top
Azər Məmmədov: Rəqibin uzun ötürmələrinin qarşısını ala bilmədikləri üçün özümdən çıxdım Sportal.az
Bu gün, 19:36
- ↺ +

Azər Məmmədov: "Rəqibin uzun ötürmələrinin qarşısını ala bilmədikləri üçün özümdən çıxdım"

"Kəpəz" Misli Premyer Liqasının XIII turu çərçivəsində səfərdə "Turan Tovuz"a 1:2 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Məmmədov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Bizim üçün əhəmiyyətli oyun idi. Etiraf edək ki, çempionatımızın liderlərindən birinə qarşı oynayırdıq. Onlar fiziki baxımdan güclü kollektivdir. Düşünürəm ki, bu gün komandamız layiqincə mübarizə apardı. "Turan Tovuz" liderlər sırasında olsa da, onlardan çəkinmədik, sona qədər döyüşdük. Təəssüflər olsun ki, buradan məğlubiyyətlə ayrılırıq. Düşünürəm ki, ən azından 1 xala layiq idik. Gəncədən gələn çoxsaylı azarkeşlərimizə təşəkkür edirəm, bizi həmişəki kimi tək qoymadılar. Bugünkü performansa görə futbolçulara təşəkkürümü bildirdim.

- Vaxtilə "Turan Tovuz"da da oynamısınız. Sizin dövrünüzdəki derbilərlə indikini necə müqayisə edərdiniz?
- Düşünürəm ki, bizim vaxtımızda derbilər çox maraqlı keçirdi. 2004/05 mövsümü Azərbaycan çempionatının ən maraqlı mövsümü idi. Həmin vaxt azarkeş daha çox olurdu.

- "Turan Tovuz"un standart vəziyyətlərdə güclü olduğu bəllidir. Bununla bağlı futbolçularınıza hansı tapşırıqları vermişdiz?
- Düz qeyd etdiz. Həftə ərzində müdafiə planında bunun üzərində çox çalışırdıq. "Turan Tovuz"un əsas silahı standart vəziyyətlər və uzun ötürmələrdir. Bizim komandada rəqibin hücuma qoşulan futbolçuları qədər ucaboylu oyunçular yoxdur. İstədik ki, nələrsə edək. Pis də alınmırdı. Hər iki qolu qeyd etdiyim uzun ötürmədən və standart vəziyyətdən sonra buraxdıq.

- Rəqibin ikinci qolunda səhv harada oldu?
- Futbolçulara tapşırmışdım ki, rəqibin uzun ötürmələrinin qarşısını alsınlar. Bunu edə bilmədikləri üçün özümdən çıxdım.

- İlin sonuna qədər bütün oyunlarınız səfərdə olacaq. Rəqiblər isə ikinci altılıqda yer alan komandalardır. Bu matçlarda hədəfiniz 9 xal toplaamaq olacaq?
- Mən hər oyunda 3 xalı düşünməsəm, futbolçularım həvəsdən düşərlər. Bəli, onlara tapşırıram ki, qol buraxmayaq. Çünki qapımızı toxunulmaz saxlasaq, qol vura bilərik. "Şamaxı" ilə matçdan (1:4) sonra ilk dəfə idi qapımızda 2 qol görürdük. Qarşıdakı oyunlarda oyunda hədəfimiz 9 xal toplamaqdır. Bu gün Tovuza da qələbə üçün gəlmişdik.

Elçin Əlixan

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 19:41

«Turan Tovuz»un son dəqiqə qələbəsi – Video icmalı

Futbol
Bu gün, 19:40

"Şəfa"da maaş aclığı və qələbəsizlik sindromu - Premyer Liqada "ölüm-dirim" dəvrəsi

Futbol
Bu gün, 19:38

Ronaldonun yığmadakı vida matçında Jorje Jezuş rəhbərlik etməyəcək

Güləş
Bu gün, 19:32

UWW prezidenti Nenad Laloviç Azərbaycan Güləş Federasiyasının ofisini ziyarət edib

Güləş
Bu gün, 19:30

UWW prezidenti Bakıda Azərbaycan Güləş Federasiyasını ziyarət etdi

Futbol
Bu gün, 19:20

Turan Tovuz – Kəpəz 2:1 | Kurban Berdıyev: "Oyunçularımız xarakter göstərdi"

Futbol
Bu gün, 19:12

Azər Məmmədov «Kəpəz»in «Turan Tovuz»a məğlubiyyətini şərh etdi: «Ən azı bir xal qazanmağa layiq idik»

Futbol
Bu gün, 19:12

Flik "Barselona"nın 17 yaşlı istedadını əsas komandaya cəlb etdi

Futbol
Bu gün, 19:08

"Rayo Valyekano" "Betis" üzərində ilk səfər qələbəsini əldə etdi

Futbol
Bu gün, 19:08

Turan Tovuzun "Kəpəz"ə qarşı qələbəsi – Berdıyev: Oyun həmişə çətin keçir

Futbol
Bu gün, 19:08

Kurban Berdiyev: "Kəpəzə qarşı vacib qələbə qazandıq"

Futbol
Bu gün, 19:03

«Bursaspor» səfərdə «Vanspor»la 1:1 heç-heçə etdi

Futbol
Bu gün, 19:00

"Araz-Naxçıvan"ın fransalı hücumçusu: "Sabah"ın yorğunluğuna güvənmək istəmirik, qələbəyə inanırıq"

Futbol
Bu gün, 18:57

Samsunspor Gənclərbirliyini 3:1 hesabı ilə məğlub etdi

Basketbol
Bu gün, 18:57

Keçmiş oyunçu "Sabah"a qayıtdı

Futbol
Bu gün, 18:55

"Azərbaycandan iki futbolçu Türkiyə I Liqasında üz-üzə gəldi"

Futbol
Bu gün, 18:50

"Əl Nəsr" ardıcıl 100 oyunda qol vurmaqla dünya rekorduna imza atdı

Futbol
Bu gün, 18:49

Azər Məmmədov: "Turan Tovuz" qarşısında geri qalmadıq

Futbol
Bu gün, 18:48

"Milan", "Yuventus" və "Roma" "Sportinq"in yunanıstanlı hücumçusu Fotis İoannidisi transfer etmək istəyirlər

Futbol
Bu gün, 18:40

«Hypers» – «Şirvan»: 1:1 (videoicmalı)

Futbol
Bu gün, 18:40

Luis Holl ‘Liverpul"un hədəfi

Digər
Bu gün, 18:33

"16 yaşlı çapar son pillədən zirvəyə qalxdı, iki yarışın qalibi oldu"

Futbol
Bu gün, 18:20

Sneyderin Mükafatları Hərracda Satılır

Oxşar xəbərlər