İki aya yaxın maaşdan xəböər yox.
Sonra yerlilər pulunu alır, legionerlər baxa-baxa qalır. Acığa düşür, məşqə çıxmaq istəmirlər.
Klubun adicə bint almağa pulu yox. Düşərgəyə nə gələn var, nə də maraqlanan.
Tamamən sahibsiz bir komandaı. Yerlisi də, əcnəbiəsi də dörd gəzlə qapının döyülməsini, içəriyə kimsənin girməsini, onlara nəsə deməsini, ümid və ürək-dirək verməsini gözləyir.
Yenə bir xəbər yox.
Bütün bunlar "Şəfa"nın axır aylarda yaşadığı hadisələrin kiçik bir məcmuəsidir. Burada elə olaylar cərayan edib ki, açığı, hörmət xatirinə onları yazmırıq, ictimailəşdirmirik.
Çün həqiqətən "Şəfa"da dəyər verdiyimiz bəzi şəxslər çalışır. Kənan Sadıqlı, Nadir Nəbiyev, Zaur Həşimov kimi…
"Şəfa"da problem yoxdur, problemlər var. Və sayı o qədər çoxdur ki.. Bilirik, bunların heç biri adlarını çəkdiyimiz insanlardan qaynaqlanmır.
Onlar sadəcə, icraçıdır, maliyyə təminatını həll edən fiqurantlar deyillər.
Xoruz səsi eşitməyən xəbərlərin içində əsir-yesir qalan "Şəfa"nın qələbəsizlik sindromunun 10 oyunadək uzanmasını normal qarşılayın.
O sıxıntıların dərd-bəla verdiyi dönəm hələ arxada qalmayıb, davam edir. Nə vaxt ki futbolçulara verilən vədlər tutulacaq, maddi öhdəliklər yerinə yetiriləcək, onda da işlər/nəticələr öz nizamına düşəcək.
"İmişli" üzərində qələbə ümidvericidir, təki Dubayda əyləşən sponsorlar bundan sonra insafa gəlsin! Axı bir güllə bahar olmur.
Gerçəkdən Premyer Liqada qalmaq istəyirlərsə, komandaya münasibət yaxşı formada dəyişməlidir, futbolçu həmin diqqət və qayğını cibində hiss etməlidir.
KAMİL