Çempionlar Liqasında Liqa mərhələsinin 4-cü turunda “Vikinq”lə səfər oyununda (4:1) qırmızı vərəqə alan “Sabah”ın futbolçusu Eyden Makkartinin cəzası məlum olub.
UEFA-nın mətbuat xidmətindən Sportify.az-a verilən məlumata görə, qurum Bakı klubunun mərkəz müdafiəçisini 2 oyunluq cəzalandırıb.
Makkarti “Vikinq”lə oyunun 77-ci dəqiqəsində rəqib futbolçunun sifətinə zərbə endirdiyi üçün qırmızı vərəqə alaraq komandasını azlıqda qoymuşdu.
Beləliklə, afrikalı futbolçu “Barselona” və “Vilyarreal”la oyunları buraxacaq.