top
AGF veteran güləşçilərlə görüşdü, İordaniyadakı dünya çempionatında medal qazananları təbrik etdi Report.az
Bu gün, 18:04
- ↺ +

AGF veteran güləşçilərlə görüşdü, İordaniyadakı dünya çempionatında medal qazananları təbrik etdi

Azərbaycan Güləş Federasiyasında (AGF) veteran güləşçilərlə görüş təşkil edilib.

Bu barədə "Report"a AGF-dən məlumat verilib.

AGF-nin Güləş İrsi və İcması Komitəsinin təşəbbüsüylə keçirilən tədbirdə oktyabrın 6-dan 11-dək İordaniyada keçirilmiş veteranlar arasında dünya çempionatının iştirakçıları, eləcə də Azərbaycan güləş tarixində öz xidmətləri ilə iz qoymuş tanınmış veteran güləşçilər və məşqçilər iştirak ediblər.

Tədbirdə çıxış edən AGF-nin baş katibi Pərvin Piriyev dünya çempionatında uğurla çıxış edərək medal qazanan veteranları təbrik edib, onlara Azərbaycan güləşinin beynəlxalq arenada təmsil olunmasına verdikləri töhfəyə görə təşəkkürünü bildirib.

Görüşdə federasiyanın hazırkı fəaliyyət istiqamətləri, strateji hədəfləri, gələcək planları və Azərbaycan güləşinin inkişafına dair vizyonu diqqətə çatdırılıb. Veteran güləşçilərin zəngin təcrübəsinin və biliklərinin bu prosesdə əhəmiyyəti vurğulanıb, onların fikir və təkliflərinin federasiyanın gələcək fəaliyyətində nəzərə alınmasının vacibliyi qeyd edilib.

Güləş İrsi və İcması Komitəsinin sədri Elçin Cəfərov, dünya çempionatında medal qazanmış veteran güləşçilər, Avropa çempionu və dünya çempionatının gümüş mükafatçısı Rafiq Hacıyev, eləcə də Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Naxçıvan MR təşkilatının sədri Rövşən İsmayılxanlı çıxış edərək təkliflərini səsləndiriblər. Görüşdə qarşılıqlı fikir mübadiləsi aparılıb, veteranların rəy və tövsiyələri dinlənilib.

Bu görüş Azərbaycan güləşinin zəngin ənənələrinin qorunması, nəsillər arasında əlaqələrin möhkəmləndirilməsi və veteranların idman ictimaiyyətinin həyatında fəal iştirakının təşviqi baxımından mühüm əhəmiyyət daşıyır. AGF veteran güləşçilərlə dialoqun və əməkdaşlığın davamlı olmasına xüsusi önəm verir. Bu istiqamətdə belə görüşlərin mütəmadi təşkili, veteranların təcrübəsindən yararlanılması və onların Azərbaycan güləşinin inkişafı ilə bağlı təşəbbüslərinin dəstəklənməsi nəzərdə tutulur.

Azərbaycan Güləş Federasiyasında veteran güləşçilərlə görüş təşkil edilib. Azərbaycan Güləş Federasiyasında veteran güləşçilərlə görüş təşkil edilib. Azərbaycan Güləş Federasiyasında veteran güləşçilərlə görüş təşkil edilib. Azərbaycan Güləş Federasiyasında veteran güləşçilərlə görüş təşkil edilib. Azərbaycan Güləş Federasiyasında veteran güləşçilərlə görüş təşkil edilib. Azərbaycan Güləş Federasiyasında veteran güləşçilərlə görüş təşkil edilib.
Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 18:20

Mehman Allahverdiyev Gəncəyə qayıdıb: "Neftçi"də qalmaq məcburiyyəti və "Kəpəz"ə bağlılığı - MÜSAHİBƏ

Güləş
Bu gün, 18:10

Azərbaycan Güləş Federasiyasında DÇ medalçısı veteran güləşçilərlə görüş keçirilib

Futbol
Bu gün, 18:08

Barselona Arsenal

Futbol
Bu gün, 18:02

Qalatasarayın prezidenti Dursun Özbək: Ardıcıl beşinci çempionluq hədəfləyirik

Futbol
Bu gün, 18:00

Rusiyalı jurnalist İqor Rabiner: Bakı Olimpiya Stadionunun qazonu əla vəziyyətdədir

Futbol
Bu gün, 17:52

FIFA-nın rəsmi saytı haker hücumuna məruz qalıb, 12 GB-dan çox məlumat oğurlanıb

Futbol
Bu gün, 17:49

Şahdağ Qusar I Liqası 1-ci dövrənin qalibi oldu;

Boks
Bu gün, 17:44

Boksçudan sərbəst buraxıldı: keçmiş dünya çempionu ICE tərəfindən 10 gün sonra azad edildi

Futbol
Bu gün, 17:40

"Sabah" "Barselona"ya 1:4 hesabı ilə məğlub oldu: Hansi Fikin komandası hansı çətinliklərlə üzləşdi?

Futbol
Bu gün, 17:30

Sumqayıt klubunun məşqçi və futbolçu heyəti yeni idarəçilik qaydaları öyrəndi;

Digər
Bu gün, 17:30

Qətərdə 90 km uzun məsafəli ultra marafon

Futbol
Bu gün, 17:28

Pyer-Emerik Obameyanq "Deportivo"ya məşqə gedərkən yol qəzasına düşüb

Voleybol
Bu gün, 17:27

Varqas tullanışından yaranan əmtəə nişanı mübahisəsi

Tennis
Bu gün, 17:20

Yeniyetmə və gənc stolüstü tennisçilər arasında ölkə kubokunun qalibləri müəyyənləşdi

Futbol
Bu gün, 17:20

Premyer Liqa hakimləri Leni Yoronun qırmızı vərəqəsinin ləğv olunması qərarına etiraz edir

Digər
Bu gün, 17:15

Yeniyetmələr arasında stolüstü tennis üzrə Azərbaycan kubokunun qalibləri müəyyənləşib

Güləş
Bu gün, 17:07

Giorgi Meşvildişvili Hindistan Peşəkar Güləş Liqasının əsas transfer hədəfinə çevrilib

Futbol
Bu gün, 17:03

Sneyder Ramosun hədiyyə etdiyi formanı hərracda 65 min avroya satıb

Futbol
Bu gün, 17:00

Kəpəz"də Verdaska 11 həftədir meydanda yoxdur – 6 həftəlik zədəniyyət niyə uzanıb?

Futbol
Bu gün, 17:00

Ayxan Abbasovun səhvləri var, amma futbolumuzun bütün günahını onun üzərinə atmaq yanlışdır

Futbol
Bu gün, 16:56

Oliver Kan Musialanın vəziyyətini Bavariya rəhbərliyinin tənqidini bildirib

Futbol
Bu gün, 16:53

"Slaviya" Çempionlar Liqasında 24 oyundur qələbə qazana bilməyərək antirekorda imza atıb

Futbol
Bu gün, 16:51

CIES 23 yaşadək futbolçular reytinqini açıqladı: lider İspaniya

Oxşar xəbərlər