Almaniya Bundesliqasının 11-ci turunda daha dörd qarşılaşma başa çatıb.
İdman.Biz xəbər verir ki, "Bavariya" səfərdə "Hamburq"la qolsuz heç-heçə edib - 0:0. Münhen təmsilçisi 44-cü dəqiqədə Yoşua Kimmixin birbaşa qırmızı vərəqə alması ilə azlıqda qalıb. Zədəli Harri Keyn və Maykl Olise qarşılaşmada iştirak etməyiblər.
Bu nəticədən sonra "Bavariya" 23 xalla ikinci pillədə qalıb. Münhenlilər bir oyun az keçirən lider Dortmund "Borussiya"sından bir xal geri qalırlar. "Hamburq"un isə 13 xalı var.
Günün ən böyükhesablı qələbəsini "Paderborn" qazanıb. Komanda doğma meydanda "Şalke"ni 8:1 hesabı ilə darmadağın edib. Meydan sahiblərinin hücumçusu Stefano Marino 39-cu, 45+4-cü və 57-ci dəqiqələrdə fərqlənərək het-trikə imza atıb.
"Köln" də azarkeşlərini böyükhesablı qələbə ilə sevindirib. Komanda "Elversberq"in qapısından beş cavabsız top keçirib. Marius Bülter 8-ci, 39-cu və 63-cü dəqiqələrdə fərqlənərək het-trik edib. Said El-Mala isə 16-cı və 68-ci dəqiqələrdə vurduğu qollarla dublunu rəsmiləşdirib. Bu qələbə "Köln"ün çempionatdakı beş oyunluq qələbəsizlik seriyasına son qoyub.
"Maynts" isə Berlin "Union"u ilə ev oyununda geridönüş edib - 2:1. Qonaqlar 37-ci dəqiqədə Yanik Habererin qolu ilə önə keçiblər. Filip Tits 85-ci dəqiqədə hesabı bərabərləşdirib, Antoni Kasi isə 90+2-ci dəqiqədə meydan sahiblərinə qələbə qazandırıb.