top
Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunları Afrika qitəsində ilk dəfə açıldı Idman.biz
Bu gün, 10:54
- ↺ +

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunları Afrika qitəsində ilk dəfə açıldı

Oktyabrın 31-də Seneqalın paytaxtı Dakarda Yeniyetmələrin Dördüncü Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib.

Afrika qitəsində ilk dəfə təşkil olunan Oyunların açılış mərasiminə Abdulaye Vade stadionu ev sahibliyi edib.

Açılış proqramına əsasən, Afrikanın zəngin yerli mədəniyyətini, Seneqalın tarixi və adət-ənənələrini nümayiş etdirən xüsusi səhnələr canlandırılıb. Yerli etnoqrafik motivləri əks etdirən genişmiqyaslı açılış şousu tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Rəsmi hissədə hərbçilərin iştirakı ilə Seneqalın dövlət bayrağı stadiona gətirilib. Açılış mərasimində əsas məqamlarından biri atletlərin paradı olub. Olimpiya ənənəsinə əsasən, ilk olaraq Yunanıstan komandası paraddan birinci keçib. Daha sonra digər ölkələrin nümayəndə heyətləri ilə birgə Azərbaycan yığma komandası da paraddan keçib. Gender bərabərliyinə görə üçrəngli bayrağımızı üzgüçülərimiz - Üçüncü MDB Oyunlarının qalibi və Altıncı İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısı Süleyman İsmayılzadə ilə Altıncı İslam Həmrəyliyi Oyunlarının bürünc medalçısı Məryəm Cavadova daşıyıb.

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsinin prezidenti Mamadou Diaqna Ndiaye açılış mərasimində çıxış edərək bu mötəbər idman tədbirinin ilk dəfə Afrika qitəsində təşkil olunmasının tarixi əhəmiyyətini vurğulayıb.

O, çıxışında Oyunların reallaşmasında əməyi olan Seneqal rəhbərliyinə, Beynəlxalq Olimpiya Komitəsinə və Təşkilat Komitəsinin üzvlərinə təşəkkürünü bildirib. Qeyd edib ki, uzun və çətin hazırlıq prosesindən sonra Dakar dünyanın müxtəlif ölkələrindən gələn gənc idmançıları qəbul etməkdən qürur duyur.

Mamadou Diaqna Ndiaye Olimpiya məşəlinin Seneqalın 14 regionunu əhatə edən səyahətinin xalqı bir araya gətirdiyini, Oyunların isə təkcə idman yarışları deyil, həm də dostluq, birlik, qarşılıqlı hörmət və mədəniyyətlərarası dialoq platforması olduğunu diqqətə çatdırıb.

Təşkilat Komitəsinin prezidenti gənc idmançılara müraciətində onları rəqabətlə yanaşı, dostluğa və qarşılıqlı dəstəyə də önəm verməyə çağırıb. O vurğulayıb ki, Dakar-2026-nın əsas məqsədi medallar və rekordlarla yanaşı, gənclər arasında birlik və həmrəylik ruhunu gücləndirməkdir.

O, həmçinin Oyunların Seneqal üçün davamlı irs formalaşdıracağını, yarışlar üçün yaradılan idman infrastrukturunun gələcəkdə də yerli əhaliyə xidmət edəcəyini bildirib.

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Kirsti Koventri açılış mərasimində çıxış edərək Dakar-2026 Yeniyetmələrin Yay Olimpiya Oyunlarının Afrika qitəsində təşkil olunmasını tarixi hadisə kimi qiymətləndirib.

BOK prezidenti bu məqamın təkcə Seneqal və Afrika üçün deyil, bütövlükdə Olimpiya Hərəkatı üçün böyük əhəmiyyət daşıdığını bildirib. O, Oyunların yüksək səviyyədə təşkili və idmançılara göstərilən qonaqpərvərliyə görə Seneqal rəhbərliyinə, Təşkilat Komitəsinə, könüllülərə və Seneqal əhalisinə təşəkkürünü çatdırıb.

Kirsti Koventri qeyd edib ki, Dakar-2026-nın əsas xüsusiyyətlərindən biri gənclərin təşkilati prosesin mərkəzində dayanmasıdır. Onun sözlərinə görə, təkcə gənc idmançılar deyil, Seneqalın gəncləri də öz ideyaları, yaradıcılıqları və fəallıqları ilə bu Oyunların ərsəyə gəlməsinə töhfə veriblər. O, bunu "gənclər üçün, gənclərin təşkil etdiyi Oyunlar" kimi səciyyələndirib.

BOK prezidenti gənc idmançılara müraciətində onları cəsarətli olmağa, yeni dostlar qazanmağa, müxtəlif ölkələrin nümayəndələri ilə ünsiyyət qurmağa və yarışlardan zövq almağa çağırıb. O bildirib ki, idman insana özünə inam qazandırır, böyük arzular qurmağa və yeni imkanlar əldə etməyə şərait yaradır.

Kirsti Koventri çıxışının sonunda bütün iştirakçıları Dakar-2026-nın hər anını dəyərləndirməyə çağırıb.

Sonra Seneqal Respublikasının Prezidenti Bassiru Diomay Fayeni Oyunları açıq elan edib.

Təntənəli açılış zamanı müxtəlif rəqs elementləri və kompozisiyalar nümayiş olunub. Sonra Olimpiya bayrağı arenaya gətirilib və məşəl alovlandırılıb.

Noyabrın 13-dək davam edəcək mötəbər yarışda dünyanın müxtəlif ölkələrindən olan istedadlı yeniyetmə idmançılar 25 idman növü üzrə qüvvələrini sınayacaqlar. Afrika qitəsində ilk dəfə təşkil olunan Olimpiya tədbirində Azərbaycan 8 idman növündə 13 idmançı ilə təmsil olunacaq. İdmançılarımız Dakar Olimpiadasında çimərlik güləşi, üzgüçülük, taekvondo, boks, qılıncoynatma, şosse velosipedi, cüdo və atletika idman növləri üzrə yarışlarda mübarizə aparacaqlar. Komandamızın heyətində çimərlik güləşi idman növündə dörd idmançımız - Günel Kərimli (55 kq), Elgün Kərimli (90 kq), Tunar Quliyev (70 kq) və Nihad Süleymanlı (80 kq), üzgüçülük yarışlarında Süleyman İsmayılzadə və Məryəm Cavadova, taekvondoda Zəhra İsayeva (44 kq) və Adil Kazımlı (73 kq), boksda Gülər Hüseynova (51 kq), qılıncoynatmada Abbas Hüseynov, şosse velosipedində Nihad Xudoyev, cüdoda İbrahim Talıbov (-55 kq), atletikada isə Daniil Şuvayev Azərbaycanı təmsil edəcəklər.

Təmsilçilərimizdən mübarizəyə ilk olaraq cüdoçumuz İbrahim Talıbov başlayacaq. -55 kq çəki dərəcəsində qüvvəsini sınayacaq yeniyetmə cüdoçumuz noyabrın 1-də 1/4 finalda İbrahim Mussa (Mərkəzi Afrika Respublikası) / Cahan Zib Tarin (Əfqanıstan) cütünün qalibi ilə üz-üzə gələcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Formula 1
Bu gün, 11:53

Liam Louson Meksika Qran-prisinin təsnifat mərhələsində diskvalifikasiya edildi

Digər
Bu gün, 11:47

Bakıda VI “Qələbə qaçışı”nın qalibləri müəyyənləşib: rekord iştirak, xeyriyyə fondundan 20 manat ianə

Digər
Bu gün, 11:39

Bəxtiyar Əsgərli: ‘Qələbə qaçışı’ qalibi yarışın məna və təəssüratları

Futbol
Bu gün, 11:30

20 yaşlı Brayan Faryanyas Barcelona-nın əsas komandasında ilk oyununu keçirdi

Futbol
Bu gün, 11:27

Zədələr Karyera Zirvələrini Geri Çəkməkdə

Digər
Bu gün, 11:26

Anna Yusubova: "Qələbə qaçışı"nda birinci olmaq, Bakı marafonundan daha çox xoş gəlir

Digər
Bu gün, 10:30

Azərbaycanlı Döyüşçülər UFC-də: Liderlik Dəyişir, Yeni Mövqe Mübarizəsi

Futbol
Bu gün, 10:30

Roma Qışda Portuqaliya Millili Futbolçusunu Transfer Etmək İstəyir

Futbol
Bu gün, 10:13

Avropa futbolunun günün ən vacib əyləc mərhələləri: Liverpul – Arsenal, Yuventus – Napoli

Futbol
Bu gün, 10:00

“Şamaxı” “Neftçi”yə qarşı qalib gəlmək üçün uzun müddətdir gözləyir

Cüdo
Bu gün, 09:58

Dakar-2026: Cüdoçumuz İbrahim Talıbov Yeniyetmələr Olimpiya Oyunlarında Mübarizəyə Başlayır

Digər
Bu gün, 09:40

Gürcüstanda keçiriləcək dünya MMA çempionatına Azərbaycan yeddi döyüşçüsü qatılacaq

Digər
Bu gün, 09:35

Bakıda Qələbə qaçışı keçiriləcək – topladığı vəsait YAŞAT fonduna verəcək

Futbol
Bu gün, 09:32

Şamaxı, Neftçi ilə 13 oyunluq qələbəsizliyə son qoymağa hazırdır

Futbol
Bu gün, 09:30

Markus Kreşe, Milan klubunun idman direktoru təyin edildi

Güləş
Bu gün, 09:24

Dörd azərbaycanlı sərbəst güləşçi bu gün Astanada bürünc medal üçün xalçaya çıxır

Qarabağ FK
Bu gün, 09:15

Azərbaycan U-21 Milli futbolçusu Lorenzo Mezzotero “Sampdoriya”da ilk qolunu vurdu

Futbol
Bu gün, 09:08

Marotta Prezident seçkiləri haqqında yanlış məlumatlara cavab verir

Digər
Bu gün, 09:01

Fərman Həsənov UFC-də ilk məğlubiyyətini yaşadı

Futbol
Bu gün, 09:00

Kepez, 10-cu turda İmişliyi qonaq edir

Digər
Bu gün, 08:40

Ballon d'Or mərc skandalı: Bukmeker izi və polis araşdırması

Qarabağ FK
Bu gün, 08:20

"Neftçi Şamaxıda qalib gələrsə, liderliyə yüksələ bilər"

Futbol
Bu gün, 08:03

Roma Endricki transferə yenidən baxır, Real Madrid çıxışı istəmir

Oxşar xəbərlər