top
“Qarabağ” Gəncəyə qisas üçün gedir: “Kəpəz” üçüncü qələbəyə hazırlaşır Idman.biz
Bu gün, 09:25
- ↺ +

“Qarabağ” Gəncəyə qisas üçün gedir: “Kəpəz” üçüncü qələbəyə hazırlaşır

Futbol üzrə Misli Premyer Liqasının 12-ci turuna bu gün, noyabrın 22-də Gəncədə yekun vurulacaq. Turun son qarşılaşmasında "Kəpəz" doğma meydanda "Qarabağ"ı qəbul edəcək.

İdman.Biz xəbər verir ki, Gəncə şəhər stadionunda təşkil olunacaq matçın start fiti saat 17:00-da səslənəcək. Oyunun idarəçiliyi Rauf Cabarova həvalə edilib. Yan xətlərdə Zeynal Zeynalov və Tərlan Talıbzadə fəaliyyət göstərəcəklər. Ruslan Quliyev dördüncü hakim olacaq. Videoarbitraj sisteminə Əkbər Əhmədov rəhbərlik edəcək, ona Rəhman İmami yardım göstərəcək. Ramil Diniyev hakim-inspektor, İlham Əliyev isə AFFA nümayəndəsi kimi qarşılaşmada iştirak edəcək.

Gəncədəki duel turnir cədvəli baxımından da xüsusi əhəmiyyət daşıyır. "Qarabağ" 10 matçdan sonra 19 xalla beşinci, "Kəpəz" isə 17 xalla altıncı pillədədir. Meydan sahibləri qalib gələcəkləri təqdirdə Ağdam komandasını geridə qoyacaqlar.

Qarşılaşmanın əsas intriqalarından biri "Qarabağ"ın uğursuz seriyanı qırıb-qıra bilməyəcəyidir. Son iki dueldə "Kəpəz"ə uduzan Ağdam təmsilçisi bu dəfə Gəncəyə həmin məğlubiyyətlərin əvəzini çıxmaq üçün yollanır. Yanvarın 24-də səfərdə 2:0 hesabı ilə qalib gələn "Kəpəz" martın 20-də də rəqibinə aman verməyib - 1:0.

Komandaların 34 illik rəqabətində isə üstünlük "Qarabağ"a məxsusdur. 1992-ci ildən bəri keçirilən 64 çempionat matçının 36-sı Ağdam təmsilçisinin, 16-sı Gəncə komandasının qələbəsi ilə nəticələnib. Daha 12 oyunda qalib müəyyənləşməyib. Bu müddətdə "Qarabağ" 103, "Kəpəz" isə 64 qol vurub.

Son yeddi qarşılaşmanın statistikası da diqqət çəkir. Bu oyunların altısında hesabı açan tərəf yekunda qələbəni bayram edib. Yalnız 15 mart 2025-ci ildə keçirilən görüşdə qapılara qol vurulmayıb.

Rəqiblərin əvvəlki duellərində böyükhesablı nəticələr də az olmayıb. "Qarabağ" 4 noyabr 2023-cü ildə "Kəpəz"i 7:1, 29 mart 2024-cü ildə isə 6:1 hesabı ilə məğlub edib. Lakin son iki qarşılaşmada Gəncə komandasının üstün olması bu dəfə meydan sahiblərinin iddiasını daha da artırır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Boks
Bu gün, 09:33

Yeni Zelandiya döyüşçüsü Stirling, Proxazka'yı nokautla məğlub etdi

Futbol
Bu gün, 09:30

2028-ci il "Copa America" turniri yenidən ABŞ-da keçirilə bilər

Qarabağ FK
Bu gün, 09:20

Xankəndidə atletika üzrə “Prezident Kuboku” keçiriləcək

Futbol
Bu gün, 09:13

“Neftçi” liderlik, “Araz-Naxçıvan” ilk qələbə uğrunda

Futbol
Bu gün, 09:08

Flik “Real Madrid”in uğurlarından narahat olmadığını açıqladı

Qarabağ FK
Bu gün, 09:00

"Kəpəz" "Qarabağ"ı qonaq edir

Futbol
Bu gün, 08:50

Karlos Espi: Qol vuranda bütün komanda üstümə atıldı

Futbol
Bu gün, 08:40

Maliyyə baxımından "Bavariya"da rekord göstərici

Futbol
Bu gün, 08:03

“Çelsi” 80 milyon avroluq müdafiəçi uğrunda mübarizəyə qoşuldu

Futbol
Bu gün, 08:00

Braziliyada çempion bəlli oldu

Futbol
Bu gün, 08:00

Premyer Liqada Qəbələ və Şamaxı qələbə qazandı, Bağırov və Həşimovun açıqlamaları tartışma yaradıdı

Futbol
Bu gün, 07:12

Mourinyo: “Hər oyunda fasiləyə 4:0 hesabı ilə üstün yollanmaq istəyirik”

Futbol
Bu gün, 06:13

PSJ ağır zədəsinə baxmayaraq Kvaratsxeliyaya böyük təklif hazırlayır

Futbol
Bu gün, 05:43

“Real Madrid” geridönüşlə qalib gəldi, “Barselona”ya çatdı

Futbol
Bu gün, 05:03

Qalatasaray Okan Burukun qırmızı vərəqəsinə ediraz edəcək - Beşiktaş derbisi öncəsi müraciət

Futbol
Bu gün, 04:34

Mixail Mudrikdən şok etiraflar: "Arsenal" peşmanlığı, dopinq qalmaqalı, borca düşməsi və təhdidlər

Futbol
Bu gün, 04:04

PSJ-nin qələbəsinə zədə kölgəsi: Luis Enrikedən Due ilə bağlı açıqlama

Futbol
Bu gün, 03:02

Vüsal İsgəndərlinin "Malişeva" komandası 2:1 qələbə qazanıb

Futbol
Bu gün, 03:00

Məşhur hücumçunun xanımı elə FOTOLAR paylaşdı ki

Qarabağ FK
Bu gün, 02:35

“Araz-Naxçıvan” “Neftçi”yə, “Kəpəz” “Qarabağ”a qarşı - YENİLƏNİR

Futbol
Bu gün, 02:12

Real Madrid səfərdə Selta üzərində qələbə qazanıb

Futbol
Bu gün, 02:10

Millimizin hücumçusu İtaliyada daha bir qol vurdu

Futbol
Bu gün, 02:00

Mərhum futbolçunun ailəsi “Santyaqo Bernabeu”da

Oxşar xəbərlər