top
Neftçi Freddi Varqasını transfer edərək bahalı imza çəkməyə çalışır Sportinfo.az
Bu gün, 20:40
- ↺ +

Neftçi Freddi Varqasını transfer edərək bahalı imza çəkməyə çalışır

"Neftçi" baş məşqçisi Yuri Vernidub yayda Freddi Varqasla bağlı verdiyi qərara görə indi yəqin ki, başını döyür.

Kolumbiyalı futbolçu ötən mövsüm "ağ-qaralar"ın vuran ayağı, döyünən ürəyi, görən gözü idi.

Maraqlıdır ki, Varqas məhz Vernidubun gəlişindən sonra dirçəlmiş, sanki "ikinci nəfəsi" açılmışdı.

Mövsüm başa çatandan sonra "Neftçi" ilə icarə müqaviləsinin müddəti bitən Freddi Bakını tərk etdi. Əvvəlcə vətəni Kolumbiyaya, daha sonra isə sevgilisi ilə birlikdə istirahətə yollandı.

O, yay boyu dincələrkən "Neftçi" rəsmiləri Varqası "Makkabi Netanya"dan transfer etmək üçün gecələrini gündüzlərinə qatırdılar. Nəhayət, çəkilən zəhmət bəhrə verdi.

Paytaxt təmsilçisi İsrail klubu ilə təzminat məsələsində ortaq məxrəcə gəldi. Yekunda Varqasla 2+1 şərti ilə müqavilə imzalandı.

Amma sən demə, Varqasın kəraməti elə bura qədərmiş. Nə baş veribsə, "Neftçi"nin "10 nömrə"si yeni müqaviləyə imza atandan sonra əvvəlki günlərini xatırlatmır. Sıradan legioner təsiri bağışlayır, sanki kiminsə yasını saxlayır.

Vernidub geridə qalan 12 turun 11-də ona şans verib. Bu qarşılaşmaların 9-da "Piko" start heyətində yer alıb.

Ancaq həmin oyunların cəmi ikisində komandasına gözlənilən faydanı verə bilib. "Sumqayıt"la dueldə 2 assist, "İmişli" ilə görüşdə 1 qol, 1 məshuldar ötürmə.

Vəssalam!

Hücum xəttində çıxış edən, ötən mövsüm rəqib müdafiəçilər üçün əsl başağrısına çevrilən Freddi Varqasın bu mövsüm 11 oyunda bacardığı budur - 1 qol, 3 assist.

Qarşımızda tanımadığımız futbolçu olsaydı, "Neftçi"nin baş məşqçisini və rəhbərliyini qınamaq olardı.

Lakin Varqasın ötən mövsüm nəyə qadir olduğunu gördüyümüzdən klub rəsmilərinə və ukraynalı çalışdırıcıya irad bildirmək çətin yox, mümkünsüzdür.

Görünən odur ki, Freddi hansısa çətinliklər yaşayır. Bəlkə şəxsi həyatında problemləri var, bəlkə komandadakı durumundan narazıdır.

Ola bilsin, yayda təxminən iki ay futbolsuz qalması optimal formasına qayıtmasına mane olub. Yaxud da oyununun alınmaması psixoloji durumuna təsir göstərib.

Səbəb nə olursa-olsun, bir məsələ aydındır. "Neftçi" Varqasın transferi üçün xeyli vəsait xərcləyib və onunla uzunmüddətli müqavilə bağlayıb. İndi əsas vəzifə bu futbolçunu yenidən özünə qaytarmaq, ötən mövsüm gördüyümüz Freddi Varqası üzə çıxarmaqdır.

Hazırkı məqamda baş məşqçinin və klub rəhbərliyinin edə biləcəyi ən doğru iş də budur.

Çünki indiki Freddi Varqas meydanda olanda "Neftçi" sanki bir nəfər azlıqda mübarizə aparır.

HƏBİB / SPORTİNFO.AZ

Ticket Store Neftchi Qarabag FK
Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:49

"Mançester Yunayted"in gənc müdafiəçisi Eyden Heyven qış pəncərəsində komandanı tərk etmək niyyətindədir

Futbol
Bu gün, 20:40

De Bröyne: "Mançester Siti" ilə qazandıqlarımla fəxr edirəm, bu hadisələr mənim futbolçu kimliyimi dəyişməyəcək"

Futbol
Bu gün, 20:23

Sadio Mane: "CAS-ın Seneqala çempionluğu qaytarması bizi hədsiz sevindirdi"

Futbol
Bu gün, 20:20

«Bavariya» Maykl Olisenin mütləq ayrılığına və yerinə alternativ transferlərinə hazırlaşır

Futbol
Bu gün, 20:15

"Tottenhem" 18 yaşlı yarımmüdafiəçisi Luka Uilyams-Barnettlə yeni müqavilə imzaladı

Futbol
Bu gün, 20:11

Mourinyonun seçimi qarşısında Vinisiusun iki fərqli üzü

Voleybol
Bu gün, 20:10

Naxçıvan qadın voleybol komandası 3:1 hesabla məğlub oldu

Futbol
Bu gün, 20:10

Hanzi Flik "Sabah"-ı La Liqa səviyyəsində qiymətləndirib: "Gözəl oynayırlar, yüksək dəyərləndirəm"

Futbol
Bu gün, 20:05

“Sabah” La Liqa komandalarını xatırladır – Flik

Futbol
Bu gün, 20:00

Yamalın yoxluğu hiss olunacaq, amma...

Futbol
Bu gün, 19:50

Frenki de Yonq: “‘Sabah’la matç bizim üçün asan olmayacaq”

Basketbol
Bu gün, 19:46

NBA-nın əvvəlki ulduzu Amare Stadmayr 43 yaşında polis oldu

Futbol
Bu gün, 19:45

"Mundo Deportivo" Sabah-Barcelona mətləbində Bakının soyuq və küləkli hava şəraitinə diqqət çəkib

Futbol
Bu gün, 19:40

Türkiyənin adlı-sanlı klubu Azərbaycanda çalışan baş məşqçi ilə niyə anlaşmayıb?

Qarabağ FK
Bu gün, 19:40

“Qolu vurandan sonra gözlərim dolmuşdu, çox kövrəlmişdim”

Futbol
Bu gün, 19:37

Umarali “Barselona” ilə oyundan danışdı

Futbol
Bu gün, 19:36

“Mançester Yunayted”ə şad xəbər: Futbolçunun cəzası ləğv edildi

Futbol
Bu gün, 19:34

Kuareşmanın oğlu atasının yolu ilə gedir: “Sportinq”lə müqavilə

Futbol
Bu gün, 19:28

“Sabah”ın rəqibində ciddi itki

Futbol
Bu gün, 19:26

Afrika çempionluğu Mərakeşin əlindən alınaraq Seneqala verildi;

Futbol
Bu gün, 19:26

Norveçli futbolçu Erling Haalandın soyadını kommersiya məqsədilə istifadə edən polşalı elektrik ustası ilə məhkəmə mübahisəsi

Futbol
Bu gün, 19:24

FIFA Türkiyənin Gənclərbirliyi və Pendikspor klublarına transfer qadağası tətbiq etdi

Digər
Bu gün, 19:10

CAS Afrika Millətlər Liqasının qalibini elan etdi – RƏSMİ

Oxşar xəbərlər