«Əl‑Nəsr» Səudiyyə Ərəbistanı çempionatında ardıcıl 100 oyunda qol vuran ilk komanda olub.
QOL.az xəbər verir ki, buna komanda çempionatın 13-cü turunda «Əl‑Həzm»ə qarşı keçirilən matçda (1:0) nail olub.
Görüşün 26-cı dəqiqəsində portuqaliyalı yarımmüdafiəçi Samu Koşta fərqlənərək komandasını önə keçirib. Bu qol «Əl‑Nəsr»in ardıcıl 100‑cü çempionat matçında rəqib qapısına yol tapması ilə əlamətdar olub.
«Opta»nın məlumatına görə, komandanın bu seriyası 2023-cü ilin dekabrında «Ər‑Riyad»la görüşdən başlayıb.
Qeyd edək ki, «Əl‑Nəsr»in hücumçusu Kriştiano Ronaldo matçın sonunadək meydanda olub.