Üzgüçülüyün İnkişafı üzrə Strateji Əməkdaşlıq Memorandumunun məqsədi həm də hakimlərə, məşqçilərə və idmançılara elmi tərəfdən dəstək olmaqdır.
"Report" xəbər verir ki, bunu Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) prezidenti Zaur Əliyev Üzgüçülüyün İnkişafı üzrə Strateji Əməkdaşlıq Memorandumunun imzalanma mərasimindən sonra deyib.
O memorandum məqsədini açıqlayıb:
"İstəyirik ki bu idman növündə elmi tərəfi də inkişaf etdirək. Yəni hakimlərimizə, məşqçilərimizə, idmançılarımıza elmi tərəfdən dəstək olaq. Federasiya olaraq Azərbaycanda bu idman növünün kütləviliyini artırmağa çalışırıq"