Fransa klubu PSJ qapıçısı Matvey Safonovla daha yaxşı maliyyə şərtləri əsasında yeni müqavilə imzalamağı planlaşdırır.
Sportify.az "Le Parisien"ə istinadən xəbər verir ki, tərəflər rusiyalı qolkiperin maaşının artırılmasını nəzərdə tutan yeni müqavilə ilə bağlı razılığa gəlməyə yaxındır.
Bildirilib ki, yeni anlaşmaya əsasən, Safonovun maaşı Lukas Şevalyenin qazancından çox olacaq. Hazırkı müqaviləyə əsasən, rusiyalı qapıçı vergilər çıxılmadan ayda təxminən 400 min avro, ildə isə 4,8 milyon avro qazanır.
"Canal+" telekanalının məlumatına görə, Safonovun PSJ ilə yeni müqaviləsi 2032-ci ilin yayına qədər qüvvədə olacaq.