Azərbaycan millisinin üzvü Mahir Emrelinin şərəfini qoruduğu “Rakuv” klubu Polşa çempionatında ardıcıl 3-cü qələbəsini qazanıb.
Sportify.az xəbər verir ki, “Rakuv” 15-ci turda doğma meydanda “Vidzev”i 3:1 hesabı ilə məğlub edib.
Emreli bu görüşə start heyətdə başlayıb və 77-ci dəqiqədə əvəzlənib.
“Rakuv” hazırda 15 xalla 13-cü pillədə qərarlaşıb.