top
Universiada 2025: Azərbaycanın uğurlu çıxışı və gələcək perspektivləri Idman.biz
28 iyul 2025, 12:33
- ↺ +

Universiada 2025: Azərbaycanın uğurlu çıxışı və gələcək perspektivləri

Azərbaycan Almaniyanın Reyn-Rur bölgəsində keçirilən Ümumdünya Universiadasını dörd medalla - iki qızıl və iki gümüşlə başa vuraraq Kanada, Finlandiya, Portuqaliya, Gürcüstan, Belçika, İsveç, Qazaxıstan və digər ölkələri qabaqlayaraq ümumi sıralamada 24-cü yeri tutdu.

İdman.biz-in məlumatına görə, uğurun əsas mənbəyi bədii gimnastika üzrə qrup komandası olub.

Ləman Əlimuradova, Güllü Ağalarzadə, Darya Sorokina, Kamilla Əliyeva və Yelizaveta Luzan dünya lideri statuslarını təsdiqləyiblər.

Azərbaycan zərifləri çoxnövçülük üzrə finalda qalib gələrək, beş lentlə hərəkətdə qızıl əldə edərək, "üç top + iki halqa" ilə çıxışda ikinci olublar.

2025-ci il Universiadasında medalların əsas tədarükçüsünə çevrilən Azərbaycan gimnastları liderlik keyfiyyətlərini nümayiş etdirərək, yeni olimpiya dövrü üçün ciddi iddia ilə çıxış ediblər. Bundan əlavə, qrup komandası bədii gimnastikanın Azərbaycan idmanının vizit kartlarından biri olduğunu xatırladıb.
Medal kolleksiyasına cüdoçumuz Elcan Hacıyev (90 kq) gümüş əlavə edib. 23 yaşlı idmançı üçün bu, ardıcıl ikinci Universiada mükafatıdır: 2023-cü ildə Çenduda bürünc medal qazanıb və indi o, bir pillə irəliləyərək nəticəni yaxşılaşdırmağa nail olub.

Almaniyada medalları qazanacağı gözlənilənlər əldə etdi, baxmayaraq ki, bu, daha çox ola bilərdi. Lakin başa düşməliyik ki, 2025-ci il Universiadasında Azərbaycanı təmsil edənlərin böyük əksəriyyəti öz idman növləri üzrə hələ liderliyi qazanmayan və genişmiqyaslı beynəlxalq yarışlarda təcrübəyə malik olmayan idmançılardır.

Məsələn, cüdo üzrə Azərbaycan milli komandası əsasən yüksək səviyyəli yarışlarda məhdud təcrübəyə malik idmançılardan formalaşıb. Təbii ki, Elcan Hacıyev istisnadır - yaşına baxmayaraq, o, artıq Olimpiya Oyunlarında iştirak etməyi, Avropa çempionu adını qazanmağı və dünya çempionatının bürünc mükafatçısı olmağı bacarıb.

Üstəlik, Almaniyada keçirilən yarışın nəticələri ilə 2023-cü ildəki Universiadanın nəticələrini müqayisə etsək, keyfiyyət baxımından irəliləyişi görməmək mümkün deyil. O vaxt azərbaycanlı tələbələr doqquz medal (0-3-6) qazansalar da, qızıl medalsız cəmi 38-ci yeri tutdular.

İndi artıq dörd medal, o cümlədən iki ən yüksək medal onlara 14 pillə yüksəlməyə imkan verdi. Məlum olduğu kimi, medalların hesabında məhz qızıl həlledici rol oynayır - on, hətta yüz gümüş medal heç vaxt bir qızılı üstələyə bilməz. Beləliklə, Azərbaycan gimnastlarının qızıl medallarını qiymətləndirməmək qətiyyən mümkün deyil.

Lakin yuxarıda qeyd etdiyimiz kimi, həqiqətən də medallar daha çox ola bilərdi. Bütün hallarda 2025-ci il Universiadası ölkədə tələbə idmanının inkişafının vacibliyini bir daha vurğuladı. Belə turnirlər onların idman karyerasında mühüm mərhələyə çevrildiyindən Azərbaycanda universitetlərin tələbə idmançıların yetişdirilməsinə diqqəti artırması zəruridir. Yeni Olimpiya dövrü və 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiya Oyunlarına lisenziyalar uğrunda mübarizə fonunda tələbə idmanı milli komandaların gələcək liderlərinin formalaşmasında əsas rol oynaya bilər.

Teymur Tuşiyev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:20

Kimmixin Musiala ilə bağlı açıqlamaları "Bayern" rəhbərliyinin narazılığına səbəb olub

Futbol
Bu gün, 00:19

Gürcüstanın baş naziri Batumi insidentində polisi müdafiə edərək siyasi istismar edənleri tənqid etdi

Futbol
Bu gün, 00:18

Türkiyə Super Liqasının XIII turunda ilk oyunlar başa çatıb

Futbol
Bu gün, 00:10

Empoli, Raul Albiol'u Teknik Köməkçi olaraq işə götürəcək

Futbol
Bu gün, 00:08

"Konyaspor" və "Rizəspor"dan qələbə

Futbol
Bu gün, 00:00

Roma klubunun vingeri Matias Sule‑ni 55‑60 milyon avroya sata bilər

Futbol
Dünən, 23:57

Almaniyanın 2-ci liqasında çıxan müdafiəçi İngiltərə klublarını fırladıb

Güləş
Dünən, 23:45

Azərbaycan güləşinin zəngin irsi idman sərgisində təqdim edilir

Güləş
Dünən, 23:42

"Deflimpiyaçı güləşçilərimiz Ermənistanda altı medal qazandı"

Futbol
Dünən, 23:40

"Turan Tovuzda Kəpəzlə qarşılaşır, 200 Gəncə azarkeşi gəlir"

Minifutbol
Dünən, 23:21

"Dirk Kuyt "Fənərbağça"dan ayrılır, Belçikada "Leuven" klubunun baş məşqçisi olur"

Futbol
Dünən, 23:06

"Rizespor" və "Konyaspor" geri düşdükləri oyunları son dəqiqə qolları ilə qələbəyə çevirib

Futbol
Dünən, 23:00

Breno Neftçiyə qələbə qazandırdı

Futbol
Dünən, 22:55

İrakli Kobaxidze Beşiktaş‑Hapoel matçında baş verən ciddi təxribatları və polisin müdaxiləsini qiymətləndirir

Futbol
Dünən, 22:50

Arsenal İvan Fresnedanı almayı planlayır

Futbol
Dünən, 22:49

"Arsenal" "Komo"nun argentinalı yarımmüdafiəçisi Nico Pası 2027-ci ilin yayında heyətinə qatmaq istəyir

Futbol
Dünən, 22:49

"Mançester City "Arsenal"ı məğlub edə bilər"

Futbol
Dünən, 22:40

İmişli 3:1-ə məğlub, 10 oyunluq məğlubiyyət dövrü sona çatdı

Şahmat
Dünən, 22:35

Şahin Vəliyev Portuqaliyada Fransa favorisini məğlub etdi

Futbol
Dünən, 22:32

"Zirə" Neftçini 3:1 uduzdu – VİDEO və XRONOLOGİYA

Futbol
Dünən, 22:28

Mourino "Real"ın ilk hissələrdəki çətinlikləri barədə danışdı: "Futbolçular dedilər ki, ideal başlasaydıq skamya darıxardı"

Futbol
Dünən, 22:24

Mahir Emreli «Rakuv»da yeddinci qolunu vurdu

Futbol
Dünən, 22:20

Vernidub "Neftçi" məğlubiyyəti və Sadıqovla qədimbarədə danışdı: "Arazımızda heç nə yoxdur"

Futbol
Dünən, 22:20

"Sabah"ın legioneri Raxmonaliyev "Sumqayıt" matçından sonra uşaqlarla xatirə şəkilləri çəkdirib - VİDEO

Oxşar xəbərlər