top
Bakı 2026-cı il Üzgüçülük üzrə Dünya Kubokuna ev sahibliyi edəcək və Azərbaycan tarixində ilk dəfə World Aquatics tədbirini qəbul edəcək Idman.biz
04 yanvar 2026, 09:40
- ↺ +

Bakı 2026-cı il Üzgüçülük üzrə Dünya Kubokuna ev sahibliyi edəcək və Azərbaycan tarixində ilk dəfə "World Aquatics" tədbirini qəbul edəcək

Bakı 2026-cı il Üzgüçülük üzrə Dünya Kuboku turunun start məntəqəsi olacaq və bununla da Azərbaycan tarixində ilk dəfə "World Aquatics" (Su idman növləri üzrə beynəlxalq federasiya) tədbirini qəbul ediləcək.

İdman.Biz xəbər verir ki, bu barədə "World Aquatics"in nümayəndəsi Torin Koos məlumat verib.

Onun sözlərinə görə, 2025-ci ildə Şimali Amerikada rekord göstəricilərlə keçən Üzgüçülük üzrə Dünya Kubokundan sonra tur yenidən şərqə - Asiyaya yönəlir və Çinin paytaxtı Pekində keçiriləcək Üzgüçülük Çempionatının (25 m) 18-ci buraxılışı üçün əsas hazırlıq mərhələsi rolunu oynayacaq:

"Üzgüçülər şəxsi rekordlar, dünya rekordları, "triple crown" bonusları və 2026-cı il Dünya Kubokunun ən yaxşı kişi və qadın üzgüçüləri üçün nəzərdə tutulan titullar uğrunda mübarizə aparacaqlar.

Tur Bakı şəhərindən başlayacaq. Tarixən Avropaya ipək, ədviyyat və digər mallar daşıyan karvanların əsas dayanacağı olan Bakı şəhərinin ticarət və mədəni mübadilə tarixi yarışın beynəlxalq xarakterini simvolik şəkildə əks etdirir."

Qeyd edək ki, Bakı bu tur üçün yalnız başlanğıc nöqtəsi deyil, həm də Azərbaycanın ilk dəfə "World Aquatics" tədbirinə ev sahibliyi etməsi faktı ilə seçilir. Bununla belə, Bakı Su İdmanı Sarayı iri beynəlxalq turnirlər üçün yeni məkan deyil. Arena daha əvvəl 2015 Avropa Oyunlarına, 2017 İslam Həmrəyliyi Oyunlarına və 2019 Avropa Gənclər Yay Olimpiya Festivalına ev sahibliyi edib.

Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev Bakının seçilməsini ölkə idmanı üçün mühüm hadisə kimi qiymətləndirib:

"Bakı şəhərinin Üzgüçülük üzrə Dünya Kuboku 2026-nın açılış dayanacağı kimi seçilməsi ölkəmizdə akvatik idman üçün əlamətdar mərhələdir. Su İdmanı Sarayı son on il ərzində bir sıra iri beynəlxalq tədbirləri qəbul edib və ilk dəfə "World Aquatics" yarışına ev sahibliyi etmək ambisiyalarımızı yeni səviyyəyə qaldırır. Dünyanın ən güclü üzgüçülərini Azərbaycanda qarşılamağı, idmanın inkişafına sadiqliyimizi nümayiş etdirməyi, gənc idmançıları ruhlandırmağı və "World Aquatics" ilə tərəfdaşlığımızı gücləndirməyi səbirsizliklə gözləyirik".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 07:03

“Mançester Yunayted” “Liverpul”la oyundan sonra hakim qərarına etiraz edir

Futbol
Bu gün, 06:13

“Bavariya”da Musiala qalmaqalı böyüyür: gizli görüşün detalları üzə çıxdı

Futbol
Bu gün, 05:07

Unai Emeri Qalatasaray’ın ən təhlükəli tərəfini açıqladı

Futbol
Bu gün, 04:14

Barselona futbolçusu Mirza Çatoviç əməliyyat olacaq

Futbol
Bu gün, 03:12

Vinisiusun PSJ-yə transferi ilə bağlı gözlənilməz açıqlama

Futbol
Bu gün, 02:40

Timoteuş Puxaç: Oyun çıxmadığı üçün kədərlidir, amma həvəsini itirməyəcək

Futbol
Bu gün, 02:29

Qalatasaray azarkeşi şir maskasında qaçan şir axtarışına qoşuldu

Qarabağ FK
Bu gün, 02:20

Qurban Qurbanov Emin Mahmudovun 10 illik milli komandadakı sabit oyununu və gedişini necə qiymətləndirir?

Futbol
Bu gün, 02:10

Brentford Evertonu dörd qol və qırmızı kartla məğlub etdi

Futbol
Bu gün, 02:03

Levante 1-1 dərəcəli Elçəyə qarşı məğlubiyyətdən xilas oldu

Futbol
Bu gün, 01:47

Varela'nın iki qoluyla Monza çempionatın ardıcıl məğlubiyyətlərinə son verdi

Futbol
Bu gün, 01:32

Çempionlar Liqasında "Sabah" – "Barselona" matçı: Flik Yamalın yoxluğu ilə, "Sabah" Kanselonun zəifliyi ilə üzləşir

Futbol
Bu gün, 01:25

Cırtdanlar arasında futbol dünya çempionatında Mərakeş-Kolumbiya görüşündə dava baş verdi

Futbol
Bu gün, 01:20

PSJ Safonovu yeni müqavilə ilə məvacibini artırmağa hazırdır

Futbol
Bu gün, 01:18

Tebas: “Hakimlərə ən böyük təzyiqi “Real” Madrid edir”

Futbol
Bu gün, 01:05

"Qalatasaray" "Aston Villa"ya, "Arsenal" Borussiya Dortmund" qarşı - YENİLƏNİR

Futbol
Bu gün, 01:01

De Bruyne keçmiş komandasına qarşı oyundan danışdı: “Mareskanı yaxşı tanıyıram”

Futbol
Bu gün, 00:45

Aston Villa, Qalatasarayla oyundan əvvəl məşqə çıxmayacaq: Səbəb ot örtüyünün pis vəziyyəti

Qarabağ FK
Bu gün, 00:42

“Qarabağ” Qazaxıstan klubundan əvvəlki məğlubiyyətin əvəzini çıxdı - FOTO

Formula 1
Bu gün, 00:31

Ferstappen Formula-1-dəki texniki reqlament problemlərinin 2030-cu ilə qədər davam edəcəyi proqnozunu verdi

Futbol
Bu gün, 00:22

İlin ən yaxşı gənc oyunçusu oldu

Voleybol
Bu gün, 00:12

“Turan”la oyun öncəsi “Skandiççi”də itki təhlükəsi

Futbol
Bu gün, 00:10

Juventus bosniyalı vingeri Alaybeqoviç üçün 40 milyon avro təklif edə bilər

Futbol
Bu gün, 00:00

Liverpul

Oxşar xəbərlər