top
Sumqayıt klubunda Braziliyalı hücumçunun karyerası erkən bitdi Sportinfo.az
Bu gün, 20:20
- ↺ +

"Sumqayıt" klubunda Braziliyalı hücumçunun karyerası erkən bitdi

"Sumqayıt" yay transfer pəncərəsində heyətinə qatdığı Jeam Oliveyra ilə yollarını ayırıb.

Daha əvvəl braziliyalı hücumçunun əməliyyat olunmaq üçün vətəninə yollandığını bildirmişdik.

Məsələ ilə bağlı yeni detallar əldə etmişik.

Əslində, 32 yaşlı forvard zədələndikdən sonra bir müddət klubun nəzarəti altında müalicə alıb.

"Sumqayıt" rəhbərliyi və tibbi heyət Oliveyranın əməliyyatsız şəkildə yaşıl meydanlara qayıtması üçün müalicə variantları nəzərdən keçirib.

Lakin bütün cəhdlərə baxmayaraq, bu, mümkün olmayıb. Həkimlər sonda əməliyyatın zəruriliyini birmənalı şəkildə bildiriblər.

Klubla futbolçu arasında aparılan müzakirələr zamanı əməliyyatdan sonrakı bərpa prosesinin də kifayət qədər uzun çəkəcəyi məlum olub.

Cənubi amerikalının "Sumqayıt"la müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Tərəflər hesab ediblər ki, bu müddət ərzində Oliveyranın komandaya kömək etməsi real görünmür.

Nəticədə qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilib.

Klub futbolçuya müəyyən məbləğdə əvvəlcədən ödəniş etməklə onun əməliyyatına dəstək olub.

Beləliklə, Jeam Oliveyra müalicəsini davam etdirmək və əməliyyat olunmaq üçün Braziliyaya qayıdıb. O, bundan sonra "Sumqayıt"a dönməyəcək.

Jeam cari mövsüm "kimyaçılar"ın heyətində 6 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

O, Premyer Liqanın 6-cı turunda "Qəbələ" ilə görüşdə ağır zədə almışdı.

XANOĞLAN/ SPORTİNFO.AZ

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:41

"Napoli" Maktomineyə illik 5,5 milyon avro maaş təklif edib, futbolçu 7 milyon istəyir

Futbol
Bu gün, 20:40

"Bavariya" "Hamburq"la 0:0 hesabı ilə heç-heçə etdi, liderliyə qalxa bilmədi

Futbol
Bu gün, 20:40

Şamaxı-Qəbələ matçından əvvəl: "Premyer Liqada asan matç yoxdur"

Güləş
Bu gün, 20:34

"Şalke" səkkiz qol vurdu, "Bavariya" xal itirdi

Futbol
Bu gün, 20:20

"Toraldan oyun olmayıb, Bursaspor xal itirdi"

Futbol
Bu gün, 20:20

Nigeriyalı vinger Ademola Lukman İtaliyanın A Seriyasına qayıda bilər

Futbol
Bu gün, 20:11

«Əl‑Nəsr» 100‑cü ardıcıl çempionat qolunu vurdu

Futbol
Bu gün, 20:06

Bobçek "Parma"ya het-trik edərək "Frozinone"ni altıncı yerdə qərarlaşdırdı

Futbol
Bu gün, 20:05

"Kəpəz Turan Tovuz qarşısında 2:1 uduzdu – Video və xronologiya"

Futbol
Bu gün, 20:00

Kəpəz komandası Mahamadu Bana cəzalandırıb və oyundan məhrum etdi

Futbol
Bu gün, 20:00

"Nyukasl" qış pəncərəsində Voltemadeni "Yuventus"dan geri qaytarmayacaq

Futbol
Bu gün, 20:00

Kimmix "Hamburq"a qarşı matçda qırmızı vərəqə alıb

Futbol
Bu gün, 20:00

"Real Madrid"in "Liverpul"dan Mak Allisteri almaq şərti müqaviləni yeniləməməkdir

Futbol
Bu gün, 20:00

Yuri Vernidub Neftçinin rəqibinə məğlubiyyət qazandı

Futbol
Bu gün, 19:54

Vilyarreal Liverpul müdafiəçisini transfer etməyi arzulayır

Futbol
Bu gün, 19:41

«Turan Tovuz»un son dəqiqə qələbəsi – Video icmalı

Futbol
Bu gün, 19:40

"Şəfa"da maaş aclığı və qələbəsizlik sindromu - Premyer Liqada "ölüm-dirim" dəvrəsi

Futbol
Bu gün, 19:38

Ronaldonun yığmadakı vida matçında Jorje Jezuş rəhbərlik etməyəcək

Futbol
Bu gün, 19:36

Azər Məmmədov: "Rəqibin uzun ötürmələrinin qarşısını ala bilmədikləri üçün özümdən çıxdım"

Güləş
Bu gün, 19:32

UWW prezidenti Nenad Laloviç Azərbaycan Güləş Federasiyasının ofisini ziyarət edib

Güləş
Bu gün, 19:30

UWW prezidenti Bakıda Azərbaycan Güləş Federasiyasını ziyarət etdi

Futbol
Bu gün, 19:20

Turan Tovuz – Kəpəz 2:1 | Kurban Berdıyev: "Oyunçularımız xarakter göstərdi"

Futbol
Bu gün, 19:12

Azər Məmmədov «Kəpəz»in «Turan Tovuz»a məğlubiyyətini şərh etdi: «Ən azı bir xal qazanmağa layiq idik»

Oxşar xəbərlər