top
Əcnəbi hakimlər Azərbaycan çempionatının yüksək səviyyədə təşkilini və rəqabətədavamlı güləşçiləri qeyd ediblər Idman.biz
16 yanvar 2026, 21:32
- ↺ +

Əcnəbi hakimlər Azərbaycan çempionatının yüksək səviyyədə təşkilini və rəqabətədavamlı güləşçiləri qeyd ediblər

7–11 yanvar tarixlərində keçirilən güləş üzrə Azərbaycan çempionatına ölkə xaricindən də beynəlxalq dərəcəli hakimlər cəlb olunmuşdu.

İdman.Biz bildirir ki, ən ali kateqoriyaya (I-S) sahib referilər çempionatın təşkilatçılığı, ümumi səviyyəsi və Azərbaycan güləşi ilə bağlı təəssüratlarını bölüşüblər.

"Azərbaycan çempionatında 2-ci dəfə hakim kimi iştirak etdim. Əvvəlki yarışla müqayisədə, bu il təşkilatçılıq daha yüksək səviyyədə idi. Çoxlu izləyicilər vardı və hətta arenada azarkeşlər arasında yarış da keçirildi ki, güləş daha da tanınsın. Hakimlik səviyyəsi də xeyli artmışdı. Güləşcilər yaxşı texnika göstərdi. Belə inkişaf sevindirməyə bilməz. İnanıram ki, hər il daha yaxşı olacaq və Allahın izniylə növbəti Olimpiadada Azərbaycan güləşciləri uğurlu çıxış edərlər", - qazaxıstanlı İqor Liqay deyib.

Qazaxıstanlı başqa bir hakim Yerik Jumabekovun fikrincə, çempionatın təşkilatçılığı ən yüksək səviyyədə olub: Hər şey möhtəşəm idi. İdmançılar da çox yaxşı güləşdi. Mübarizə səviyyəsi yüksək idi. Düşünürəm ki, burada olimpiya çəkisində mübarizə aparan uşaqlar dünya çempionatında da sözlərini deyə bilərlər. Artıq ikinci ildir ki, hakim qismində ölkənizə gəlirik. Hakimlər korpusu həqiqətən inkişaf edib. Düşünürəm ki, Azərbaycan güləşi bundan sonra daha da inkişaf edəcək".

İranlı Nima Sadeqi üçün Azərbaycan çempionatında çalışmaq çox həyəcanverici olub.

"Çempionat və təşkilatçılıq çox yüksək səviyyədəydi. Azərbaycan güləş sahəsində böyük gücə malikdir. Bu ölkə güləşlə tanınır. Azərbaycanın çox sayda dünya və olimpiya çempionları var", - o, deyib.

Rumıniyalı Marius Kimpoeru yarışda olmaqla yeni bir təcrübə qazanıb: "Azərbaycanda ikinci dəfədir ki, oluram. İlk dəfə 2009-cu ildə gəlmişdim. İndi çox böyük dəyişikliklər müşahidə edirəm və bu yarışın da yüksək səviyyədə təşkil olunduğunu görürəm. Mənim üçün çox maraqlı və güclü güləşçilərin iştirak etdiyi möhtəşəm qarşılaşmalarla dolu yarış oldu".

İlk dəfə Azərbaycan çempionatına dəvət olunmuş ukraynalı Roman Pavlov idmançılar arasında rəqabət səviyyəsinin yüksək olduğunu vurğulayıb.

"Yarışın çox yaxşı hakim heyəti vardı. Gənc və təcrübəli hakimlərin sintezindən çox yaxşı nəticə əldə edildi. Həmkarlarla işləmək xoş idi. Təşkilatçılıq dünya səviyyəsindəydi. İzləyicilərin marağı isə ən vacib məqamdır. Dolu bir zalda işləmək adama zövq verir və yüksək adrenalin yaradırdı. Çox şadam ki, Azərbaycanın müxtəlif yaş qrupları üzrə çempionatlarına başqa ölkələrdən də hakimləri dəvət edirlər", - Pavlov bildirib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:55

İrakli Kobaxidze Beşiktaş‑Hapoel matçında baş verən ciddi təxribatları və polisin müdaxiləsini qiymətləndirir

Futbol
Bu gün, 22:50

Arsenal İvan Fresnedanı almayı planlayır

Futbol
Bu gün, 22:49

"Arsenal" "Komo"nun argentinalı yarımmüdafiəçisi Nico Pası 2027-ci ilin yayında heyətinə qatmaq istəyir

Futbol
Bu gün, 22:49

"Mançester City "Arsenal"ı məğlub edə bilər"

Futbol
Bu gün, 22:40

İmişli 3:1-ə məğlub, 10 oyunluq məğlubiyyət dövrü sona çatdı

Şahmat
Bu gün, 22:35

Şahin Vəliyev Portuqaliyada Fransa favorisini məğlub etdi

Futbol
Bu gün, 22:28

Mourino "Real"ın ilk hissələrdəki çətinlikləri barədə danışdı: "Futbolçular dedilər ki, ideal başlasaydıq skamya darıxardı"

Futbol
Bu gün, 22:24

Mahir Emreli «Rakuv»da yeddinci qolunu vurdu

Futbol
Bu gün, 22:20

Vernidub "Neftçi" məğlubiyyəti və Sadıqovla qədimbarədə danışdı: "Arazımızda heç nə yoxdur"

Futbol
Bu gün, 22:20

"Sabah"ın legioneri Raxmonaliyev "Sumqayıt" matçından sonra uşaqlarla xatirə şəkilləri çəkdirib - VİDEO

Futbol
Bu gün, 22:17

"Çelsi" "Real Madrid"in geri alış hüququ olan "Komo"nun müdafiəçisi Yakobo Ramonla maraqlanır

Futbol
Bu gün, 22:15

Yuri Vernidub: «Futbolçularımız öz üzərlərində işləməyə davam etsələr, daha yaxşı nəticələr qazanacağıq»

Futbol
Bu gün, 22:13

«Neftçi» «Zirə»yə 1:0 hesabı ilə qalib gəldi - Video

Futbol
Bu gün, 22:11

Rəşad Sadıqov "Neftçi" – "Zirə" oyunundan sonra: "Susmağımın səbəbi sizin "Neftçi"də olmağınızdır"

Futbol
Bu gün, 22:07

"Neftçi" "Zirə"ni 1:0 hesabı ilə məğlub etdi - VİDEO

Futbol
Bu gün, 22:05

"Neftçi‑Zirə matçında Vernidub "Zirənin hansısa epizodunu xatırlamıram" dedi"

Futbol
Bu gün, 22:00

"Barselona" və "İnter" Hermoso üçün transfer axtarır

Futbol
Bu gün, 21:43

Rəşad Sadıqov: «Neftçi»yə qarşı matçda üstün tərəf biz idik

Futbol
Bu gün, 21:41

"Portu"ya ilk Avropa kubokunu gətirən braziliyalı sabiq futbolçu Juari 67 yaşında vəfat edib

Futbol
Bu gün, 21:40

"Atletiko" 35 milyon avroya aldığı Ludmani satmaq istəyir

Digər
Bu gün, 21:27

"Beşiktaş" İstanbulda su tağı ilə qarşılandı

Futbol
Bu gün, 21:20

Rəşad Sadıqov: "Mən bəzi açıqlamaları Verniduba yaraşdırmıram"

Futbol
Bu gün, 21:20

Tanıdığımız sima milliyə dəvət almasının səbəbini bilmir - VİDEO

Futbol
Bu gün, 21:15

Mançester Yunayted, Liverpul və Arsenal Borussiya Dortmundun müdafiəçisi Joan Qadunu transfer etmək istəyir

Oxşar xəbərlər