Allahverdiyev Teymur Rəcəbovun çempionatda iştirak etməməsinə də münasibət bildirib:

"Düşünürəm ki, bu, onun öz qərarıdır. Təbii ki, yaş da sözünü deyir. Getdikcə yüksək nəticələri qoruyub saxlamaq çox çətindir. Şahmat çox cavanlaşıb və yüksək səviyyədə oynamaq böyük enerji, motivasiya, hazırlıq tələb edir. İnsan illər keçdikcə bu cür gərgin hazırlıq prosesinə motivasiya tapmaqda çətinlik çəkə bilər. Yüksək səviyyədə oynamaq üçün motivasiya tapmalısan. Kriştianu Ronaldu hələ də futbol oynayır. Böyük fiziki qüvvə lazımdır. Ronaldu özünü nələrdənsə məhrum edib, daim məşqlər edir. O, özünü bu işə həsr edib. Rəcəbov tanınmış qrosmeyesterdir, karyersı, yaxşı imkanları var. Bundan sonra onun əziyyətə qatlaşması, motivasiyanı tapması çox çətindir".

Qeyd edək ki, kişi şahmatçılar arasında Azəbaycan çempionatının finalında Şəhriyar Məmmədyarovla Məhəmməd Muradlı, qadınlarda isə Ülviyyə Fətəliyeva ilə Ayan Allahverdiyeva qarşılaşacaqlar.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:02

Beşiktaş Avropa Liqası I turunda Marsel'i 4:1 hesabı ilə məğlub etdi

Qarabağ FK
Dünən, 23:48

Misli Premyer Liqası VI turun hakim heyəti açıqlanıb

Olimpiada
Dünən, 22:25

Azərbaycan Atletika Milli Komandasının yeni məşqçi təyinatı

Futbol
Dünən, 19:37

Kəpəz – Sumqayıt qarşılaşması üçün 4000 bilet satılıb, azarkeş marağı yüksəkdir

Basketbol
Dünən, 16:08

ABL yeni mövsümün açılış oyununda “Sabah” komandası “LANDAU Lions” ilə qarşılaşacaq

Futbol
Dünən, 13:00

Litva millisinin Azərbaycanla oyunları üçün heyəti açıqladı

Futbol
Dünən, 05:34

“Barselona” 2026/27 mövsümündə rekord starta imza atdı

Futbol
Dünən, 04:21

“Mançester Yunayted” 42 illik ev qalibiyyət seriyasını qırdı

Futbol
Dünən, 01:19

“Mançester Yunayted” Liqa Kubokundan çıxıb, “Aston Villa” 1/8 finala yüksəldi

Futbol
Dünən, 01:02

Milan 0-2 Benfika, Bayer 2-0 Çelye

Futbol
Dünən, 00:43

Barselona 7 oyunda 30 qol vurar, orta məhsuldarlığı 4 qoldan çox

Futbol
16 sentyabr 2026, 22:44

João Pedro zədə səbəbindən Braziliya millisinin dostluq oyunlarından çıxarıldı

Boks
16 sentyabr 2026, 21:54

Avropa çempionatının püşkündə Azərbaycan boksçularının ilk rəqibləri müəyyənləşdirilib

Futbol
16 sentyabr 2026, 21:30

İngiltərə qapıçısı Din Henderson “Kristal Palace”la 2030-cu ilə qədər müqaviləsini uzatdı

Futbol
16 sentyabr 2026, 20:06

Sumqayıt FK-nın yeni kapitanı İsa Suliman olaraq təyin olundu

Futbol
16 sentyabr 2026, 17:39

“Kəpəz” stadionda pirotexniki vasitə istifadə edən azarkeşə xəbərdarlıq edib və cərimə kəsdi

Digər
16 sentyabr 2026, 17:08

FHN-in karate komandası Budapeştdə keçirilən beynəlxalq turnirdə qızıl və gümüş medallar qazandı

Futbol
16 sentyabr 2026, 16:21

“Neftçi” Azərbaycan çempionatında 1000-ci oyununa çıxacaq - VIDEO

Qarabağ FK
16 sentyabr 2026, 16:08

Bense Varkonyi: “Qarabağ”a keçid və Macarıstan milli dəvəti karyeramda yeni mərhələdir

Basketbol
16 sentyabr 2026, 13:10

"Naxçıvan" basketbol klubu Jamaal Brantley ilə birillik yeni müqavilə imzaladı

Futbol
16 sentyabr 2026, 13:00

Kəpəz yarımmüdafiəçisi Viktor Stina Moldova millisinə dəvət aldı

Futbol
16 sentyabr 2026, 12:56

“Qəbələ”nin yeni baş məşqçisi Şimali Makedoniyalı Yeton Bekiri oldu

Futbol
16 sentyabr 2026, 12:12

Messi Argentina milli komandası ilə vidalı dostluq oyununa çıxacaq

Futbol
16 sentyabr 2026, 12:05

Azərbaycanın 19 yaşadək qız futbol millisi Moldovaya 5-3 hesabıyla məğlub oldu;

Oxşar xəbərlər