top
Premyer Liqada Qəbələ və Şamaxı qələbə qazandı, Bağırov və Həşimovun açıqlamaları tartışma yaradıdı Futbolinfo.az
Bu gün, 08:00
- ↺ +

Premyer Liqada Qəbələ və Şamaxı qələbə qazandı, Bağırov və Həşimovun açıqlamaları tartışma yaradıdı

Sürpriz olmadı. Misl Premyer Liqasının dünənə təsadüf edən oyunlarında favorit sayılanlar qələbəni bayram etdi.

Hər iki qarşılaşma eyni hesabla və qonaqların qələbəsi ilə bitdi. Bu nəticələrdən sonra “Turan Tovuz” zirvə mübarizəsində yerini möhkəmlətdisə, “Qəbələ” autsayderlər qrupundan bir qədər uzaqlaşdı. “Şəfa” bərbad çıxışa davam etdiyi halda “Şamaxı”nın qələbəsiz oyunlar seriyası dördə çatdı.

Öncə günün son matçına toxunaraq qeyd edək ki, qələbəyə baxmayaraq, “Qəbələ”nin uğurlu oynadığını demək olmaz. Hesab açılanadək “Şəfa” daha üstün görünürdü. Amma hücumda bitiricilik problemi debütantı növbəti məğlubiyyətə sürüklədi. Qonaqlar nəticəyə oynadı, ələ düşən fürsətləri qola çevirib 9-cu pilləyə qalxdı.

Matçdan sonra “Şəfa”nın baş məşqçsi Zaur Həşimovun dedikləri isə bir qədər müəmmalı alındı. Onun məsulyyətdən qaçmaması gözləniləndir, belə də olmalıdır, lakin vəziyyətdən çıxmaq üçün rəhbərliyi də pay sahibi etməsi başa düşülmədi. Komanda pis oynayırsa, məşqçi çıxış yolu tapmalıdır. Klub rəhbərliyi lazımi büdcəni ayırıb, transferlər edilib, uğursuz gedişata rəğmən, hər cür dəstək verilir. Həşimov hansısa klubdaxili problemə eyham vurursa, bu yolverilməzdir, yox əgər qışda hücumçu transferi istəyirsə, bunu da mətbuat önündə demək xoş olmadı. Belə addım daha çox bəhanəyə bənzəyir.

“Qəbələ” də sevinməyə tələsməsin. Komanda hətta Kaxaber Sxadadzenin vaxtında da indikindən yaxşı oynayırdı. Dünənki qələbə daha çox “Şəfa”nın hədiyyəsi idi. Yeni baş məşqçi rəhbərliyin səhv seçimdir. Yeton Bekiri əla heyətlə gözlənilən futbolu sərgiləyən komanda qura bilməyib.

Şamaxıdakı matça gəlincə, hakim qərarı nəticəyə bilavasitə təsir göstərdi. İlk qolu vuran Jo Batista daha öncə etdiyi kobudluğa görə meydandan qovulsaydı, yəqin ki, indi fərqli şeylərdən danışırdıq. Lakin həmin epizod üzərində dayanmayacağıq. Hər məğlubiyyətdə günahı hakimlərin üzərinə atan “Şamaxı”nın baş məşqçisi Azər Bağırov bu dəfə haqlı ola-ola susmağı lazım bilirsə, “hakimlər barədə danışmaq istəmirəm” deyirsə, onun komandasının haqqını mətbuat müdafiə etməli deyil.

Çalışdırıcı hiyləgərlik edib özünü “yaxşı oğlan” kimi satmaqda olsun, klub rəhbəri Elçin Usub şəxsi maraqlarına görə gizlənsin, əvəzində jurnalistlər danışsın? Buyurun, etirazınızı bildirin, mətbuat işıqlandırsın. Siz ilk dövrədə qazandığınız haram xalın utancı ilə susacaqsınızsa, müdafiəçinizin həmin epizoda görə aldığı xəsarəti görməzdən gəəcəksizinizsə, “Turan Tovuz”u təbrik etmək lazımdır. Qalmaqallı epizoda AFFA Hakimlər Komitəsinn sədri Rəhim Həsənovun hansı şərhi verəcəyini də maraqla gözləyirik. Bəlkə o da qərblilərin bu rəqiblə ilk dövrədəi oyunda qələbəsinin əlindən alınmasına görə kamera qarşısına əlində mala ilə çıxacaq?

Dünənki nəticələrdən sonra “Turan Tovuz” zirvəyə şərik oldu, “Qəbələ” “Sumqayıt”ı ötdü, “Şəfa” isə son pilləyə düşməmək üçün “Araz-Naxçıvan”ın məğlubiyyətini arzulayır.

FƏRİD

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:03

“Çelsi” 80 milyon avroluq müdafiəçi uğrunda mübarizəyə qoşuldu

Futbol
Bu gün, 08:00

Braziliyada çempion bəlli oldu

Futbol
Bu gün, 07:12

Mourinyo: “Hər oyunda fasiləyə 4:0 hesabı ilə üstün yollanmaq istəyirik”

Futbol
Bu gün, 06:13

PSJ ağır zədəsinə baxmayaraq Kvaratsxeliyaya böyük təklif hazırlayır

Futbol
Bu gün, 05:43

“Real Madrid” geridönüşlə qalib gəldi, “Barselona”ya çatdı

Futbol
Bu gün, 05:03

Qalatasaray Okan Burukun qırmızı vərəqəsinə ediraz edəcək - Beşiktaş derbisi öncəsi müraciət

Futbol
Bu gün, 04:04

PSJ-nin qələbəsinə zədə kölgəsi: Luis Enrikedən Due ilə bağlı açıqlama

Futbol
Bu gün, 03:02

Vüsal İsgəndərlinin "Malişeva" komandası 2:1 qələbə qazanıb

Futbol
Bu gün, 03:00

Məşhur hücumçunun xanımı elə FOTOLAR paylaşdı ki

Qarabağ FK
Bu gün, 02:35

“Araz-Naxçıvan” “Neftçi”yə, “Kəpəz” “Qarabağ”a qarşı - YENİLƏNİR

Futbol
Bu gün, 02:12

Real Madrid səfərdə Selta üzərində qələbə qazanıb

Futbol
Bu gün, 02:10

Millimizin hücumçusu İtaliyada daha bir qol vurdu

Futbol
Bu gün, 02:00

Mərhum futbolçunun ailəsi “Santyaqo Bernabeu”da

Futbol
Bu gün, 01:54

Liderlərdən növbəti darmadağın

Qarabağ FK
Bu gün, 01:50

NAZİR: “Hazırda məndə belə bir məlumat yoxdur”

Futbol
Bu gün, 01:47

Ramil Şeydayev oynamadı, “Soçi” yenə qələbə qazana bilmədi

Futbol
Bu gün, 01:40

Premyer Liqa'nın en uğursuz beş bahalı transferi

Futbol
Bu gün, 01:38

“Fənərbaxça” məğlubiyyətdən qaçdı - Video

Futbol
Bu gün, 01:38

Krivotsyukun komandası 10 oyunluq seriya ilə ikinci yerə yaxınlaşdı

Futbol
Bu gün, 01:30

Cəlal Hüseynovun komandası Buxarest “Dinamo”sunu səfərdə məğlub etdi

Futbol
Bu gün, 01:30

Hakan Çalhanoğlunu heyətinə qatmaqda “Tottenhem” maraqlıdır

Futbol
Bu gün, 01:27

Yunuszadə sona kimi ehtiyatda qaldı

Qarabağ FK
Bu gün, 01:20

Şahin Şahniyarov "Kəpəz" - "Qarabağ" matçından gözləntisini açıqladı - VİDEO

Oxşar xəbərlər