top
Gəncədə anşlaq, “Qarabağ” üçün təhlükə - Vəziyyət daha da pisləşə bilər Sportinfo.az
Bu gün, 16:30
- ↺ +

Gəncədə anşlaq, “Qarabağ” üçün təhlükə - Vəziyyət daha da pisləşə bilər

Gəncəli azarkeşlərin aylardır gözlədiyi an nəhayət yetişib.

"Kəpəz"sevərlər uzun müddətdir "Sabah", "Neftçi", "Qarabağ" kimi çempionluğa iddialı komandaları doğma şəhərdə qarşılamaq, rəqiblərə Gəncə tribunalarının nəyə qadir olduğunu göstərmək həvəsindədir.

"Qarabağ"la ilk dövrədəki görüş təxirə salınmış, "Sabah" və "Neftçi"ylə oyunlar paytaxtda gerçəkləşmişdi.

"Qarabağ" bu gün unudulmaz Gəncə stadionunda "Kəpəz"in qonağıdır.

Ağdam təmsilçisinin Gəncəyə səfərinin sonuncu dəfə nə vaxt bu qədər rezonans doğurduğunu, bu qədər səs-küyə səbəb olduğunu xatırlamaq çətindir. Dəqiq tarixi yada salmaq üçün iki komanda arasında əzəli rəqabətin xüsusi çalarlar aldığı 20-25 il əvvələ qayıtmaq lazımdır.

"Sarı-göylər"in son illərdə iddialarından uzaq düşməsi, imkansızlıq, stadiondakı şəraitin uzun müddət arzuolunan səviyyədə olmaması gəncəli azarkeşləri sevimli komandalarının oyunlarından uzaq salmışdı.

Arenanın yenilənməsi və "Kəpəz"in cari mövsümə uğurlu startı futbolsevərlərdə yenidən böyük ümidlər yaradıb. Təsadüfi deyil ki, "Qarabağ"la oyunun biletləri qarşılaşmaya üç gün qalmış qurtarmışdı.

Bu matç təkcə iki komanda arasındakı prinsipial rəqabət baxımından deyil, turnir cədvəlindəki vəziyyət baxımından xüsusi əhəmiyyət daşıyır.

10 oyundan sonra (bir oyun az keçirib – H.) "Qarabağ"ın aktivində 19 xal var və 5-ci sırada yer alıb. 11 oyun keçirən "Kəpəz" isə 17 xalla 6-cı pillədə qərarlaşıb.

Qərb təmsilçisinin mümkün qələbəsi vəziyyəti xeyli dəyişə bilər. Belə ki, "Kəpəz" xallarını 20-yə çatdıraraq birdən-birə iki pillə irəliləyə, hətta 4-cü yerə yüksələ bilər. Bu halda "sarı-göylər" "Qarabağ"ı geridə qoymaqla yanaşı, "Zirə" ilə də xal sayını bərabərləşdirəcək, ağdamlılar isə 6-cı pilləyə yuvarlanacaq.

Ağdam təmsilçisinin qələbəsi isə komandaya əsas rəqiblərinə bir qədər də yaxınlaşmaq imkanı verəcək.

Deməli, bu axşam Gəncədə söhbət yalnız dolu tribunalar önündə oynamaqdan və prinsipial rəqabətdən getmir. Qarşılaşmanın nəticəsi turnir cədvəlindəki mövqelərə də ciddi təsir göstərə bilər.

Sadalananlar axşamkı duelin kifayət qədər maraqlı və gərgin keçəcəyini vəd edir. Meydanın bir tərəfində ötən mövsüm Çempionlar Liqasının Liqa mərhələsində çıxış etmiş "Qarabağ", digər tərəfində isə ortabab yerli və legioner futbolçulardan formalaşan, istəkli və mübariz "Kəpəz" olacaq.

Gəncə Şəhər Stadionunda keçiriləcək qarşılaşma saat 17:00-da start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Ticket Store Neftchi Qarabag FK
Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 16:37

Nəriman Axundzadənin ehtiyatda qaldığı oyunda “Erzurumspor” məğlub oldu

Futbol
Bu gün, 16:24

Neftçi Araz‑Naxçıvanı məğlub edərək turnir cədvəlində lider oldu

Futbol
Bu gün, 16:22

PSJ-yə ağır zərbə: Dezire Due mövsümü erkən başa vurdu

Futbol
Bu gün, 16:05

Son çempion Sumqayıtda niyə laqeyd münasibət gördü? - VİDEO

Qarabağ FK
Bu gün, 15:50

“Kəpəz” – “Qarabağ”: START HEYƏTLƏR

Futbol
Bu gün, 15:48

Çalhanoğlu uğrunda üç nəhəng klubun mübarizəsi, “İnter”də maaş problemi

Futbol
Bu gün, 15:40

"Araz-Naxçıvan" - "Neftçi" - CANLI YAYIM

Futbol
Bu gün, 15:40

Şahin Şahniyarov: Şəfaya qarşı 6 xallıq qələbə qazandığımızı deyə bilərəm, milli komandada daimi yer qazanmaq istəyirəm

Futbol
Bu gün, 15:30

PSJ "Bornmut"un hücumçusunu 95 milyon avroya ala bilər

Futbol
Bu gün, 15:28

Maktominey 2027-ci ildə Mançester Yunaytedə qayıda bilər

Digər
Bu gün, 15:15

17 yaşlı parataekvondoçumuzdan dünya çempionatında ilk qələbə

Futbol
Bu gün, 15:14

Dezire Due çarpaz bağları qoparaq PSJ-də ciddi itki yaşadı

Futbol
Bu gün, 15:07

Musiala Barcelona’ya keçə bilər? 25 milyonluq maaş müzakirəsi

Futbol
Bu gün, 15:00

Əli Qədimov: “Məqsədimiz ilk 6-lıqda yer almaqdır”

Futbol
Bu gün, 14:56

Poçettinodan köməkçilərinə ingilis dili tələbi

Futbol
Bu gün, 14:47

Dünya çempionu canlı yayımda huşunu itirdi - VİDEO

Basketbol
Bu gün, 14:44

Azərbaycanın U-14 basketbol millisi Belqraddakı toplanışı başa vurdu: 1 qələbə, 2 məğlubiyyət

Voleybol
Bu gün, 14:40

Qadın voleybolçulardan ibarət "Turan"ın Çempionlar Liqasındakı ev oyunları Tovuzda keçiriləcək

Futbol
Bu gün, 14:38

“İstəyimizə nail ola bilmədik” – Emin Rüstəmov

Futbol
Bu gün, 14:30

“Barselona” “Sabah”la oyundan əvvəl son matçında çıxır

Digər
Bu gün, 14:30

Mahir Emrelinin komandası “Vidzev”i qəbul edəcək

Futbol
Bu gün, 14:19

“Mançester Yunayted”in kapitanı getməyə hazır olduğunu deyib

Futbol
Bu gün, 14:00

Rövlan Muradov: 'Neftçi' ilə döyüşüb-vuruşaraq xal qazanmağa çalışacağıq'

Oxşar xəbərlər