top
Azər Məmmədov «Kəpəz»in «Turan Tovuz»a məğlubiyyətini şərh etdi: «Ən azı bir xal qazanmağa layiq idik» Qol.az
Bu gün, 19:12
- ↺ +

Azər Məmmədov «Kəpəz»in «Turan Tovuz»a məğlubiyyətini şərh etdi: «Ən azı bir xal qazanmağa layiq idik»

«Kəpəz»in baş məşqçisi Azər Məmmədov Misli Premyer Liqasının 13-cü turunda «Turan Tovuz»a məğlub olduqları matçı (1:2) şərh edib.

QOL.az xəbər verir ki, o, görüşdən sonra təşkil olunan mətbuat konfransında açıqlamasında bunları deyib:

«Bilirsiniz ki, bu, Qərb derbisidir və «Turan Tovuz»la oyun bizim üçün çox vacib idi. Çempionatın liderlərindən biri, fiziki cəhətdən güclü komandaya qarşı oynayırdıq. Buna baxmayaraq, futbolçularımızın Tovuzda yaxşı çıxış etdiyini düşünürəm. Rəqib turnir cədvəlində bizdən öndə olsa da, asanlıqla təslim olmayacağımızı göstərdik.

Təəssüf ki, meydanı məğlub tərk etdik. Məncə, bu oyunda ən azı bir xal qazanmağa layiq idik. Gəncədən gələn azarkeşlərimizə təşəkkür edirəm. Həmişə olduğu kimi, bizi tək qoymadılar. Matçdan sonra futbolçularıma da göstərdikləri oyuna görə minnətdarlığımı bildirdim".

- Vaxtilə «Turan»da da çıxış etmisiniz. Əsl Qərb derbisi 1990-cı illərdə, sizin oynadığınız dövrdə keçirilirdi. Həmin oyunlarla indiki qarşılaşmaları necə müqayisə edərdiniz? Uzun müddətdir belə derbilər, azarkeş rəqabəti olmamışdı.

- Mənim oynadığım illər Tovuz futbolunun ən yaxşı dövrlərindən biri idi. Düşünürəm ki, 2004-2005-ci illər çempionatı Azərbaycan futbolunun ən maraqlı mövsümlərindən olub.

O vaxt Qərb derbilərində azarkeşlərin sayı daha çox idi. Bununla yanaşı, bu gün də xoş atmosfer var idi. «Kəpəz»lə oyunda «Turan Tovuz»un stadionuna gələn azarkeşlərin sayı əvvəlki çempionatlar və digər klubların oyunları ilə müqayisədə kifayət qədər çox idi.

- Məlumdur ki, «Turan Tovuz» standart vəziyyətlərdən kifayət qədər yaxşı yararlanır. Futbolçulara bunun qarşısını almaq üçün hansı tapşırıqları vermişdiniz?

- Oyundan əvvəlki məşqlərdə əsas diqqəti müdafiə standartlarına yönəltmişdik. Bilirdik ki, «Turan Tovuz» uzun ötürmələrdən və standart vəziyyətlərdən istifadə edir. Bu epizodlardan sonra ikinci topları qazanaraq hücumu tamamlamağa çalışırlar.

Həftə ərzində bu cür vəziyyətlərdə müdafiə olunmaq üzərində işlədik. Ancaq fiziki göstəricilər və boy baxımdan futbolçularımız rəqibin standart vəziyyətlərdə hücuma qoşulan oyunçularından geri qalırlar.

Buna baxmayaraq, rəqibin futbolçularına uyğun mövqe seçməyə çalışırdıq. Təəssüf ki, hər iki qolda uzun ötürmələrin və standart vəziyyətlərin qarşısını ala bilmədik.

- İkinci qolu buraxdıqdan sonra futbolçulara irad bildirdiniz. Harada səhvə yol verildi? Rəqibə zərbə imkanı vermələri ilə bağlı narazılığınızın səbəbi nə idi?

- Əslində, həmin vaxt köməkçim Etibar İbrahimovla danışırdım. Bu, irad deyildi, sadəcə fikirlərimi onunla bölüşürdüm.

İkinci qoldan sonra hücumu gücləndirmək üçün iki futbolçunu meydana buraxdıq. Onlardan rəqibin uzun ötürmələrinin qarşısını almağı istəmişdim. Təəssüf ki, tapşırığı yerinə yetirə bilmədilər. Buna görə əsəbiləşdim. Çünki bir və ya üç xal qazanmaq istəyiriksə, rəqibin uzun ötürmələrinə mane olmalıydıq. Ancaq bunu bacarmadıq.

- Qarşıda sizi «Qəbələ» və «Sumqayıt»la oyunlar gözləyir. Bu üç qarşılaşmanın hər birinə üç xal qazanmaq məqsədilə çıxacaqsınız, yoxsa əsas hədəf məğlub olmamaq olacaq?

- Mən həmişə deyirəm ki, hər oyuna qələbə məqsədilə çıxmalıyıq. Əks halda, futbolçularım da bunu hiss edərlər. Baş məşqçi kimi onlardan ilk növbədə müdafiədə diqqətli olmağı və qol buraxmamağı tələb edirəm. Çünki qapımızı toxunulmaz saxlasaq, hücumda fərqlənmək imkanımız olacaq.

Qol buraxmamaq seriyamız var idi. «Şamaxı» ilə oyundan sonra, səhv etmirəmsə, cəmi bir və ya iki dəfə bir qol buraxmışıq. Səkkiz turdan sonra ilk dəfədir ki, səfərdə qapımızda iki qol görürük.

Qarşıdakı oyunların hər birində qələbə qazanmaq istəyirik. «Turan Tovuz»la matça da üç xal üçün çıxmışdıq. Növbəti qarşılaşmalarda da hədəfimiz dəyişməyəcək. İndidən nəticə barədə danışmaq çətindir, amma maksimum xal toplamağa çalışacağıq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Güləş
Bu gün, 19:32

UWW prezidenti Nenad Laloviç Azərbaycan Güləş Federasiyasının ofisini ziyarət edib

Güləş
Bu gün, 19:30

UWW prezidenti Bakıda Azərbaycan Güləş Federasiyasını ziyarət etdi

Futbol
Bu gün, 19:20

Turan Tovuz – Kəpəz 2:1 | Kurban Berdıyev: "Oyunçularımız xarakter göstərdi"

Futbol
Bu gün, 19:12

Flik "Barselona"nın 17 yaşlı istedadını əsas komandaya cəlb etdi

Futbol
Bu gün, 19:08

"Rayo Valyekano" "Betis" üzərində ilk səfər qələbəsini əldə etdi

Futbol
Bu gün, 19:08

Turan Tovuzun "Kəpəz"ə qarşı qələbəsi – Berdıyev: Oyun həmişə çətin keçir

Futbol
Bu gün, 19:08

Kurban Berdiyev: "Kəpəzə qarşı vacib qələbə qazandıq"

Futbol
Bu gün, 19:03

«Bursaspor» səfərdə «Vanspor»la 1:1 heç-heçə etdi

Futbol
Bu gün, 19:00

"Araz-Naxçıvan"ın fransalı hücumçusu: "Sabah"ın yorğunluğuna güvənmək istəmirik, qələbəyə inanırıq"

Futbol
Bu gün, 18:57

Samsunspor Gənclərbirliyini 3:1 hesabı ilə məğlub etdi

Basketbol
Bu gün, 18:57

Keçmiş oyunçu "Sabah"a qayıtdı

Futbol
Bu gün, 18:55

"Azərbaycandan iki futbolçu Türkiyə I Liqasında üz-üzə gəldi"

Futbol
Bu gün, 18:50

"Əl Nəsr" ardıcıl 100 oyunda qol vurmaqla dünya rekorduna imza atdı

Futbol
Bu gün, 18:49

Azər Məmmədov: "Turan Tovuz" qarşısında geri qalmadıq

Futbol
Bu gün, 18:48

"Milan", "Yuventus" və "Roma" "Sportinq"in yunanıstanlı hücumçusu Fotis İoannidisi transfer etmək istəyirlər

Futbol
Bu gün, 18:40

«Hypers» – «Şirvan»: 1:1 (videoicmalı)

Futbol
Bu gün, 18:40

Luis Holl ‘Liverpul"un hədəfi

Digər
Bu gün, 18:33

"16 yaşlı çapar son pillədən zirvəyə qalxdı, iki yarışın qalibi oldu"

Futbol
Bu gün, 18:20

Sneyderin Mükafatları Hərracda Satılır

Futbol
Bu gün, 18:20

"Barselona"nın yarımmüdafiəçisi Mark Kasado Səudiyyə və Türkiyə klublarının təkliflərini rədd etdi

Futbol
Bu gün, 18:19

Azərbaycan 2-ci liqasında 13-cü tur başladı

Qarabağ FK
Bu gün, 17:51

"Şamaxı-2 6-1lə Neftçi-2‑ni məğlub etdi"

Futbol
Bu gün, 17:49

"Sabah" - "Araz-Naxçıvan" matçının start heyətləri açıqlanıb

Oxşar xəbərlər