İngiltərənin "Liverpul" klubunun baş məşqçisi Andoni İraola UEFA Çempionlar Liqasının əsas mərhələsində "Brügge"yə qarşı keçirəcəkləri səfər oyunu öncəsi rəqibin güclü tərəflərindən danışıb.
İdman.Biz xəbər verir ki, ispaniyalı mütəxəssis Belçika təmsilçisinin son qarşılaşmalarda göstərdiyi nəticələrə diqqət çəkib.
"Onların güclü komanda olduğunu bilirdim. Açığı, oyunlarını təhlil etməkdən zövq aldım. Çox enerjili komandadırlar və möhtəşəm nəticələr göstərirlər - 10 qələbə və bir heç-heçə. Düşünürəm ki, çox yüksək səviyyədə oynamalıyıq, əks halda işimiz olduqca çətin olacaq", - deyə İraola bildirib.
Baş məşqçi hər iki komandanın hücumameyilli oyun üslubuna üstünlük verməsi səbəbindən qarşılaşmanın açıq mübarizə şəraitində keçəcəyini gözləyir:
"Onların oyunun taleyini həll edə biləcək futbolçuları var. Təbii ki, bizim də belə oyunçularımız mövcuddur. Açıq oyun gözləyirəm. Hər iki komanda aqressiv oynamağa və pressinq tətbiq etməyə çalışır. Boş zonalar yaranacaq. Ümid edirəm ki, fərdi mübarizələrdə üstün olacağıq".