Braziliayada çempion müəyyənləşib. Sport24.az xəbər verir ki, bu ada "Flamenqo" sahib çıxıb.
Komanda 36-cı turda səfərdə "Palmeyras"la 1:1 hesablı heç-heçə edib.
Bununla da mövsümün başa çatmasına iki tur qalmış "Flamenqo" xallarının sayını 80-nə çatdırıb. "Palmeyras" isə 74 xalla ikinci pillədə qərarlaşıb.
Qeyd edək ki, bu, "Flamenqo"nun ardıcıl ikinci, klub tarixində isə doqquzuncu Braziliya çempionluğudur.