top
MOK-da Beynəlxalq Konkisürmə Birliyi ilə Qış İdman Növlərinin İnkişafı Müzakirə Edilib Report.az
25 sentyabr 2025, 14:17
- ↺ +

MOK-da Beynəlxalq Konkisürmə Birliyi ilə Qış İdman Növlərinin İnkişafı Müzakirə Edilib

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Beynəlxalq Konkisürmə Birliyinin nümayəndə heyəti ilə görüş keçirilib.

MOK-dan "Report"a verilən məlumata görə, tədbirdə qurumun vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Azər Əliyev, idman idarəsinin müdiri Həsənağa Rzayev, beynəlxalq əlaqələr idarəsinin müdiri Anar Bağırov, marketinq şöbəsinin müdiri Səkinə Vəliyeva, Beynəlxalq Konkisürmə Birliyinin prezidenti Co Yul Kim, prezidentin köməkçisi Kayl Çoi, baş direktor Kolin Neil Smit, Azərbaycan Qış İdman Növləri Federasiyasının baş katibi Günel Bədəlova və federasiyanın fiqurlu konkisürmə üzrə idman direktoru İqor Lukanin iştirak ediblər.

Görüşdə Azərbaycanda qış idman növlərinin inkişafı və beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə çıxışında ölkəmizdə qış idman növlərinin inkişafı üçün görülən işlərdən danışıb. O bildirib ki, Azərbaycanın Olimpiya ailəsində tutduğu mövqeyi dahada gücləndirməsi, müxtəlif beynəlxalq qurumlarla əməkdaşlığın genişləndirilməsi vacibdir. Onun sözlərinə görə, belə qarşılıqlı əlaqələr gələcək üçün yeni imkanların açılmasına xidmət edir. Çingiz Hüseynzadə vurğulayıb ki, bu əməkdaşlıq həm də idmançıların beynəlxalq yarışlarda təcrübə qazanmasına və ölkənin tanıdılmasına mühüm töhfə verir.

MOK-un baş katibi Azər Əliyev yerli mütəxəssislərin çatışmazlığını diqqətə çatdırıb: "Hazırda yerli idmançılar azdır. Əsas problem bu sahə üzrə mütəxəssislərin kifayət qədər olmamasındadır. Amma buna baxmayaraq, ölkəmizdə Səbinə Əliyeva, Leyli Axundova və digər gənc idmançılar yetişir", - deyə Azər Əliyev qeyd edib. O, həmçinin bildirib ki, Azərbaycan 2026-cı ildə xizək alpinizmi üzrə Avropa Çempionatı və Dünya Kuboku yarışlarına, 2027-ci ildə isə növbəti Avropa çempionatı və Dünya Kubokuna ev sahibliyi edəcək.

Beynəlxalq Konkisürmə Birliyinin prezidenti Co Yul Kim Azərbaycanda qış idman növlərinə göstərilən diqqəti yüksək qiymətləndirib. O, yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-Pri yarışında iştirak etməkdən məmnunluğunu ifadə edib və gələcəkdə Azərbaycanla müxtəlif layihələrdə sıx əməkdaşlığa hazır olduğunu bildirib.

MOK Milli Olimpiya Komitəsi Beynəlxalq Konkisürmə Birliyi gorus
Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 10:44

Qarabağ hücumçusu Kaşuk ilk dəfə Ukrayna milli komandasına çağırıldı

Futbol
Bu gün, 10:28

Əşrəf Hakimi: Messi gəlməsi oyun stilimi dəyişdi, zövq ala bilmədim

Minifutbol
Bu gün, 10:07

İtalyan hakimlər komandası Azərbaycan‑Çexiya futsal matçını idarə edəcək

Futbol
Bu gün, 10:02

Maykl Karrik, Şi Leysin çıxışını tərifləyir: “Meydanda hamını ruhlandırdı”

Voleybol
Bu gün, 10:00

Turan Tovuzun Voleybol Qələbəsi Avropada, Futbol Takımının Gözləmələri

Futbol
Bu gün, 09:58

UEFA Avropa Liqası: Renn evində Olimpiakosla qarşılaşacaq

Futbol
Bu gün, 09:49

Luis Enrike PSJ-də 127 qələbə ilə ən çox qələbə qazanan məşqçi oldu

Qarabağ FK
Bu gün, 09:47

UEFA Gənclər Liqası: Sabah və Qarabağ U-19 komandaları bu gün Norveç və Xorvatiyada qarşılaşacaqlar;

Futbol
Bu gün, 09:43

UEFA Çempionlar Liqası: Real, Fənərbağça və Manchester City qarşılaşacaq

Futbol
Bu gün, 09:40

Qalatasaray rəhbərliyi rusiyalı futbolçunun müqaviləsində 55M avrolu sərbəst qalma bəndini dəyişdirmək istədi

Futbol
Bu gün, 09:23

‘Sabah’ futbolu ‘Vikinq’in qonağına çıxacaq

Basketbol
Bu gün, 09:22

LANDAU Lions, FIBA Avropa Kubokunda Benfika ilə Qarşılaşacaq

Futbol
Bu gün, 09:20

Karlos Visens Barcelona üçün yeni baş məşqçi ola bilər

Futbol
Bu gün, 09:08

Mourinyo Real Madridin Yunanıstandakı 1/8 qalibiyyətini açıq şəkildə qeyd etdi

Basketbol
Bu gün, 09:07

«Neftçi» basketbol komandası FIBA Avropa Kubokunda beşinci oyununu Plovdivda Lokomotiv (Bulgariya) ilə oynayacaq

Futbol
Bu gün, 09:00

ÇL: "Sabah" "Vikinq"də qonaq olacaq

Futbol
Bu gün, 08:40

Skott Parker, Vest Hem-in yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 08:05

"İnter" Ikardi üçün transfer planında deyil - Marotta açıqlaması

Futbol
Bu gün, 08:00

İngiltərə klubu Said El-Malanı və qardaşı Malek El-Malanı transfer etmək istəyir

Futbol
Bu gün, 07:15

“Barselona” Arsenalın müdafiəçısı Piyero İnkapyeni transfer etmək istəyir - Deko hərəkətə keçdi

Futbol
Bu gün, 06:13

Arteta, formaların dartılması və tutulması ilə bağlı geniş videoarxiv topladığını açıqladı

Tennis
Bu gün, 05:03

Novak Cokoviç Paris Masters-də çətin qələbə qazanıb, çiynindəki problemə görə tibbi fasilə götürdü

Boks
Bu gün, 04:12

Ceyk Pol qələbə qazanarsa karyerasını başa vuracağını bildirdi

Futbol
Bu gün, 03:19

"Liverpool" rəhbərliyindəki dəyişikliklər Mak Allisterin gələcəyinə yeni perspektiv açır

Oxşar xəbərlər