top
Pyer Lafonten: Bakı Dünya Kuboku mərhələsini yaddaqalan idman hadisəsinə çevirməliyik Idman.biz
02 dekabr 2025, 16:54
- ↺ +

Pyer Lafonten: Bakı Dünya Kuboku mərhələsini yaddaqalan idman hadisəsinə çevirməliyik

Azərbaycanda artıq üzgüçülük üzrə "İpək Yolu" Dünya Kubokunun ilk mərhələsinə hazırlıq proseslərinə başlanılıb. Yarışlar 2026-cı il 1-3 oktyabr tarixlərində Bakı Su İdmanı Sarayında keçiriləcək. Bu nüfuzlu tədbirin tarixi yaxın günlərdə açıqlanıb.

Pyer Lafonten İdman.Biz-ə bildirib ki, qarşıdakı turnirlə əlaqədar keçən həftə Bakıya "World Aquatics" prezidentinin səfəri təşkil olunub.

Lafonten qeyd edib ki, Bakı Su İdmanı Sarayında infrastrukturun modernləşdirilməsi işlərinə artıq start verilib. Üzgüçülük hovuzunun 10 yaşı var - o, 2015-ci il Avropa Oyunlarına hazırlıq çərçivəsində inşa olunub:

"Dünyanın ən yaxşı hovuz inşaatçıları arasında yer alan "Murtha Pools" şirkətinin nümayəndələri ilə görüşdüm. Onlar Dünya Kuboku mərhələsinə hazırlıq üçün hovuzun necə təkmilləşdirilə biləcəyini qiymətləndirdilər. Eyni zamanda xronometraj məsələlərini müzakirə etdik - sistemi daha mükəmməl etmək üçün görüləcək işləri nəzərdən keçirdik. Beynəlxalq yarışların təşkili həmişə infrastrukturun inkişafına təkan verir. Necə ki, avtomobil yarışlarına hazırlıq zamanı şəhərin küçələri təmizlənir və hər şey qaydaya salınır, biz də bu turnir sayəsində hovuzu yeniləyə, onu növbəti 10 il üçün hazır vəziyyətə gətirə bilərik. Üstəlik, Dünya Kubokunun mərhələlərini ardıcıl iki-üç il qəbul edəcəyik".

Fransalı mütəxəssis hesab edir ki, bu miqyaslı tədbir əhali, xüsusən də uşaqlar üçün güclü stimul olacaq:

"Arzum odur ki, tribunalar tam dolu olsun. Valideynlərlə yanaşı məktəblilər də əyləşsin və biz onlara göstərə bilək ki, baxın, siz də belə gələ və üzgüçülüklə məşğul olmağa başlaya bilərsiniz".

Lafonten əlavə edib ki, o, daha əvvəl Kanadada Dünya Kuboku yarışlarını təşkil edib və indi əsas məqsədi odur ki, əcnəbi qonaqlar Bakını yalnız "Formula-1" şəhəri kimi yox, həm də su idmanı növləri üzrə böyük beynəlxalq turnirlərin keçirildiyi məkan kimi tanısınlar:

"Biz unudulmaz anlara imza atmaq istəyirik ki, atletlər desin: "Mən yenidən Bakıya qayıtmaq istəyirəm". Məqsədimiz həm təşkilati səviyyə, həm bayram atmosferi, həm də yüksək sürətlər baxımından hər kəsi heyran etməkdir. Bizə sadəcə növbəti yarışı keçirmək yox, yaddaqalan idman hadisəsinə imza atmalıyıq"

Pyer Lafonten onu da bildirib ki, Dünya Kubokunun Bakı mərhələsi başa çatan kimi, ertəsi gün dünyanın müxtəlif ölkələrindən mütəxəssislərin qatılacağı məşqçi seminarı keçiriləcək. Bu təşəbbüs yerli məşqçilərin inkişafına xidmət edir:

"Bu, bizim "World Aquatics" ilə əla münasibətlərimizin göstəricisidir. Qazaxıstanla - üçüncü mərhələnin keçiriləcəyi ölkə ilə birlikdə - sehrli üçmərhələli tsikl yaratmağı düşünməliyik".

Leyla Eminova

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:39

Vikinq məşqçisi 'Sabah' haqqında: Çoxlarının eşitmədiyi, amma güclü komandadır

Futbol
Bu gün, 22:33

Valdas Dambrauskas: Sıx oyun cədvəli bərpa prosesini çətinləşdirir

Futbol
Bu gün, 22:25

Real Madridın yarımmüdafiəçisi Arda Güler zədə səbəbindən kənarda qaldı

Cüdo
Bu gün, 21:56

Yeni Cüdo Kəmər Sınağı 5-6 Noyabr Baku Olimpiya Kompleksində

Digər
Bu gün, 21:55

Azərbaycan karateçiləri Sofiyada Avropa çempionu oldu, çoxsaylı medallar qazanıldı

Futbol
Bu gün, 21:39

Seneqal Millisinin Ex-Footballçusu Demba Ba Havr İdman Direktoru Vəzifəsindən Ayrıldı

Futbol
Bu gün, 21:29

Fabio Kannavaro, Özbəkistan milli komandasının məşqçisi vəzifəsindən ayrılma ehtimalı

Futbol
Bu gün, 21:24

FIFA prezidenti Xəsus de Migelin vəfatı münasibətilə başsağlığı bildirdi

Futbol
Bu gün, 21:09

Barselona Aleks Balde üçün transfer qiymətini 40 milyon avroya yüksəltdi

Futbol
Bu gün, 20:57

Əvəzedicilər Liqası: IX turun oyunları, tarix və saatları açıqlandı

Cüdo
Bu gün, 20:56

Bakı şəhərinin yeniyetmələr arasında cüdo birinciliyinə 483 idmançı qatılacaq

Futbol
Bu gün, 20:41

Dieqo Simeone: “Bavariya” ilə oyunda 80 dəqiqə hücum etmək istəyirik, Kardoso və Hülmann heyətdə yoxdur

Minifutbol
Bu gün, 20:35

Futsal transfer dövrü tarixləri açıqlanıb

Futbol
Bu gün, 20:27

Fənərbaxçanın yeni baş məşqçisi üçün Emre Belözoğlu ilə danışıqlara başlanılıb

Futbol
Bu gün, 20:27

Mançester Siti’nin ‘RB Leypsiq’lə qarşılaşmadan əvvəl yalnız Semenyo iştirak etməyib

Futbol
Bu gün, 20:12

Al-Hilal Qərarı: Bruno Fernandes transferi planlaşdırılmır

Olimpiada
Bu gün, 20:06

İmran və İbrahim Novruzinin beynəlxalq Mental Arifmetika Olimpiadasında qalibiyyəti

Futbol
Bu gün, 19:58

Atletiko, Arsenalın yarımmüdafiəçisi Mikel Merinonun 30 milyon avroluq icarə təklifini göndərəcək

Futbol
Bu gün, 19:46

Qalatasarayın yeni futbolçusunun həyat yoldaşı, İrina Podşibyakina, Türkiyədəki karyerasını dəstəkləmək üçün işini tərk etdi

Qarabağ FK
Bu gün, 19:41

Elvin Cəfərquliyev “Qarabağ”ın məşqlərinə qoşuldu – foto

Futbol
Bu gün, 19:30

İnter Kyeza transferində maaş çətinliyi; Liverpuldan güzəşt gözlənilir

Qarabağ FK
Bu gün, 19:28

U-19 millinin Euro yarişımına hazırlığı üçün "Sabah"–"Qarabağ" oyunu təxirə salındı

Futbol
Bu gün, 19:25

Yuventus, Qulyelmo Vikarionu Tottenhemdən daimi transfer etməyi planlaşdırır

Futbol
Bu gün, 19:16

Roma yarımmüdafiəçisi Merten de Ron Maykl Karrikin özünə nümunə götürdüyünü açıqladı

Oxşar xəbərlər