Azərbaycanlı yarımmüdafiəçi Vüsal İsgəndərlinin çıxış etdiyi "Malişeva" Kosovo Superliqasında növbəti qələbəsini qazanıb.
İdman.Biz xəbər verir ki, komanda 14-cü turda doğma meydanda "Dukaqini"ni 2:1 hesabı ilə məğlub edib.
Qonaqlar 15-ci dəqiqədə Dienit İsufinin qolu ilə hesabı açıblar. İkinci hissədə isə "Malişeva" geridönüş etməyi bacarıb. Kreşnik Uka 63-cü dəqiqədə tarazlığı bərpa edib, Dreni Kryeziu isə 84-cü dəqiqədə penaltini dəqiq yerinə yetirərək meydan sahiblərinə qələbə qazandırıb.
Vüsal İsgəndərli qarşılaşmanı ehtiyat oyunçular skamyasında keçirib.
Bu nəticədən sonra "Malişeva" 30 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Komanda lider "Priştina"dan beş xal geri qalır. "Dukaqini" isə 18 xalla altıncı yerdədir.