İngiltərə klubu "Nyukasl" qış transfer pəncərəsində İtaliya təmsilçisi "Yuventus"da icarə əsasında çıxış edən hücumçu Nik Voltemadeni geri qaytarmağı planlaşdırmır.
Sportify.az-ın "Football Insider" nəşrinə istinadən məlumatına görə, İngiltərə klubu qış transfer dövründə yeni hücumçu və ya hücumameyilli yarımmüdafiəçi transfer etməyə çalışacaq.
24 yaşlı alman futbolçu 2026/27 mövsümünün əvvəlində "Nyukasl"ın əsas heyətindəki yerini itirdikdən sonra yay transfer pəncərəsinin sonlarında icarə əsasında "Yuventus"a keçib. Klublar arasındakı müqavilə 2027-ci il iyunun 30-dək qüvvədədir və satınalma bəndini nəzərdə tutmur.
"Nyukasl"ın baş məşqçisi Mattias Yayssle futbolçunun İtaliya klubuna keçidinin səbəbini açıqlayıb:
"Biz onun inkişafını diqqətlə izləməyə davam edirik. Əminəm ki, onu böyük karyera gözləyir. O, inanılmaz insandır və özünəməxsus futbolçudur.
İlk gündən bir-birimizlə maksimum dərəcədə açıq və dürüst olduq. Mövsümün əvvəlində oyun üslubumuza görə o, əsas heyətə düşə bilmirdi və bəzi futbolçular ondan üstün mövqedə idi. Buna görə də daha çox oyun vaxtı qazanmaq üçün başqa komandaya keçmək qərarına gəldi. Beləliklə, "Yuventus"a transferi baş tutdu".
Qeyd edək ki, Voltemade 2026/27 mövsümündə "Yuventus"un heyətində bütün turnirlərdə 15 oyuna çıxıb, 5 qol vurub və 3 məhsuldar ötürmə verib.