top
NAZİR: “Hazırda məndə belə bir məlumat yoxdur” Sportinfo.az
Bu gün, 01:50
- ↺ +

NAZİR: “Hazırda məndə belə bir məlumat yoxdur”

Gənclər və idman naziri Fərid Qayıbov Xankəndidə "Xankəndi" - "Karvan-Yevlax" matçı haqda müsahibə verib.

Sportinfo.az həmin müsahibəni təqdim edir:

– Xatırlayırsınızsa, "Xankəndi" azad olunduqdan sonra, 2023-cü il dekabrın 21-də burada ilk oyun baş tutdu. "Qarabağ" MOİK-lə qarşılaşdı. Ondan sonra ölkə başçısının tapşırıqlarına əsasən, stadion yenidən quruldu. Bu yaxınlarda yenidən ölkə başçısının iştirakı ilə stadionun açılışı baş tutdu. "Xankəndi" ilk oyununu öz meydanında keçirir. Təbii ki, bu, çox sevindirici haldır. Çox sayda azarkeş var idi. Çoxdandır gözlədiyimiz gün idi. MOİK də burada oynamaq qərarına gəlib. Növbəti ildən onlar da oyunlarını burada keçirəcəklər. Stadion UEFA kateqoriyası almaq üçün hazırdır. Beynəlxalq standartlara uyğun olaraq burada hər cür şərait yaradılıb. Bu, AFFA-dan da asılıdır. Yaxın gələcəkdə çalışacağıq ki, milli komandamız ev oyunlarından birini burada keçirsin.

– Gələcəkdə uşaq futbolu ilə bağlı hansısa layihə nəzərdə tutulub? Xüsusən də Xankəndidə və işğaldan azad edilmiş digər şəhərlərdə, qayıdış proqramı icra olunan ərazilərdə...

– Həm bizim nazirliyin, həm də Elm və Təhsil Nazirliyinin uşaq-gənclər idman məktəbləri var. Orada futbol bölmələri də fəaliyyət göstərir. MOİK və digər idman klubları da var. Bu, dövlətin uşaq futboluna göstərdiyi dəstəkdir. Bununla yanaşı, bütün futbol klublarının futbol akademiyaları var. Orada da inkişaf gedir. Təbliğat işləri yaxşı aparılır. U-15 dünya çempionatı ilk dəfə bizim ölkəmizdə keçirildi. Nəticələrini də görəcəyik.

– AFFA ilə danışıq gedirmi ki, aşağı yaş qruplarından ibarət yığma komandamızın Xankəndidə yoxlama oyunu keçirməsi və ya təlim-məşq toplanışı təşkil etməsi nəzərdə tutulsun?

– Hazırda məndə belə bir məlumat yoxdur. Amma dediyim kimi, bu stadion beynəlxalq standartlara uyğundur. Gözləyirik ki, UEFA-dan gəlib stadionun kateqoriyasını müəyyənləşdirsinlər. Ondan sonra nəinki aşağı yaş qruplarından ibarət yığmalarımız, hətta A milli komandamız da burada oynaya bilər. Hətta burada avrokubok matçları da keçirilə bilər.

Ticket Store Neftchi Qarabag FK
Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 02:35

“Araz-Naxçıvan” “Neftçi”yə, “Kəpəz” “Qarabağ”a qarşı - YENİLƏNİR

Futbol
Bu gün, 02:10

Millimizin hücumçusu İtaliyada daha bir qol vurdu

Futbol
Bu gün, 02:00

Mərhum futbolçunun ailəsi “Santyaqo Bernabeu”da

Futbol
Bu gün, 01:54

Liderlərdən növbəti darmadağın

Futbol
Bu gün, 01:47

Ramil Şeydayev oynamadı, “Soçi” yenə qələbə qazana bilmədi

Futbol
Bu gün, 01:40

Premyer Liqa'nın en uğursuz beş bahalı transferi

Futbol
Bu gün, 01:38

“Fənərbaxça” məğlubiyyətdən qaçdı - Video

Futbol
Bu gün, 01:38

Krivotsyukun komandası 10 oyunluq seriya ilə ikinci yerə yaxınlaşdı

Futbol
Bu gün, 01:30

Cəlal Hüseynovun komandası Buxarest “Dinamo”sunu səfərdə məğlub etdi

Futbol
Bu gün, 01:30

Hakan Çalhanoğlunu heyətinə qatmaqda “Tottenhem” maraqlıdır

Futbol
Bu gün, 01:27

Yunuszadə sona kimi ehtiyatda qaldı

Qarabağ FK
Bu gün, 01:20

Şahin Şahniyarov "Kəpəz" - "Qarabağ" matçından gözləntisini açıqladı - VİDEO

Futbol
Bu gün, 01:00

"Mançester Siti" düşərgəsində "Fulhem"ə 1:1 hesabı ilə qalib gələ bilmədi - Video

Voleybol
Bu gün, 00:51

Azərbaycanın U-16 voleybol millisi Litvanı məğlub etdi

Futbol
Bu gün, 00:50

Rayondakı stadionda insident, qovulmalar və digər hadisələr... VİDEO

Futbol
Bu gün, 00:39

Azərbaycan millisinin futbolçusu ‘Sampdoriya’ qələbəsinə qol töhfə verdi

Futbol
Bu gün, 00:30

Pafos komandası Kiprdə Omoniya Aradippunu 2:1 hesabı ilə məğlub etdi

Futbol
Bu gün, 00:29

Krivotsyuk oynamadı, komandası qalib gəldi

Futbol
Bu gün, 00:20

Dortmundun yarımmüdafiəçisi Feliks Nmeça İngiltərə Premyer Liqasının dörd klubunun maraq dairəsindədir

Futbol
Bu gün, 00:16

“Mançester Siti” evdə, “Arsenal” səfərdə xal itirdi

Futbol
Bu gün, 00:13

“Qalatasaray”ın qələbəsi - Video

Futbol
Bu gün, 00:10

Argentinalı müdafiəçinin transferinə qarşıdır - “Barselona”nın baş məşqçisi

Digər
Bu gün, 00:03

Qılıncoynatma üzrə ölkə birinciliyinin bütün qalibləri müəyyənləşdi - FOTO

Oxşar xəbərlər