top
Ukraynada təmsil edən Azərbaycan əsilli güləşçi Pərviz Nəsibov bürünc medal uğrunda mübarizə aparacaq Idman.biz
Bu gün, 18:40
- ↺ +

Ukraynada təmsil edən Azərbaycan əsilli güləşçi Pərviz Nəsibov bürünc medal uğrunda mübarizə aparacaq

Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında Ukraynanın yunan-Roma güləşi millisinin üzvü Pərviz Nəsibov yarımfinala yüksələ bilməyib.

İdman.Biz xəbər verir ki, ikiqat Olimpiya mükafatçısı bürünc medal uğrunda mübarizəni davam etdirəcək.

72 kq çəki dərəcəsində çıxış edən Nəsibov 1/4 finalda macarıstanlı Kristian Vantsaya 0:3 hesabı ilə məğlub olub.

Bunadək Azərbaycan əsilli güləşçi 1/8 finalda Ermənistan təmsilçisi Aşot Xaçatryanı 9:0 hesabı ilə üstələyib.

Onun 1/4 finaldakı rəqibi Vantsa finala yüksəldiyi üçün Nəsibov bürünc medal uğrunda mübarizə aparacaq. Pərviz Nəsibovun bu yolda rəqibi Çili təmsilçisi Nestor Almanza Truy olacaq.

Qeyd edək ki, Pərviz Nəsibov 1998-ci il avqustun 18-də Azərbaycanın Ağstafa rayonunun Muğanlı kəndində anadan olub. Altı yaşına qədər doğma kəndində yaşayan idmançı güləşlə məşğul olmağa da burada başlayıb. O, əvvəlcə sərbəst güləşlə məşğul olub.

2004-cü ildə ailəsi ilə birlikdə Ukraynanın Nikolayev şəhərinə köçən Nəsibov burada yunan-Roma güləşinə üstünlük verib və idman karyerasını bu ölkədə davam etdirib.

2017-ci ildə Almaniyanın Dortmund şəhərində keçirilən gənclər arasında Avropa çempionatında qızıl medal qazanan güləşçi 2018-ci ildə gənclərin dünya çempionatının bürünc mükafatçısı olub.

Nəsibovun karyerasındakı ən böyük uğurları isə Olimpiya Oyunları ilə bağlıdır. O, Tokio-2020 və Paris-2024 Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 19:45

U-17 ne‑vaza ACF Kubokunun ilk günündə 198 cüdoçu yarışdı

Cüdo
Bu gün, 19:33

Azərbaycan millisi Düşənbədə Qran-Pri cüdo turnirində beş medal qazanıb

Cüdo
Bu gün, 19:27

U-17 cüdoçuların ne-vaza üzrə ACF Kubokunun ilk qalibləri ACF-də elan edildi

Futbol
Bu gün, 19:04

Atletik 4-0 Xetafe: La Liqada dörd qol

Futbol
Bu gün, 18:59

Konyaspor Gənclərbirliyi 2-0 məğlub etdi

Futbol
Bu gün, 18:13

Real Madrid El‑Klasiko öncəsi qapıçısı Kurtua qrip səbəbiylə oyun verməyəcək

Futbol
Bu gün, 18:05

Azər Bağırov: "Rəqib heç nə yaratmadı, qolları öz səhvlərimizdən buraxdıq"

Futbol
Bu gün, 17:52

İmişli baş məşqçisinin Şamaxı qarşısında riskli taktikası qələbəyə yol açdı

Güləş
Bu gün, 17:43

Eldəniz Əzizli 55 kiloqram çəki kateqoriyasında dünya çempionu oldu

Futbol
Bu gün, 17:42

İnter, 98-ci dəqiqə qoluyla Fiorentina’yı məğlub etdi

Futbol
Bu gün, 17:38

Perkons: 2:1 Qələbə Üç Xalın Nəzarətində

Futbol
Bu gün, 17:29

Şəfa-2 3:2 hesabla Turan Tovuz-2-ni məğlub etdi

Futbol
Bu gün, 17:27

Milan, Luka Recciani-nin İtaliyaya dönüşü üçün çalışır

Futbol
Bu gün, 17:13

Klaudiya Rodriqes, Mark Kukurelyanın evdəki davranışlarını açıqladı

Voleybol
Bu gün, 16:58

Rakuv komandası Visla qarşısında 1:2 hesabı ilə məğlub oldu

Digər
Bu gün, 15:58

Araz-Naxçıvan Polşada UEFA Çempionlar Liqası üçün hazırdır

Futbol
Bu gün, 15:38

Qvardiolanın Mourinyonu təhqir etməsinin pərdəarxası: Sabiq rəsmi hadisənin ətraflarını açıqladı

Tennis
Bu gün, 15:28

Sinnerin liderliyi təhlükədə: Noabrın 2-də Zverev ATP reytinqində birinci ola bilər

Futbol
Bu gün, 15:27

Real Madridin qapıçısı Kurtua qripdən dolayı Barcelona qarşısında oyunu buraxacaq

Futbol
Bu gün, 15:05

Stefano Pioli: "A Seriyasına qayıtmaq istəyirəm, İtaliyada qalmağa üstünlük verərəm"

Futbol
Bu gün, 14:49

Kəpəz’in növbəti iki ev oyunu üçün biletlər satışa çıxarıldı

Futbol
Bu gün, 14:38

Bakıda U-15 DÇ-də Kolumbiya 11:0, Benin 10:0 hesablı qətiyyətlə qalib gəldi

Futbol
Bu gün, 14:30

Manchester United, Liverpool və Arsenal Bayern yarımmüdafiəçisinə baxır

Oxşar xəbərlər