top
Vilyarreal Liverpul müdafiəçisini transfer etməyi arzulayır Idman.biz
Bu gün, 19:54
- ↺ +

Vilyarreal Liverpul müdafiəçisini transfer etməyi arzulayır

İspaniyanın "Vilyarreal" futbol klubu "Liverpul"un müdafiəçisi Kostas Tsimikası heyətinə qatmaq istəyir.

İdman.Biz xəbər verir ki, İspaniya klubu artıq 30 yaşlı yunanıstanlı futbolçunun nümayəndələri ilə əlaqə saxlayıb. Tərəflər mümkün transferə müsbət yanaşırlar.

Tsimikasın "Liverpul"la müqaviləsi 2027-ci ilin yayında başa çatacaq. Ötən mövsümü icarə əsasında İtaliyanın "Roma" klubunda keçirən müdafiəçinin azad agent kimi İngiltərə təmsilçisindən ayrılacağı gözlənilir.

"Vilyarreal" rəhbərliyi təcrübəli futbolçunun müdafiənin sol cinahını gücləndirəcəyini düşünür. Hazırda bu mövqedə Karlos Romero və Serxi Kardona çıxış edirlər. Lakin sonuncunun müqaviləsi gələn yay başa çatacaq.

Tsimikas 2020-ci ildə Yunanıstanın "Olimpiakos" klubundan 13 milyon avroya "Liverpul"a transfer olunub. Müdafiəçi İngiltərə təmsilçisinin heyətində 120-dən çox oyun keçirib.

Onun karyerasının ən yaddaqalan anlarından biri 2022-ci ildə İngiltərə Kubokunun finalında "Çelsi"yə qarşı penaltilər seriyasında həlledici zərbəni dəqiq yerinə yetirməsi olub.

Qeyd edək ki, cari mövsümdə UEFA Çempionlar Liqasında mübarizə aparan "Vilyarreal" İspaniya çempionatında hazırda 10-cu pillədə qərarlaşıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:06

Bobçek "Parma"ya het-trik edərək "Frozinone"ni altıncı yerdə qərarlaşdırdı

Futbol
Bu gün, 20:00

Kəpəz komandası Mahamadu Bana cəzalandırıb və oyundan məhrum etdi

Futbol
Bu gün, 20:00

"Nyukasl" qış pəncərəsində Voltemadeni "Yuventus"dan geri qaytarmayacaq

Futbol
Bu gün, 20:00

Kimmix "Hamburq"a qarşı matçda qırmızı vərəqə alıb

Futbol
Bu gün, 20:00

"Real Madrid"in "Liverpul"dan Mak Allisteri almaq şərti müqaviləni yeniləməməkdir

Futbol
Bu gün, 20:00

Yuri Vernidub Neftçinin rəqibinə məğlubiyyət qazandı

Futbol
Bu gün, 19:41

«Turan Tovuz»un son dəqiqə qələbəsi – Video icmalı

Futbol
Bu gün, 19:40

"Şəfa"da maaş aclığı və qələbəsizlik sindromu - Premyer Liqada "ölüm-dirim" dəvrəsi

Futbol
Bu gün, 19:38

Ronaldonun yığmadakı vida matçında Jorje Jezuş rəhbərlik etməyəcək

Futbol
Bu gün, 19:36

Azər Məmmədov: "Rəqibin uzun ötürmələrinin qarşısını ala bilmədikləri üçün özümdən çıxdım"

Güləş
Bu gün, 19:32

UWW prezidenti Nenad Laloviç Azərbaycan Güləş Federasiyasının ofisini ziyarət edib

Güləş
Bu gün, 19:30

UWW prezidenti Bakıda Azərbaycan Güləş Federasiyasını ziyarət etdi

Futbol
Bu gün, 19:20

Turan Tovuz – Kəpəz 2:1 | Kurban Berdıyev: "Oyunçularımız xarakter göstərdi"

Futbol
Bu gün, 19:12

Azər Məmmədov «Kəpəz»in «Turan Tovuz»a məğlubiyyətini şərh etdi: «Ən azı bir xal qazanmağa layiq idik»

Futbol
Bu gün, 19:12

Flik "Barselona"nın 17 yaşlı istedadını əsas komandaya cəlb etdi

Futbol
Bu gün, 19:08

"Rayo Valyekano" "Betis" üzərində ilk səfər qələbəsini əldə etdi

Futbol
Bu gün, 19:08

Turan Tovuzun "Kəpəz"ə qarşı qələbəsi – Berdıyev: Oyun həmişə çətin keçir

Futbol
Bu gün, 19:08

Kurban Berdiyev: "Kəpəzə qarşı vacib qələbə qazandıq"

Futbol
Bu gün, 19:03

«Bursaspor» səfərdə «Vanspor»la 1:1 heç-heçə etdi

Futbol
Bu gün, 19:00

"Araz-Naxçıvan"ın fransalı hücumçusu: "Sabah"ın yorğunluğuna güvənmək istəmirik, qələbəyə inanırıq"

Futbol
Bu gün, 18:57

Samsunspor Gənclərbirliyini 3:1 hesabı ilə məğlub etdi

Basketbol
Bu gün, 18:57

Keçmiş oyunçu "Sabah"a qayıtdı

Futbol
Bu gün, 18:55

"Azərbaycandan iki futbolçu Türkiyə I Liqasında üz-üzə gəldi"

Oxşar xəbərlər