top
Dördüncü divizionun istedadı “Barselona”nın heyətində Bakıda debüt edə bilər – İDMAN.BİZ-in İCMALI Idman.biz
Bu gün, 18:06
- ↺ +

Dördüncü divizionun istedadı “Barselona”nın heyətində Bakıda debüt edə bilər – İDMAN.BİZ-in İCMALI

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin beşinci turunda Bakıda "Sabah"la qarşılaşacaq İspaniyanın "Barselona" klubunun heyətində 18 yaşlı belçikalı vinger Cessi Bisivu debüt edə bilər. O, hazırda Kataloniya təmsilçisinin İspaniya çempionatının dördüncü divizionunda çıxış edən əvəzedici komandasında oynayır.

İdman.Biz-in daha əvvəl xəbər verdiyi kimi, Kataloniya klubunun baş məşqçisi Hans-Diter Flik qarşıdakı görüş üçün heyəti müəyyənləşdirib və komanda Azərbaycanın paytaxtına yola düşüb.

22 futbolçunun yer aldığı siyahıya Bisivu da daxil edilib. Gənc belçikalı bu mövsüm ilk dəfə əsas komandanın rəsmi oyun üçün heyətinə çağırılıb. Bundan əvvəl o, yalnız əsas komandanın yoldaşlıq görüşlərində iştirak edib. İspaniya çempionatında və Çempionlar Liqasında isə hələ meydana çıxmayıb.

Bisivunun heyətə cəlb edilməsi birbaşa Kataloniya klubunun kadr problemləri ilə bağlıdır. Baş məşqçi Hans-Diter Flik sağ topuğunda yaranan yüngül narahatlıq səbəbindən "Barselona"da qalan Lamin Yamalın xidmətindən yararlana bilməyəcək. İspaniyanın "AS" qəzeti yazır ki, almaniyalı mütəxəssis 19 yaşlı ulduz futbolçunun yoxluğunu kompensasiya etmək üçün əvəzedici komandadan belçikalı oyunçunu dəvət etmək qərarına gəlib.

Bisivu 2026-cı ilin yayında Belçikanın "Brügge" klubundan "Barselona"ya keçib. İspaniya mətbuatının məlumatına görə, Kataloniya klubu perspektivli futbolçu üçün təxminən 8,5 milyon avro ödəyib və onunla 2031-ci il iyunun 30-dək müqavilə imzalayıb.

Gənc vinger sürəti, driblinqi və rəqiblərini təkbətək mübarizələrdə keçmək bacarığı ilə seçilir. O, hələ 2025-ci ildə Belçikanın U-17 millisinin heyətində Avropa çempionatındakı uğurlu çıxışı ilə diqqət çəkib və turnirin rəmzi yığmasına daxil edilib. İspaniyaya köçməzdən əvvəl Bisiwu "Brügge"nin əvəzedici komandasında Belçika çempionatının ikinci divizionunda 36 oyun keçirib.

Belçikalı futbolçu "Barselona"nın yay hazırlıq mərhələsində xüsusilə parlaq çıxış edib. Avqustun 16-da İsveçrənin "Bazel" klubu ilə yoldaşlıq görüşündə dubl edən Bisiwu komandasının 5:2 hesablı qələbəsinə töhfə verib. Onun qollarından birini Lamin Yamalın ötürməsindən sonra vurması da diqqət çəkib. İndi isə məhz Yamalın əvəzinə Çempionlar Liqasının oyununa yollanmaq şansı qazanıb.

Maraqlıdır ki, Hans-Diter Flik daha əvvəl gənc futbolçunun perspektivləri barədə fikirlərini açıqlayıb. Almaniyalı mütəxəssis avqustun 30-da keçirilən mətbuat konfransında belçikalının əsas komanda ilə məşq edəcəyini, lakin oyun təcrübəsi qazanmaq üçün əvəzedici heyətdə çıxış edəcəyini bildirib.

"Onun böyük potensialı var, lakin belə böyük klubda oynamaq asan deyil. O, daha da yaxşılaşa bilər və belə də olacaq", – deyə Flik həmin vaxt bildirib.

Bununla belə, Bisiwu "Barselona Atletik"in Bakı səfərinə yollanan yeganə təmsilçisi deyil. Onunla birlikdə 18 yaşlı mərkəz müdafiəçisi Aleks Kampos da Azərbaycana gəlib. Kataloniya klubunun əvəzedici komandası 2026/2027 mövsümündə İspaniya futbolunun gücünə görə dördüncü divizionu olan Sequnda Federasiyanın II qrupunda çıxış edir.

Qeyd edək ki, Flikin Çempionlar Liqasının oyunlarında əvəzedici komandadan futbolçuları heyətə cəlb etməsi ilk dəfə deyil. Belə ki, noyabrın 3-də İngiltərənin "Aston Villa" klubu ilə ev matçında "Barselona"nın iştirak ərizəsinə "Barselona Atletik"dən dörd futbolçu – Həmzə Abdelkarim, Orian Qoren, Gilyem Viktor və Aleks Kampos daxil edilib. Onların dördü də ehtiyat oyunçular skamyasında qalıb, Kataloniya təmsilçisi isə 3:0 hesablı inamlı qələbə qazanıb.

Beləliklə, Bakıda keçiriləcək qarşılaşma Bisiwunun karyerasında mühüm mərhələyə çevrilə bilər. Bununla belə, onun birbaşa oyunda iştirak edib-etməyəcəyi məşqçilər korpusunun qərarından asılı olacaq.

Xatırladaq ki, "Sabah" - "Barselona" matçı noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək və yerli vaxtla saat 21:45-də başlayacaq. Çempionlar Liqasının Liqa mərhələsində dörd turdan sonra 9 xal toplayan "Barselona" turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb. Üç xala malik "Sabah" isə 31-ci yerdədir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:17

“Sabah” “Barselona” və “Vilyareal” qarşısına Makkartisiz çıxacaq

Futbol
Bu gün, 18:00

Baş məşqçi postuna təsdinləndi, üzərində BÖYÜK ÖHDƏLİK götürdü

Futbol
Bu gün, 18:00

Napoli"nin futbolçusu Antonio Verqara "Torino"ya qarşı matçda sakatlanıb

Basketbol
Bu gün, 17:53

Erhan Toker: LANDAU Lions-də zədə problemləri davam edir, oyunçu dəyişikliyi barədə qəti qərar yoxdur

Futbol
Bu gün, 17:40

“Qəbələ”nin bazar dəyəri daha böyük, “Şəfa”nın iddiaları nəticələrlə uyğun gəlmir

Futbol
Bu gün, 17:40

CAS-ın qərarı sabah Mərakeşi, yoxsa Seneqalı sevindirəcək?

Futbol
Bu gün, 17:38

“Şimal”ın baş məşqçisi böyükhesablı qələbəni şərh etdi

Futbol
Bu gün, 17:23

“Barselona”nın azərbaycanlı azarkeşləri 474 qonağı qarşılayacaq

Futbol
Bu gün, 17:23

Şamaxının ev stadionunda işıqlandırma sistemi quraşdırılır

Futbol
Bu gün, 17:20

“Mənə “qırmızı”nı niyə göstərdiyini özüm də anlamadım” - Qəribə səbəb göstərdi

Futbol
Bu gün, 17:16

Ukraynada yetişən azərbaycanlı futbolçu: Əsas komandada oynamaq istəyirəm - Foto

Futbol
Bu gün, 17:10

PSJ rusiyalı qapıçını komandada saxlayır

Futbol
Bu gün, 17:10

Arda Gülər Yamalı qabaqladı

Futbol
Bu gün, 17:09

“Marafon”dan darmadağın, “Şəmkir”dən inamlı qələbə

Cüdo
Bu gün, 17:04

“Övladınızın fiziki və ruhən güclü olmağını istəyirsinizsə, onu kunq-fu sandaya yazdırın” - Toğrul Mikayılovun İDMAN.BİZ-ə MÜSAHİBƏSİ

Futbol
Bu gün, 17:03

«Real»dan Endriklə bağlı açıqlama

Futbol
Bu gün, 17:00

UEFA "Sabah"ın futbolçusuna ağır cəza verdi

Futbol
Bu gün, 17:00

“AFFA-nın və sponsorların bizdən xəbəri yoxdur, klubumuzun prezidenti yalançıdır”

Qarabağ FK
Bu gün, 16:56

Toral Bayramova Azərbaycandan təklif var - Özəl

Futbol
Bu gün, 16:49

Şahin Diniyev: 'Sabah' - 'Barselona' matçı futbolsevərlər üçün bayramdır

Futbol
Bu gün, 16:44

İsveçdə qəribə hadisə: Azarkeşlər öz komandalarının qaçırdığı penaltini qol kimi qeyd etdilər - Video

Basketbol
Bu gün, 16:40

Azərbaycanda basketbolun inkişafı üçün memorandum imzalandı

Futbol
Bu gün, 16:40

PSJ Yeni Hədəf Xulian Alvaresi Transferi

Oxşar xəbərlər