Dünya Güləş Birliyinin (UWW) prezidenti Nenad Laloviç Bakıya səfəri çərçivəsində Azərbaycan Güləş Federasiyasının (AGF) ofisini ziyarət edib.
İdman.Biz xəbər verir ki, görüşdə UWW prezidentinə qurumun fəaliyyəti, rəqəmsal idarəetmə sistemlərinin inkişafı, vahid məlumat bazasının yaradılması, videoanaliz və süni intellekt texnologiyalarının tətbiqi istiqamətində həyata keçirilən layihələr barədə məlumat verilib.
Laloviç federasiyanın bu sahədəki fəaliyyətini yüksək qiymətləndirərək görülən işləri təqdir edib.
Görüşdə Azərbaycanın həyata keçirdiyi layihələrin beynəlxalq miqyasda genişləndirilməsi və UWW ilə əməkdaşlıq çərçivəsində digər ölkələrdə də tətbiqi imkanları müzakirə olunub.