top
Nərgiz Süleymanova Dünya Çempionatında Sərbəst Proqrama Vəsiqə Qazana Bilməyib Idman.biz
25 mart 2026, 19:30
- ↺ +

Nərgiz Süleymanova Dünya Çempionatında Sərbəst Proqrama Vəsiqə Qazana Bilməyib

Azərbaycanlı fiqurlu konkisürən Nərgiz Süleymanova dünya çempionatındakı çıxışını bitirib.

İdman.Biz-in məlumatına görə, o, qısa proqramda 49.00 xal toplayaraq 27-ci yeri tutub.

Buna görə də o, ilk 24-lüyə düşə bilməyib və yarışın növbəti mərhələsinə - sərbəst proqrama yüksələ bilməyib.

Qeyd etmək lazımdır ki, ötən il dünya çempionatında Süleymanova 50.97 xal toplayaraq sərbəst proqrama vəsiqə qazanmaq üçün bir addım geridə qalaraq 25-ci yeri tutmuşdu.

15:06

Azərbaycanlı konkisürən Nərgiz Süleymanova dünya çempionatında tək çıxış üzrə qısa proqramını təqdim edib.

İdman.Biz xəbər verir ki, Süleymanova yarışda ikinci olaraq çıxış edib və 49,00 xal toplayıb.

Hazırda o, sonuncu pillədə qərarlaşsa da, qarşıda hələ 31 idmançının çıxışı var. Sərbəst proqrama vəsiqə qazanmaq üçün o, ilk 24-lükdə yer almalıdır.

Qeyd edək ki, ötən il keçirilən dünya çempionatında azərbaycanlı fiqurlu konkisürən qısa proqramda 50,97 xal toplayaraq 25-ci yeri tutmuşdu.

14:31

Bu gün martın 25-də fiqurlu konkisürmə üzrə dünya çempionatı start götürür.

İdman.Biz xəbər verir ki, Azərbaycan yarışda dörd idmançı ilə təmsil olunur: tək çıxışlarda Nərgiz Süleymanova və Vladimir Litvintsev, həmçinin buzüstü rəqslərdə Samanta Ritter və Daniyel Brikalov.

Yarışın ilk günündə qadınlar və idman cütlükləri qısa proqramlarını təqdim edəcəklər. Süleymanova buz üzərinə ikinci olaraq çıxacaq. Onun qısa proqramı "Shallow" mahnısının sədaları altında hazırlanıb. Fiqurlu konkisürən proqramında üçlü luts və üçlü tulup kaskadı, üçlü lup və ikiqat aksel yerinə yetirməyi planlaşdırır. Onun karyerasında qısa proqram üzrə ən yaxşı nəticəsi 2025/2026 mövsümündə "ISU CS Golden Spin of Zagreb" turnirində qeydə alınıb - 56,07 xal.

Sərbəst proqrama (27 mart) vəsiqə qazanmaq üçün Nərgiz qısa proqramın nəticələrinə əsasən ilk 24-lüyə düşməlidir. Ümumilikdə qadınların yarışında 33 idmançı iştirak edir.

Bu, Süleymanova üçün ikinci dünya çempionatıdır. O, ötən mövsüm (2024/2025) sərbəst proqrama yüksələ bilməyib. Azərbaycanlı idmançı litvalı rəqibi Mede Varyakayteyə cəmi 0,01 xal fərqlə uduzaraq 50,97 xalla 25-ci yeri tutub və növbəti mərhələdən kənarda qalıb. Həmin nəticə onun 2026-cı il Qış Olimpiya Oyunlarına vəsiqədən bir addım geri qalması ilə nəticələnib.

Qeyd edək ki, martın 26-da qısa proqramda Vladimir Litvintsev çıxış edəcək. Martın 27-də isə Samanta Ritter və Daniyel Brikalov ritmik rəqs proqramı ilə buz üzərinə çıxacaqlar.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 16:28

Azərbaycan U‑21 millisinin Şotlandiya ilə qarşılaşması üçün norveçli hakimlər təyin olundu

Basketbol
Bu gün, 10:47

NTD iki gənc U‑20 oyunçusunun müqaviləsini bir il uzatdı, 10 oyunçu komandadan ayrıldı

Futbol
Bu gün, 10:00

“Kəpəz” uzun müddət zədələnən Məqsəd İsayevlə yollarını ayırdı

Şahmat
Bu gün, 09:00

Azərbaycan şahmat milli komandası bu gün Səmərqənddə sonuncu oyunlarını keçirəcək;

Futbol
Bu gün, 06:27

Dursun Özbek: “Qalatasaray” transferlərindən 50 milyon avro gəlir əldə edib

Voleybol
Bu gün, 05:18

Polşa kişi voleybol milli komandası finalda Fransanı məğlub edərək Avropa çempionu oldu

Futbol
Bu gün, 03:24

Manchester City futbolçusu Rayan Ayt‑Nuri, Əlcəzair milli komandadan çıxarıldı: məşqçinin göstərişinə əməl etmədi

Futbol
Bu gün, 01:43

Kəpəz PFK son 5 mövsümdə ən uğurlu startını cari çempionatda qeyd etdi

Futbol
Bu gün, 01:39

Qordon: Keyn penaltini vursaydı, İngiltərə qalib gələ bilərdi

Futbol
Bu gün, 01:18

İspaniya millisi İngiltərəni məğlub edərək 39 matçlıq məğlubiyyətsizlik seriyasına imza atdı

Futbol
Bu gün, 00:05

Culian Uord “Liverpul”da yeni idman direktoru oldu

Futbol
Dünən, 23:10

Edqaras Yankauskas: Azərbaycan millisi güclü, texnikalı və sürətli oyun tərzinə malikdir

Minifutbol
Dünən, 22:48

“Buxar Sumqayıt” EMF Avropa Kubokunda Aldak 422-ə 2:4 məğlub oldu

Futbol
Dünən, 22:23

Şimal futbol klubu sınaq matçında 3:0 qələbə qazandı

Basketbol
Dünən, 19:26

Sumqayıt basketbol klubu ABŞlı oyunçusu Cordan Vatsonla müqavilə imzaladı

Futbol
Dünən, 19:13

“Manchester City”nin sahibləri maliyyə pozuntuları üzrə istefa çağırışları ilə üzləşə bilər

Futbol
Dünən, 18:59

Real Madrid, Mbappé’nin diz zədəsi üçün ən pis ssenaridən narahatdır

Futbol
Dünən, 16:49

Mahir Emreli: Millidə qələbə vacib deyil, əsas odur ki, yaxşı oyun göstərək

Boks
Dünən, 11:32

Azərbaycan boks komandası Avropa çempionatında ikinciliyi tutaraq iki qızıl, bir gümüş və iki bürünc medal qazandı

Futbol
Dünən, 10:33

U-21 milli komandasının futbolçusu: “Komanda olaraq çox yaxşı oynadıq, 1 xal qazandıq” - MÜSAHİBƏ

Futbol
Dünən, 09:08

PSJ məşqçisi Luis Enrique Arsenalın İspan futbolçusunu 80 milyon avroya transfer etməyi planlaşdırır

Futbol
Dünən, 05:17

Tomas Tuxel, İspaniya millisinin güclü tərəflərini açıqladı

Futbol
Dünən, 04:38

Mbappe sol diz zədəsi səbəbindən Fransa millisindən ayrılır, Real Madridə qayıdır

Futbol
Dünən, 03:09

Zidane, Mbappé-nin zədəsini “Çox pis” adlandırdı

Oxşar xəbərlər