Ervins Perkons "İmişli"nin baş məşqçisi təyin olunacağı barədə bir müddət öncə yaydığımız xəbər dünən rəsmən təsdiqləndi.
İki aya yaxındır bu vəzifəni icra edən litvaoı ilə 6 ay + 2 il müddətinə müqavilə imzalanıb.
Perkons iyulda əyalət klubunda köməkçi-məşqçi kimi fəaliyyətə başlayıb. Fərid Namazovun istefaya göndərilməsindən sonra sükan arxasına keçən baltikalı indi üzərinə xüsusi görəv götürüb.
Rəhbərlik ondan yalnız komandanı Premyer Liqada saxlamağı tələb etməyib. Bu, razılaşmanın kiçik bir hissəsidir.
Perkonsun qarşısına qoyulan məqsəd 7-8-ci yerlər uğrunda mübarizə aparmaqdır.
O, bu öhdəliyi üzərinə götürüb. Verilən vədlər yerinə yetirilərsə, gələn sezonda da işini burada davam etdirəcək.
Aran təmsilçisi Premyer Liqanın 12 turu ərzində eyni sayda xal toplayıb. Qeydə alınan göstəricilər sayəsində 8-ci pillədə yerləşiblər.
SPORTİNFO.AZ