top
Mingəçevirdə Prezident Kuboku-2026 beynəlxalq turnirinə start verildi Sport24.az
28 aprel 2026, 20:12
- ↺ +

Mingəçevirdə "Prezident Kuboku-2026" beynəlxalq turnirinə start verildi

Akademik avarçəkmə, kayak və kanoe üzrə "Prezident Kuboku-2026" beynəlxalq turnirinin açılış mərasimi keçirilib. Sport24.az xəbər verir ki, Mingəçevirdə baş tutan tədbirdə bir sıra rəsmi şəxslər və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

Tədbirdə çıxış edən Mingəçevir şəhər icra başçısı İlham İsmayılov yarışın əhəmiyyətini vurğulayaraq iştirakçılara uğurlar arzulayıb:

 

"Hər birinizi salamlayıram. Bu gün möhtəşəm idman yarışının açılışına toplanmışıq. Yarışa qatılan bütün idmançılara təşəkkür edir, onlara uğurlar arzulayıram. Bu gün böyük idman tədbirinə şahidlik edirik. Ötən gün Sərsəng su anbarında yarışlar start götürdü və mətbuat vasitəsilə möhtəşəm çıxışlara şahidlik etdik. Əminəm ki, yarış həyəcanı sabah da eyni qaydada davam edəcək".

 

Ardınca Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov turnirin vacibliyini və idmanın cəmiyyət üçün önəmini qeyd edib:

 

"Yarışın vacibliyi böyükdür, idman sağlamlıqdır. İnanırıq ki, maraqlı mübarizələrə şahidlik edəcəyik. İnanırıq ki, bu gün Azərbaycanda yetişən idmançılar gələcəkdə ölkəmizin bayrağını ucalara qaldıracaqlar. Qoy güclülər qalib gəlsin".

 


Azərbaycan Su İdman Növləri Federasiyasının icraçı vitse-prezidenti Fərhad Əliyev isə çıxışında bu cür turnirlərin yeni istedadların üzə çıxarılmasında mühüm rol oynadığını vurğulayıb.

 

Daha sonra Ümummilli Lider Heydər Əliyev və akademik Zərifə Əliyevaya həsr olunmuş videoçarx nümayiş etdirilib.

 

Ardınca tədbir bədii proqramla davam edib.

 

Qeyd edək ki, açılış mərasimində Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı iştirak edir.

 


Xatırladaq ki, turnirə ötən gün Ağdərənin Sərsəng su anbarında start verilib. Reqata mayın 1-də başa çatacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:17

“Sabah” “Barselona” və “Vilyareal” qarşısına Makkartisiz çıxacaq

Futbol
Bu gün, 18:06

Dördüncü divizionun istedadı “Barselona”nın heyətində Bakıda debüt edə bilər – İDMAN.BİZ-in İCMALI

Futbol
Bu gün, 18:00

Baş məşqçi postuna təsdinləndi, üzərində BÖYÜK ÖHDƏLİK götürdü

Futbol
Bu gün, 18:00

Napoli"nin futbolçusu Antonio Verqara "Torino"ya qarşı matçda sakatlanıb

Basketbol
Bu gün, 17:53

Erhan Toker: LANDAU Lions-də zədə problemləri davam edir, oyunçu dəyişikliyi barədə qəti qərar yoxdur

Futbol
Bu gün, 17:40

“Qəbələ”nin bazar dəyəri daha böyük, “Şəfa”nın iddiaları nəticələrlə uyğun gəlmir

Futbol
Bu gün, 17:40

CAS-ın qərarı sabah Mərakeşi, yoxsa Seneqalı sevindirəcək?

Futbol
Bu gün, 17:38

“Şimal”ın baş məşqçisi böyükhesablı qələbəni şərh etdi

Futbol
Bu gün, 17:23

“Barselona”nın azərbaycanlı azarkeşləri 474 qonağı qarşılayacaq

Futbol
Bu gün, 17:23

Şamaxının ev stadionunda işıqlandırma sistemi quraşdırılır

Futbol
Bu gün, 17:20

“Mənə “qırmızı”nı niyə göstərdiyini özüm də anlamadım” - Qəribə səbəb göstərdi

Futbol
Bu gün, 17:16

Ukraynada yetişən azərbaycanlı futbolçu: Əsas komandada oynamaq istəyirəm - Foto

Futbol
Bu gün, 17:10

PSJ rusiyalı qapıçını komandada saxlayır

Futbol
Bu gün, 17:10

Arda Gülər Yamalı qabaqladı

Futbol
Bu gün, 17:09

“Marafon”dan darmadağın, “Şəmkir”dən inamlı qələbə

Cüdo
Bu gün, 17:04

“Övladınızın fiziki və ruhən güclü olmağını istəyirsinizsə, onu kunq-fu sandaya yazdırın” - Toğrul Mikayılovun İDMAN.BİZ-ə MÜSAHİBƏSİ

Futbol
Bu gün, 17:03

«Real»dan Endriklə bağlı açıqlama

Futbol
Bu gün, 17:00

UEFA "Sabah"ın futbolçusuna ağır cəza verdi

Futbol
Bu gün, 17:00

“AFFA-nın və sponsorların bizdən xəbəri yoxdur, klubumuzun prezidenti yalançıdır”

Qarabağ FK
Bu gün, 16:56

Toral Bayramova Azərbaycandan təklif var - Özəl

Futbol
Bu gün, 16:49

Şahin Diniyev: 'Sabah' - 'Barselona' matçı futbolsevərlər üçün bayramdır

Futbol
Bu gün, 16:44

İsveçdə qəribə hadisə: Azarkeşlər öz komandalarının qaçırdığı penaltini qol kimi qeyd etdilər - Video

Basketbol
Bu gün, 16:40

Azərbaycanda basketbolun inkişafı üçün memorandum imzalandı

Futbol
Bu gün, 16:40

PSJ Yeni Hədəf Xulian Alvaresi Transferi

Oxşar xəbərlər