top
“Neftçi” liderlik, “Araz-Naxçıvan” ilk qələbə uğrunda Idman.biz
Bu gün, 09:13
- ↺ +

“Neftçi” liderlik, “Araz-Naxçıvan” ilk qələbə uğrunda

Futbol üzrə Misli Premyer Liqasında bu gün, noyabrın 22-də "Araz-Naxçıvan" və "Neftçi" komandaları qarşılaşacaq.

İdman.Biz xəbər verir ki, 12-ci turun matçı Şamaxı şəhər stadionunda keçiriləcək və saat 14:30-da başlayacaq. Görüşü Rəvan Həmzəzadənin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. Ona Şirmamed Mamedov və Teymur Teymurov kömək edəcəklər. Dördüncü hakim Əliyar Ağayev olacaq. VAR-da Fərid Hacıyev, AVAR-da isə Vüsal Məmmədov çalışacaq. Hakim-inspektor funksiyası Babək Quliyevə tapşırılıb. AFFA nümayəndəsi Elçin Mehtiyevdir.

Komandalar qarşılaşmaya turnir cədvəlində fərqli mövqelərdə çıxırlar. "Neftçi" 11 oyundan topladığı 24 xalla ikinci pillədə qərarlaşıb. Bakı təmsilçisi lider "Sabah"la eyni xala malikdir və qələbə qazanacağı təqdirdə ən azı müvəqqəti olaraq birinci pilləyə yüksələcək. "Araz-Naxçıvan" isə 11 matçda cəmi dörd xal toplayıb və 12-ci sıradadır. Naxçıvan təmsilçisi cari mövsümdə hələ qələbə qazana bilməyib.

Rəqiblər Azərbaycan çempionatları tarixində 16 dəfə üz-üzə gəliblər. Bu oyunların yeddisində "Neftçi", dördündə "Araz-Naxçıvan" qələbə qazanıb. Beş görüş heç-heçə yekunlaşıb. Top fərqində də paytaxt təmsilçisi öndədir - 36:11.

"Neftçi" komandalar arasında keçirilən son üç qarşılaşmanın hamısında qalib gəlib. "Araz-Naxçıvan" isə rəqibi ilə son beş oyunda qələbə üzünə həsrət qalıb.

Tərəflərin son görüşü avqustun 23-də baş tutub. Həmin qarşılaşmada "Neftçi" 5:0 hesablı qələbə qazanıb. Bundan əvvəlki iki matç da Bakı təmsilçisinin üstünlüyü ilə yekunlaşıb - 4:0 və 2:1.

"Araz-Naxçıvan"ın "Neftçi" üzərində son qələbəsi 26 yanvar 2025-ci ilə təsadüf edir. Naxçıvan təmsilçisi həmin vaxt rəqibini 2:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, komandalar arasında ən böyükhesablı nəticə 9 sentyabr 2000-ci ildə qeydə alınıb. Həmin görüşdə "Neftçi" 7:0 hesabı ilə qalib gəlib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 09:25

“Qarabağ” Gəncəyə qisas üçün gedir: “Kəpəz” üçüncü qələbəyə hazırlaşır

Qarabağ FK
Bu gün, 09:20

Xankəndidə atletika üzrə “Prezident Kuboku” keçiriləcək

Futbol
Bu gün, 09:08

Flik “Real Madrid”in uğurlarından narahat olmadığını açıqladı

Qarabağ FK
Bu gün, 09:00

"Kəpəz" "Qarabağ"ı qonaq edir

Futbol
Bu gün, 08:50

Karlos Espi: Qol vuranda bütün komanda üstümə atıldı

Futbol
Bu gün, 08:40

Maliyyə baxımından "Bavariya"da rekord göstərici

Futbol
Bu gün, 08:03

“Çelsi” 80 milyon avroluq müdafiəçi uğrunda mübarizəyə qoşuldu

Futbol
Bu gün, 08:00

Braziliyada çempion bəlli oldu

Futbol
Bu gün, 08:00

Premyer Liqada Qəbələ və Şamaxı qələbə qazandı, Bağırov və Həşimovun açıqlamaları tartışma yaradıdı

Futbol
Bu gün, 07:12

Mourinyo: “Hər oyunda fasiləyə 4:0 hesabı ilə üstün yollanmaq istəyirik”

Futbol
Bu gün, 06:13

PSJ ağır zədəsinə baxmayaraq Kvaratsxeliyaya böyük təklif hazırlayır

Futbol
Bu gün, 05:43

“Real Madrid” geridönüşlə qalib gəldi, “Barselona”ya çatdı

Futbol
Bu gün, 05:03

Qalatasaray Okan Burukun qırmızı vərəqəsinə ediraz edəcək - Beşiktaş derbisi öncəsi müraciət

Futbol
Bu gün, 04:04

PSJ-nin qələbəsinə zədə kölgəsi: Luis Enrikedən Due ilə bağlı açıqlama

Futbol
Bu gün, 03:02

Vüsal İsgəndərlinin "Malişeva" komandası 2:1 qələbə qazanıb

Futbol
Bu gün, 03:00

Məşhur hücumçunun xanımı elə FOTOLAR paylaşdı ki

Qarabağ FK
Bu gün, 02:35

“Araz-Naxçıvan” “Neftçi”yə, “Kəpəz” “Qarabağ”a qarşı - YENİLƏNİR

Futbol
Bu gün, 02:12

Real Madrid səfərdə Selta üzərində qələbə qazanıb

Futbol
Bu gün, 02:10

Millimizin hücumçusu İtaliyada daha bir qol vurdu

Futbol
Bu gün, 02:00

Mərhum futbolçunun ailəsi “Santyaqo Bernabeu”da

Futbol
Bu gün, 01:54

Liderlərdən növbəti darmadağın

Qarabağ FK
Bu gün, 01:50

NAZİR: “Hazırda məndə belə bir məlumat yoxdur”

Futbol
Bu gün, 01:47

Ramil Şeydayev oynamadı, “Soçi” yenə qələbə qazana bilmədi

Oxşar xəbərlər