İtaliya A Seriyasının 13-cü turunda "Frozinone" doğma meydanda "Parma"nı 3:0 hesabı ilə məğlub edib.
İdman.Biz xəbər verir ki, "Benito Stirpe" stadionunda keçirilən qarşılaşmanın ilk hissəsində qol vurulmayıb.
Fasilədən sonra isə Tomaş Bobçek oyunun taleyini həll edib. Slovakiyalı hücumçu 55-ci, 61-ci və 79-cu dəqiqələrdə fərqlənərək het-trikə imza atıb. Bunlar onun "Frozinone"nin heyətində ilk qolları olub.
Meydan sahibləri çempionatda ardıcıl iki məğlubiyyətdən sonra qələbə qazanıblar. Bu, həm də komandanın doğma meydanda ardıcıl altıncı qələbəsi olub. "Parma" isə ardıcıl üçüncü görüşünü uduzub.
Xallarının sayını 23-ə çatdıran "Frozinone" 21 xalı olan "Yuventus"u qabaqlayaraq altıncı pilləyə yüksəlib. "Parma" səkkiz xalla 17-ci yerdə qalıb.