İspaniya klubu “Real Madrid”in futbolçusu Arda Gülər Avropanın 32 aparıcı liqasında 22 yaşadək futbolçular arasında gözlənilən məhsuldar ötürmələrin (xA) orta göstəricisinə görə ilk pillədədir.
Sportify.az xəbər verir ki, bu barədə Beynəlxalq İdman Araşdırmaları Mərkəzinin (CIES Football Observatory) sosial şəbəkə hesabında məlumat verilib.
Mənbənin məlumatına görə, Ardanın hər 90 dəqiqəyə düşən gözlənilən məhsuldar ötürmə göstəricisi 0,72-dir. Bu nəticə ilə o, Avropada liderdir.
CIES-in reytinqində ilk 5-lik:
Arda Gülər ("Real Madrid") – 0,72
Lamin Yamal ("Barselona") – 0,57
Lütfi Dalipi ("Vaduts") – 0,45
Aleksey Batrakov ("Qalatasaray") – 0,40
Canluka Prestiani ("Benfika") – 0,35