Türkiyə 1-ci Liqasında Toral Bayramovun şərəfini qoruduğu “Bursaspor” növbəti matçına çıxıb.
Sportify.az xəbər verir ki, 16-cı turda Bursa təmsilçisi səfərdə “Vanspor”la qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb. Qonaqlardan Emirhan Başyiğit 27-ci dəqiqədə avtoqol müəllifi olub. 38-ci dəqiqədə isə Keleçi İhenaço bərabərlik qolunun müəllifi olub.
Toral Bayramov matçı ehtiyat oyunçular skamyasından izləyib.
“Bursaspor” 36 xalla liderliyini davam etdirir. “Vanspor” isə 17 xalla 16-cı pillədə qərarlaşıb.