top
Zeynəb Sultanova: Yeganə rəqibim özümü dünənkindən daha yaxşı olmağa vadar etməkdir Idman.biz
13 may 2026, 12:46
- ↺ +

Zeynəb Sultanova: "Yeganə rəqibim özümü dünənkindən daha yaxşı olmağa vadar etməkdir"

Azərbaycanın güllə atıcılığı üzrə yığması Xorvatiyanın Osiyek şəhərində keçirilən Avropa çempionatında ilk medallarını qazanıb. Azərbaycan idmançıları gümüş və bürünc mükafatlara sahib olublar. Hər iki uğurda Zeynəb Sultanovanın payı var: o, Ruslan Lunevlə duetdə gümüş medal qazanıb, Nigar Nəsirova və Xana Əliyeva ilə birlikdə isə Avropa çempionatının bürünc mükafatçısı olub.

İdman.Biz-lə söhbətində Zeynəb Sultanova Avropa çempionatındakı çıxışı ilə bağlı təəssüratlarını bölüşüb.

- İki medal qazandıqdan sonra nə hiss keçirdiniz?

- Məndə sonsuz dərəcədə çox emosiya, fikir və söz var. Çünki bu yarışlarda mən birdən-birə iki növdə medal qazandım və idman ustası normativini yerinə yetirdim. Bu, mənim arzum, son iki ildə getdiyim hədəf idi.

Qarışıq komandada Ruslan Lunevlə birlikdə beynəlxalq turnirdə ilk dəfə medal qazandıq. Həmçinin bu, mənim 25 metr məsafədə "duet" növündə ilk startım idi. Çexiya komandasına qarşı çox gərgin final oldu. Bu, bizim üçün gözəl təcrübə idi. Mən öyrənməyə və inkişaf etməyə davam edirəm. Bu Avropa çempionatında çoxlu "ilk" yaşadım, buna görə də bu medallar həmişə qəlbimdə xüsusi yer tutacaq.

- Avropa çempionatına yollanarkən belə nəticə gözləyirdiniz?

- Mən heç vaxt qarşıma müəyyən sayda xal toplamaq vəzifəsi qoymuram. Mənim həmişə yalnız bir məqsədim olur: Bakıda məşqlərdə maksimum gücümü ortaya qoymaq, səylə çalışmaq, turnir günü gələndə isə bütün potensialımı, bütün gücümü, cəsarətimi və iradəmi göstərmək. Mənim üçün düzgün texnikanı, psixoloji dayanıqlığı və emosional balansı qorumaq çox vacibdir. Bu, mənim əsas uğurumdur. Mən mübarizə aparmağı sevirəm. Yarışlarda isə yeganə rəqibimi - özümü dünənkindən daha yaxşı olmağa vadar edirəm.

- Fərdi yarışlardakı çıxışınızı necə qiymətləndirirsiniz?

- Bu turnirdə şəxsi rekordumu yenilədim. 25 metr məsafədə ilk startımda finala çıxmaq üçün mənə cəmi üç xal çatmadı. Bununla belə, texnikamdan razı qaldım. Mənim hələ inkişaf edəcəyim yer var. Potensialımı maksimum açmaq üçün daha çox işləmək, məşq etmək lazımdır, dəstək, vaxt, beynəlxalq yarışlar və təlim-məşq toplanışları lazımdır.

- Növbəti hədəfiniz nədir?

- Avqustda Polşada 23 yaşadək idmançılar arasında Avropa çempionatı keçiriləcək, mən də orada iştirak edəcəyəm. Üç növdə - 10, 25 və 50 metr məsafələrə atəşdə çıxış edəcəyəm. Mənə hər istiqamətdə inkişaf etmək maraqlıdır, bundan zövq alıram. Buna görə də Avropa çempionatı mənim üçün vacib hazırlıq mərhələsi oldu və böyük stimul verdi. Növbəti beynəlxalq startdan əvvəl bizi təlim-məşq toplanışları və ciddi hazırlıq prosesi gözləyir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 10:44

Qarabağ hücumçusu Kaşuk ilk dəfə Ukrayna milli komandasına çağırıldı

Futbol
Bu gün, 10:28

Əşrəf Hakimi: Messi gəlməsi oyun stilimi dəyişdi, zövq ala bilmədim

Minifutbol
Bu gün, 10:07

İtalyan hakimlər komandası Azərbaycan‑Çexiya futsal matçını idarə edəcək

Futbol
Bu gün, 10:02

Maykl Karrik, Şi Leysin çıxışını tərifləyir: “Meydanda hamını ruhlandırdı”

Voleybol
Bu gün, 10:00

Turan Tovuzun Voleybol Qələbəsi Avropada, Futbol Takımının Gözləmələri

Futbol
Bu gün, 09:58

UEFA Avropa Liqası: Renn evində Olimpiakosla qarşılaşacaq

Futbol
Bu gün, 09:49

Luis Enrike PSJ-də 127 qələbə ilə ən çox qələbə qazanan məşqçi oldu

Qarabağ FK
Bu gün, 09:47

UEFA Gənclər Liqası: Sabah və Qarabağ U-19 komandaları bu gün Norveç və Xorvatiyada qarşılaşacaqlar;

Futbol
Bu gün, 09:43

UEFA Çempionlar Liqası: Real, Fənərbağça və Manchester City qarşılaşacaq

Futbol
Bu gün, 09:40

Qalatasaray rəhbərliyi rusiyalı futbolçunun müqaviləsində 55M avrolu sərbəst qalma bəndini dəyişdirmək istədi

Futbol
Bu gün, 09:23

‘Sabah’ futbolu ‘Vikinq’in qonağına çıxacaq

Basketbol
Bu gün, 09:22

LANDAU Lions, FIBA Avropa Kubokunda Benfika ilə Qarşılaşacaq

Futbol
Bu gün, 09:20

Karlos Visens Barcelona üçün yeni baş məşqçi ola bilər

Futbol
Bu gün, 09:08

Mourinyo Real Madridin Yunanıstandakı 1/8 qalibiyyətini açıq şəkildə qeyd etdi

Basketbol
Bu gün, 09:07

«Neftçi» basketbol komandası FIBA Avropa Kubokunda beşinci oyununu Plovdivda Lokomotiv (Bulgariya) ilə oynayacaq

Futbol
Bu gün, 09:00

ÇL: "Sabah" "Vikinq"də qonaq olacaq

Futbol
Bu gün, 08:40

Skott Parker, Vest Hem-in yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 08:05

"İnter" Ikardi üçün transfer planında deyil - Marotta açıqlaması

Futbol
Bu gün, 08:00

İngiltərə klubu Said El-Malanı və qardaşı Malek El-Malanı transfer etmək istəyir

Futbol
Bu gün, 07:15

“Barselona” Arsenalın müdafiəçısı Piyero İnkapyeni transfer etmək istəyir - Deko hərəkətə keçdi

Futbol
Bu gün, 06:13

Arteta, formaların dartılması və tutulması ilə bağlı geniş videoarxiv topladığını açıqladı

Tennis
Bu gün, 05:03

Novak Cokoviç Paris Masters-də çətin qələbə qazanıb, çiynindəki problemə görə tibbi fasilə götürdü

Boks
Bu gün, 04:12

Ceyk Pol qələbə qazanarsa karyerasını başa vuracağını bildirdi

Futbol
Bu gün, 03:19

"Liverpool" rəhbərliyindəki dəyişikliklər Mak Allisterin gələcəyinə yeni perspektiv açır

Oxşar xəbərlər