Almaniya klubu "Bavariya" hücumçu Maykl Olisenin mümkün ayrılığına hazırlaşır.
Sportify.az xəbər verir ki, İspaniya təmsilçisi “Real Madrid” və İngiltərə klublarının maraq göstərdiyi futbolçunun gələcəyi ilə bağlı Münhen təmsilçisinin alternativ planlar üzərində işlədiyi bildirilir. Almaniya klubu, həmçinin nevroloji problemlər yaşayan Camal Musialanın uzunmüddətli perspektivindən də narahatdır. Bu barədə “TEAMtalk” məlumat yayıb.
Mənbənin məlumatına görə, "Bavariya" İngiltərə klubu "Liverpul"un yarımmüdafiəçiləri Rio Nqumoa və Florian Virtslə maraqlanır. Lakin Mersisayd təmsilçisi hər iki futbolçunu gələcək planlarının bir hissəsi hesab etdiyindən onların transferi Münhen klubu üçün çətin görünür.
Bundan əlavə, "Bavariya" cinah hücumçusu Jeremi Doku ilə də maraqlanır.