top
Ukraynada yetişən azərbaycanlı futbolçu: Əsas komandada oynamaq istəyirəm - Foto Oxu.az
Bu gün, 17:16
- ↺ +

Ukraynada yetişən azərbaycanlı futbolçu: Əsas komandada oynamaq istəyirəm - Foto

Ukraynanın "Aleksandriya" klubunda çıxış edən azərbaycanlı futbolçu Əli Xəlilov Azərbaycan U-21 millisindəki ilk təcrübəsi, millidən dəvət alması və gələcək hədəfləri barədə danışıb.

Oxu.Az-a müsahibəsində gənc futbolçu Azərbaycan millisinin əsas komandasında oynamaq arzusunda olduğunu və gələcəkdə ölkəmizin klublarında çıxış etməyə də müsbət yanaşdığını bildirib.

Ukraynada böyüyən azərbaycanlı futbolçu: Əsas komandada oynamaq istəyirəm - Foto

- Ukraynada doğulub böyümüsünüz və həmin ölkənin U-17 yığmasında da çıxış etmisiniz. Azərbaycan millisindən dəvət alanda ilk reaksiyanız necə oldu? Bu seçimə nə təsir etdi?

Dəvət almaq mənim üçün çox xoş oldu. Düzü, belə olacağını gözləmirdim. Bir qədər təəccübləndim. Azərbaycan mənim doğma ölkəmdir. Buna görə də niyə bu dəvəti qəbul etməyim ki?!

- Azərbaycan U-21 millisində necə qarşılandınız? Komandaya uyğunlaşma prosesiniz necə keçdi?

- Komandada məni çox yaxşı qarşıladılar. Həm məşqçilər, həm də futbolçular çox yaxşı insanlardır. Hər zaman dəstək olur, bacardıqları qədər kömək edirlər. Adaptasiya prosesim də çox yaxşı keçdi.

- Azərbaycan futbolu ilə bağlı gözləntiləriniz reallıqla üst-üstə düşdü?

- Gözləntilərim var idi. Bilirdim ki, yaxşı futbolçular var. Bura gəldikdən sonra da bunun belə olduğunu gördüm. Bütün oyunçular yaxşı səviyyədədir və öz işlərinin peşəkarıdırlar.

- Gələcəkdə Azərbaycan millisinin əsas komandasında oynamaq sizin üçün nə dərəcədə böyük hədəfdir?

Millinin əsas komandasında oynamağı çox istəyirəm. Bunun üçün çalışmaq lazımdır. Hər şey məndən asılıdır. Bu məqsədə çatmaq üçün əlimdən gələni edəcəyəm.

- Gələcəkdə Azərbaycan klublarından təklif alsanız, ölkəmizdə oynamağı düşünərsiniz?

-Hazırda bu barədə konkret nəsə deyə bilmərəm. Belə məsələləri təklif olduğu zaman dəyərləndirmək lazımdır. Amma ümumilikdə Azərbaycanda oynamağa qarşı olmazdım. Hər şey həmin vaxt yaranacaq vəziyyətdən asılıdır.

Qeyd edək ki, Əli Xəlilov Azərbaycan U-21 millisində debütünü Oman U-23 yığmasına qarşı keçirib. Millimiz həmin görüşdə 4:2 hesabı ilə qalib gəlib, gənc futbolçu isə ilk matçında qol vurub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:06

Dördüncü divizionun istedadı “Barselona”nın heyətində Bakıda debüt edə bilər – İDMAN.BİZ-in İCMALI

Futbol
Bu gün, 18:00

Napoli"nin futbolçusu Antonio Verqara "Torino"ya qarşı matçda sakatlanıb

Basketbol
Bu gün, 17:53

Erhan Toker: LANDAU Lions-də zədə problemləri davam edir, oyunçu dəyişikliyi barədə qəti qərar yoxdur

Futbol
Bu gün, 17:40

“Qəbələ”nin bazar dəyəri daha böyük, “Şəfa”nın iddiaları nəticələrlə uyğun gəlmir

Futbol
Bu gün, 17:40

CAS-ın qərarı sabah Mərakeşi, yoxsa Seneqalı sevindirəcək?

Futbol
Bu gün, 17:38

“Şimal”ın baş məşqçisi böyükhesablı qələbəni şərh etdi

Futbol
Bu gün, 17:23

“Barselona”nın azərbaycanlı azarkeşləri 474 qonağı qarşılayacaq

Futbol
Bu gün, 17:23

Şamaxının ev stadionunda işıqlandırma sistemi quraşdırılır

Futbol
Bu gün, 17:20

“Mənə “qırmızı”nı niyə göstərdiyini özüm də anlamadım” - Qəribə səbəb göstərdi

Futbol
Bu gün, 17:10

PSJ rusiyalı qapıçını komandada saxlayır

Futbol
Bu gün, 17:10

Arda Gülər Yamalı qabaqladı

Futbol
Bu gün, 17:09

“Marafon”dan darmadağın, “Şəmkir”dən inamlı qələbə

Cüdo
Bu gün, 17:04

“Övladınızın fiziki və ruhən güclü olmağını istəyirsinizsə, onu kunq-fu sandaya yazdırın” - Toğrul Mikayılovun İDMAN.BİZ-ə MÜSAHİBƏSİ

Futbol
Bu gün, 17:03

«Real»dan Endriklə bağlı açıqlama

Futbol
Bu gün, 17:00

UEFA "Sabah"ın futbolçusuna ağır cəza verdi

Futbol
Bu gün, 17:00

“AFFA-nın və sponsorların bizdən xəbəri yoxdur, klubumuzun prezidenti yalançıdır”

Qarabağ FK
Bu gün, 16:56

Toral Bayramova Azərbaycandan təklif var - Özəl

Futbol
Bu gün, 16:49

Şahin Diniyev: 'Sabah' - 'Barselona' matçı futbolsevərlər üçün bayramdır

Futbol
Bu gün, 16:44

İsveçdə qəribə hadisə: Azarkeşlər öz komandalarının qaçırdığı penaltini qol kimi qeyd etdilər - Video

Basketbol
Bu gün, 16:40

Azərbaycanda basketbolun inkişafı üçün memorandum imzalandı

Futbol
Bu gün, 16:40

PSJ Yeni Hədəf Xulian Alvaresi Transferi

Basketbol
Bu gün, 16:40

Azərbaycan Basketbol Federasiyası ilə ASA arasında əməkdaşlıq memorandumu imzalanıb

Futbol
Bu gün, 16:34

Günəş tutulmasını izləyən futbolçu əməliyyat olundu

Oxşar xəbərlər